Aqop Balyan (erm. Հակոբ Բալյան; 4 avqust 1838, Konstantinopol, Osmanlı imperiyası – 12 noyabr 1875, Paris) — erməni əsilli Balyan ailəsinə mənsub Osmanlı memarı.[1]
Aqop Balyan | |
---|---|
q.erm. Հակոբ Պալեան | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 4 avqust 1838 |
Doğum yeri | |
Vəfat tarixi | 12 noyabr 1875 (37 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri | |
Fəaliyyəti | memar |
Atası | Karpet Balyan |
Ailəsi | Balyan ailəsi |
Saray memarlarından Karpet Balyanın oğlu olub, 4 avqust 1837-ci ildə İstanbulda dünyaya gəldi. İlk təhsilini tamamladıqdan sonra 1855-ci ildə Parisə göndərildi və burada memarlıq təhsili aldı. 1858-ci ildə memarlıq abidələrini araşdırmaq üzrə getdiyi Venesiyada qardaşı Nikoqos bəyin ölüm xəbərini aldı və dərhal İstanbula qayıtdı. Döndükdən sonra atasının yanında çalışdı və burada təcrübə qazandı. 1866-cı ildə atasının vəfatının ardından böyük qardaşı Sarkislə birlikdə saray memarlığına təyin edildi.
Avedis Bahçevanyanın qızı Pembe xanımla evli olub, xanımının 1873-cü ildə doğuş əsnasında vəfat etməsinin ardından öz səhhəti də pisləşmişdir. Bütün işlərdən əlini çəkən Aqop bəy Avropa şəhərlərini gəzməyə başladı və 12 noyabr 1875-ci ildə Parisdə ikən gənc yaşda vəfat etdi.
Teatr və incəsənətə marağı səbəbilə bir çox sənətkarı və ədibi himayə etdiyi bilinir. 1870-ci ildə Ortaköydəki erməni teatrının binasını inşa etdi. Bir çox fransız ədiblərinin əsərlərini erməni dilinə tərcümə etdirmişdir.