Qərbi erməni dili

Qərbi ermənicə, Türkiyə ermənicəsi və ya İstanbul ermənicəsi (erm. Արեւմտահայերեն) — hind-Avropa dili olan iki müasir erməni ləhcəsindən biridir. 1915-ci ilə qədər bütün Mərkəzi, Şərq və Cənub-Şərqi Anadolu Regionlarında danışılırdı. 1915–1917-ci illərdə Erməni deportasiyası və xarici ölkələrə mühacirət səbəbi ilə hal-hazırda əsasən erməni diasporu tərəfindən danışılır. Türkiyədəkiİstanbuldakı ermənilərin cüzi bir hissəsi bu dildə danışır. Türkiyədə erməni dili (Qərbi erməni ləhcəsi) müasir erməni cəmiyyətində yalnız kiçik bir azlıq tərəfindən danışılır. Əsas dil olaraq türk dilinin erməni dilinin yerini almasına görə Türkiyədə erməni dili məhv olma prosesinə daxil olmuş və YUNESKO tərəfindən Türkiyədə erməni dili dünya illik "Atlas of the World's Languages in Danger" Atlasına (Təhlükədə olan Dünya Dilləri Atlası) əlavə edilmiş və burada Qərbi Erməni ləhcəsini "definitely endangered language" ("mütləq nəsli kəsilməkdə olan bir dil") kimi xarakterizə etmişdir.[5][6][7]

Qərbi erməni dili
Orijinal adı արեւմտահայերէն
Ölkələr
Danışanların ümumi sayı
  • 1.395.240 nəf. (2018)
Təsnifatı
Hind-Avropa dilləri
erməni dili
Qərbi erməni dili
Yazı Erməni əlifbası
Dil kodları
ISO 639-1
ISO 639-2
ISO 639-3 hyw
Dilin strukturlarının dünya atlası arw
Atlas of the World’s Languages in Danger 1494
Ethnologue hyw
LINGUIST List hye-war
IETF hyw
Glottolog west2348
Bu dildə olan Vikipediya
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
XX əsrin əvvələrinə kimi Qərbi ermənicənin danışıldığı regionlar.

Erməni diasporundan olan bəzi danışanların Ermənistana və Ermənistanın işğalı altında olan Azərbaycanın Dağlıq Qarabağ regionuna köçürülməsinə görə də burada bir az danışılır; lakin Şərqi ermənicə Ermənistanda daha çox yayılmışdır.

  1. 1 2 ScriptSource - Armenia.
  2. 1 2 ScriptSource - Lebanon.
  3. 1 2 ScriptSource - Syria.
  4. 1 2 ScriptSource - Turkey.
  5. "UNESCO Culture Sector, UNESCO Interactive Atlas of the World's Languages in Danger, 2009". 2009-06-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-05-16.
  6. UNESCO: 15 Languages Endangered in Turkey, by T. Korkut, 2009https://web.archive.org/web/20090331051956/http://www.bianet.org/english/kategori/english/112728/unesco-15-languages-endangered-in-turkey
  7. ""Review of Istanbul's Armenian community history"". 2015-09-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-05-16.

Əlavə ədəbiyyat siyahısı

[redaktə | mənbəni redaktə et]

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]

Qərbi Erməni dili Online Lüğətlər