Arıçılıq və Apiterapiya üzrə Başqırd Elmi-Tədqiqat Mərkəzi

Arıçılıq və Apiterapiya üzrə Başqırd Elmi-Tədqiqat Mərkəzi (rus. Башкирский научно-исследовательский центр по пчеловодству и апитерапии) — Rusiya Federasiyasının Başqırdıstan Respublikasının paytaxtı olan Ufa şəhərində yerləşən elmi qurum. Ölkə ərazisində arıçılıqapiterapiya üzrə elmi-tədqiqat işlərinin təşəbbüskarıdır[1]. Baş direktoru Amir İşemqulovdur[2].

Arıçılıq və Apiterapiya üzrə Başqırd Elmi-Tədqiqat Mərkəzi
rus. Башкирский научно-исследовательский центр по пчеловодству и апитерапии
Növü Dövlət təşkilatı
Yaranma tarixi 8 iyul 1998
Mərkəzi Rusiya Rusiya, Ufa, Mendeleyev küç. 217A
bash-med.ru
Mərkəzin baş direktoru Amir İşemqulov

Mərkəzin əsası 8 iyul 1998-ci ildə Başqırdıstan Respublikasının Prezidenti tərəfindən qoyulmuşdur.

Mərkəz qeyri-kommersiya təşkilatıdır və Başqırdıstanın dövlət mülkiyyəti kimi təsnif edilir[3].

2016-cı ildə bu mərkəzin 145 nəfər əməkdaşı olmuşdur[4].

Ticarət nişanları

[redaktə | mənbəni redaktə et]

Arıçılıq və Apiterapiya üzrə Başqırd Elmi-Tədqiqat Mərkəzi 2005-ci ildən bəri Rusiya Federasiyasının ərazisindəki yeganə müəssisədir ki, qorunan ticarət nişanı olan "Başqırd balı" məhsullarını etiketləmək üçün "Başqırd balı" ifadəsini istifadə etmək hüququna malikdir[5].

Mərkəz bir çox beynəlxalq tədbirlərdə müxtəlif mükafatlar qazanmışdır ki, bu uğurların əldə olunması məhz Başqırd balının təqdimatı sayəsində olmuşdur.

  1. "npa.bashkortostan.ru" (PDF). 2017-12-01 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 2017-09-01.
  2. "А.М. Ишемгулов, генеральный директор". 2017-08-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-09-01.
  3. Центр Arxivləşdirilib 2018-08-15 at the Wayback Machine  (rus.)
  4. башкирская-энциклопедия.рф Arxivləşdirilib 2016-04-06 at the Wayback Machine  (rus.)
  5. "«Башкирский мёд» защитил свои права". 2020-02-13 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-09-01.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]