Püstə

Püstə — Elaegnaceae fəsiləsindən olub, Azərbaycanda qədim vaxtlardan becərilir.

Püstə
Elmi təsnifat
Beynəlxalq elmi adı

Sinonimi Terebinthus Mill.

10 ağac və kol növü məlumdur. Yabanı halda Orta Asiyada, İranda, SuriyadaTürkiyədə bitir. Azərbaycanda püstə mədəni bitki kimi çox qədimdən becərilir və iki yabanı növü yetişdirilir.

Püstə ağacı xüsusən, Abşeronda çoxdan becərilən qiymətli subtropik bitkidir. Onun Krımda, Orta Asiyada da xeyli vaxtdan plantasiyası salınmışdır. Hazırda bu qiymətli bitkiyə Abşeronda nadir halda təsadüf olunur. Halbuki, vaxtilə Bakının bir çox qəsəbələrində və kəndlərində o, məhsuldar və faydalı bitki kimi istifadə edilirdi.

Yarpaqlarının üst hissəsi parlaqdır. Çiçəkləri isə yarpağının qoltuğunda yerləşir. Püstənin meyvələri xüsusilə nəzəri cəlb edir. Meyvəsinin rəngi yaşıl-bənövşəyidir, xoşa gələn şirintəhər dada və qatranabənzər ətirli iyə malikdir.

Abşeronda püstə ağacı aprel-may aylarında çiçək açır, meyvələri avqust-sentyabr aylarında yetişir. Meyvəsinin tərkibində 45 % əla keyfiyyətli piyli yağ, 24 % zülal və 6-7 % şəkər vardır. Meyvəsinin qabıq hissəsində isə cüzi miqdarda efir yağı, karotinoidlər, müxtəlif vitaminlər, şəkər və üzvi turşular olur. Püstədən əsasən qənnadı sənayesində geniş istifadə olunur. Bundan başqa, püstədən yağ da istehsal edilir ki, bu yağ son dərəcə xoşa gələn ətirli iyə və dada malikdir.

Püstə və onun yağı mədə-bağırsaq, ateroskleroz və qaraciyər xəstəliyinə tutulan şəxslər üçün xeyirlidir. Püstə ağacının yarpaqları, xüsusən boyaq maddəsi kimi çox qiymətlidir. Bu yarpaqlardan alınan boyaq toxuculuqda ipək və qumaş parçaların, eləcə də xalça iplərinin ən gözəl boyağı hesab olunur.

Püstə ağacı quraqlığa davamlı, son dərəcə məhsuldar və faydalı bitkidir. Onun zəngin qol-budaqlı gövdəsi var. Bu ağac qış fəslində də yaxşı qalır, təravətini itirmir. Püstə eyni zamanda qatran və aşı maddələrilə də zəngin bitkidir. Onun bu cəhətdən çox mühüm təsərrüfat əhəmiyyəti vardır.

Püstə ağacı sort etibarilə də zəngindir. Meyvələrinin morfoloji quruluşuna görə o, iki qrupa bölünür:

  • meyvələrinin uc hissəsi açıq olanlar
  • meyvələrinin uc hissəsi qapalı olanlar.

Püstənin əsl vətənindən biri Abşeron hesab edilir. Abşeron püstə ağacının normal inkişaf edib, bol məhsul verməsi üçün çox əlverişli şəraitə malikdir. Abşeronda yaşayan əhali onu öz həyatyanı sahəsində az da olsa əkib becərirlər. Bu bitkiyə hətta cüzi qulluq edildikdə belə bar verir.

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]