Batum vilayəti

Batum vilayətiCənubi Qafqazda tarixi vilayət.

Batum vilayəti
ბათუმის ოლქი
Gerb
Gerb

41°38′44″ şm. e. 41°38′30″ ş. u.HGYO


Ölkə
İnzibati mərkəz Batumi
Tarixi və coğrafiyası
Yaradılıb 1878
Ləğv edilib 1883
Sahəsi
  • 6.109,2 kvadrat verst
Əhalisi
Əhalisi
  • 142.032 nəf. (1897)
Batum vilayəti xəritədə
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

XVI əsrdən Osmanlı dövlətinin tərkibinə daxil idi. 1877-1878-ci illər Rusiya-Türkiyə müharibəsi nəticəsində Qars və Ərdəhanla birlikdə Rusiya imperiyasına ilhaq edilmişdi. Batum vilayəti Artvin və Batum dairələrindən ibarət idi. Qafqaz təqviminin (1917) məlumatına görə, ərazisi 6129,41 kv. verst, əhalisi 122811 nəfər idi (95292 nəfəri yerlilər, 27519-u müvəqqəti yaşayanlar). Əhalinin böyük çoxluğunu müsəlmanlar təşkil edirdi. Vilayət əhalisinin 16,3%-i (20020 nəfər) Batum şəhərində yaşayırdı. Batum Qafqaz cəbhəsinin arxa hissəsini təşkil etdiyindən, burada hərbi hissələr yerləşdirilmişdi. Fevral inqilabından (1917) sonra Batumda şəhər icraiyyə komitəsi yaradılmış, 13 (26) mayda OZAKOM-a tabe olan vilayət icraiyyə komitəsi seçilmişdi. Onunla yanaşı fəhlə və əsgər deputatları soveti də fəaliyyət göstərirdi. Oktyabr çevrilişindən (1917) sonra Batum vilayətində siyasi vəziyyət kəskinləşdi. Eser-menşeviklər və daşnaklar 2 (15) noyabrda ictimai təhlükəsizlik inqilabi komitəsi yaratdılar. Komitə dekabrın ortalarında Qafqaz cəbhəsindən qayıdan rus əsgərlərinin tərksilah olunması haqqında qərar qəbul etdi. 1918-ci il Brest sülhünə görə, Batum vilayəti, Ərdəhan və Qars Türkiyəyə keçməli idi. Zaqafqaziya komissarlığı və seymi Türkiyə ilə danışıqlara başlamağı qərara aldı. Danışıqlar martra 14-də Trabzonda başlandı (bax Trabzon konfransı). Zaqafqaziya seyminin nümayəndə heyəti Brest-Litovsk müqaviləsini tanıyıb-tanımamaq haqqında vahid fikrə gələ bilmədi. Aprelin 13-də Seym Türkiyəyə müharibə elan etdi. Türk qoşunları aprelin 14-də Batumu tutdu, 22-də sülh təklifi irəli sürdü. Aprelin 22-də Seym müstəqil Zaqafqaziya Demokratik Federativ Respublikasının yarandığını bəyan etdi. Türkiyə aprelin 28-də yeni dövləti tanıdı. Tərəflər arasında danışıqlar mayın 11 -də Batumda başlandı (bax Batum konfransı).

Batumda Türkiyə idarə üsulu bərqərar edildi. Türkiyə hərbi qubernatorluğu ilə birgə şəhər duması və məclis fəa-liyyətə başladı. Türkiyə ilə Gürcüstan Demokratik Respublikası arasında bağlanmış 1918-ci il 4 iyun müqaviləsinə görə, Batum vilayətinin Türkiyəyə keçməsi rəsmən qəbul edildi. Lakin Türkiyə Birinci dünya müharibəsində (1914-1918) məğlub olduğundan türk hərbi qüvvələri Cənubi Qafqazı tərk etməli oldu. Dekabrın 16-da ingilis gəmiləri Batum limanına daxil oldu. Vilayətdə hakimiyyət ingilislərin əlinə keçdi və burada Batum vilayətini idarə şurası yaradıldı. İngilislər Batum vilayətini özlərinin hərbi-siyasi dayaq məntəqəsinə çevirmək üçün onu müstəqil elan etdilər. Lakin vilayət şurası "vahid və bölünməz Rusiya" tərəfdarı kimi çıxış edirdi. İngilislər yaranmış vəziyyəti nəzərə alıb, aprelin 28-də şuranı ləğv etdilər. Batum vilayəti ingilislərin işğal zonası kimi idarə olunurdu. 1919-cu il sentyabrın 13-də "Gürcüstan müsəlmanlarının azadlıq komitəsi" Batumda Acariya məclisi yaratdı. 1920-ci il aprelin 8-də Antanta Ali Şurası Batumu azad liman (portofranko) elan etdi. Sovet Rusiyası Batum ətrafında gedən hadisələrdə fəal iştirak edirdi. Rusiya Sovet Federativ Sosialist Respublikası ilə Gürcüstan arasında bağlanmış 1920-ci il müqaviləsində də bu məsələdən bəhs olunurdu. İyulun 14-də müttəfiqlər Acarıstanı Gürcüstana verməyi qərara aldılar. Gürcü hökuməti burada "fövqəladə idarə" qurdu. Bolşevik müdaxiləsinin gücləndiyini görən hökumət 1920-ci ilin sonlarında Türkiyə ilə danışıqlara başladı. Türkiyənin köməyi müqabilində Acarıstanın ona verilməsi vəd olunurdu. Gürcüstanda sovet hakimiyyətinin qurulması ilə (1921, fevral) vəziyyət dəyişdi.

Türkiyə martın 11-də qoşunlarını Batuma yeritdi. Lakin 1921-ci il Sovet-Türkiyə müqaviləsinə əsasən, Türkiyə Gür-cüstan Sovet Sosialist Respublikasının Batum vilayəti üzərində hüququnu tanıdı və öz qoşunlarını oradan çıxardı. Martın 18-də Batum vilayətində sovet hakimiyyəti elan olundu. İyunun 16-da Gürcüstanın tərkibində Acarıstan MSSR yaradıldı.

  • Борьба за победу Советской власти в Грузии, Тбилиси, 1958;
  • Российскай Советская Федеративная Социалистическая республика и Грузинская Демократическая Республика,M., 1922.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]