Arçil Cordcadze

Arçil Konstantinoviç Cordcadze (gürc. არჩილ კონსტანტინეს ძე ჯორჯაძე;10 yanvar 1872[1], Tiflis21 mart 1913[2][3], Batum) — Gürcü siyasətçisi, Gürcüstan Sosialist Federalist Partiyasının qurucularından və baş ideoloqlarından biri.

Arçil Cordcadze
gürc. არჩილ კონსტანტინეს ძე ჯორჯაძე
Şəxsi məlumatlar
Doğum tarixi 10 yanvar 1872(1872-01-10)[1]
Doğum yeri
Vəfat tarixi 21 mart 1913(1913-03-21)[2][3] (41 yaşında)
Vəfat yeri
Dəfn yeri
Təhsili
Fəaliyyəti siyasətçi

Hərbçi ailəsindədə dünyaya gəldiyindən ailə tezliklə Kutaisiyə köçdü. Arçil Kutaisi şəhərində klassik gimnaziyada təhsil almağa başladı. Sonra təhsilini Tiflisdə davam etdirdi və 1892-ci ildə Birinci Tiflis Kişi Gimnaziyasını bitirdi. Elə həmin il Sankt-Peterburq Universitetinə daxil oldu. Arçil Cordcadze qısa müddət sonra Varşavaya köçdü. Ancaq bir müddət sonra Arçil qayıdıb Təbiət Elmləri Fakültəsində təhsilini davam etdirdi. Tezliklə ParisLondon universitetlərində mühazirələrə qatılmaq üçün xaricə getdi. Bu dövrdə sosiologiyaya maraq göstərir, sonradan isə Lev Tolstoyun təlimlərini özü üçün rəhbər tuturdu.

İngiltərədə Tolstoy koloniyasında, Esseks qraflığının Perlivades kəndində yaşamışdır.[4] Arçil Cordcadze 1897-ci ildə Lev Tolstoyun diqqətini çəkən "Əxlaqlı bir həyat üçün bir cəmiyyətin təcrübəsi" mövzusunda kitab nəşr etdirdi.

1901-ci ildən sonra Gürcü ziyalıları Gürcüstana qayıtmağa başladılar və ölkənin ictimai və siyasi həyatında fəal iştirak etdilər. 1901-1902-ci illərdə Arçil Cordcadze, Gürcüstan milli azadlıq qüvvələrinin konsolidasiyası üçün nəzəri əsas olan ümumhərəkətlər nəzəriyyəsini yaratdı.

A.Sabuiski təxəllüsü altında "Severny Vestnik" jurnalı ilə əməkdaşlıq etmişdir.[5] İdeyalarını populyarlaşdırmaq və Georgi Dekanozişvili və başqaları ilə birlikdə Avropanın demokratik cəmiyyətinin diqqətini cəlb etmək üçün 1903-cü ilin mayından Parisdə "Sakartvelo" - "La Georgy" qəzetinə fransız əlavəsini nəşr etdirirdi.[6]

Gürcüstanın ilk milli siyasi partiyası olan Gürcüstan Sosialist-Federalist Partiyasının yaradıldığı Gürcüstan Siyasi Partiyaları Konfransını təşkil etmək üçün Cenevrəyə dəvət almışdı. Arçil Cordcadze partiyanın lideri və əsas ideoloqu oldu.

Arçil Cordcadze 21 mart 1913-cü ildə vəfat etmişdir. Didube panteonunda dəfn olunub.

Tiflis küçələrindən biri Arçil Cordcadzenin adını daşıyır.

  1. 1 2 Library of Congress Authorities (ing.). Library of Congress.
  2. 1 2 Arčʻil Jorjaże // Faceted Application of Subject Terminology.
  3. 1 2 არჩილ ჯორჯაძე // საქართველოს ბიოგრაფიული ლექსიკონი (gürc.). 2001.
  4. "Как в Англии создавались общины толстовцев". 2021-08-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-10-17.
  5. "А. Сабуйский". 2021-08-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-10-17.
  6. Мы, что, больше любим Грузию, чем Илья — грозя России кулаком, ругая ее?![ölü keçid]

ზ. ბაბუნაშვილი, თ. ნოზაძე, «მამულიშვილთა სავანე», გვ. 431, თბ., 1994

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]

Арчил Джорджадзе — исследователь грузинский социально-политических и правовых взглядов второй половины XIX — и начала XX века[ölü keçid]