Başqırd balı

Başqırd balı (başq. Башҡорт балы) — Rusiya Federasiyasının Başqırdıstan Respublikasında istehsal olunan bal.

Ticarət nişanı

[redaktə | mənbəni redaktə et]

"Başqırd balı" adı qorunan ticarət nişanıdır. Arıçılıq və Apiterapiya üzrə Başqırd Elmi-Tədqiqat Mərkəzi 2005-ci ildən bəri Rusiya Federasiyasının ərazisindəki yeganə müəssisədir ki, bal məhsullarını etiketləmək üçün "Başqırd balı" ifadəsini istifadə etmək hüququna malikdir[1].

Başqırd balının dadı uzun müddətdir ki, məşhurdur və başqırdlar üçün qürur qaynağı olmuşdur. Əsl Başqırd balı olmadan, bir başqırd çayı düşünülə bilməz; üzərinə təzə kənd qaymağı və bal sürtülmüş çörək insan istehsalı olan digər bütün şirniyyatlara meydan oxuya bilər.

Başqırdıstanda istehsal olunan illik bal miqdarı orta hesabla 5–6 min ton təşkil edir[2].

Rusiya ərazisindən başqa Başqırd balı və ona aid olan məhsullar bir çox Avropa ölkələrinə, ABŞ, Yaponiya, Yaxın ŞərqMDB ölkələrinə ixrac olunur[3][4].

2014-cü ildə Başqırd balının Çinə ixracı ilə bağlı 6 min ton həcmində olan bal üçün 3 milyard rubl məbləğində müqavilə imzalanmışdır[5]. 2014-cü ilin avqustunda Çinin Szyutszyan şəhərində Başqırd balının satışı üçün ilk mağaza açılmışdır.

Mükafatları və nailiyyətləri

[redaktə | mənbəni redaktə et]

Başqırd balı müxtəlif qida sərgilərinin və yarmarkalarının iştirakçı və qalibidir.

  • 1961 — Erfurtda (Almaniya) qızıl medal.
  • 1965 — Buxarestdə (Rumıniya) keçirilmiş XX Beynəlxalq Apimondi Konqresində gümüş medal.
  • 1971 — Moskvada (SSRİ) keçirilmiş XXIII Beynəlxalq Apimondi Konqresində qızıl medal.
  • 2001 — Sankt-Peterburqda "Rusiya fermer" — "Agrorus" sərgi-yarmarkasında ən yüksək mükafat.
  • 2002 — Berlindəki (Almaniya) "Yaşıl Həftə" Beynəlxalq Sərgisində ən ali mükafat.
  • 2002 — Sankt-Peterburqda "Rusiya fermer" — "Agrorus" sərgi-yarmarkasında ən yüksək mükafat.
  • 2003 — Sankt-Peterburqda "Rusiya fermer" — "Agrorus" sərgi-yarmarkasında ən yüksək mükafat.
  • 2004 — Sankt-Peterburqda "Rusiya fermer" — "Agrorus" sərgi-yarmarkasında ən yüksək mükafat[6].
  1. "«Башкирский мёд» защитил свои права". 2020-02-13 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-09-01.
  2. "Башкирский мёд отправился за океан". 2013-09-27 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-09-01.
  3. Пчеловоды республики намерены доказать, что башкирский мёд самый лучший в мире Arxivləşdirilib 2016-03-04 at the Wayback Machine. // 01.09.2015
  4. "Башкирский мед будет экспортироваться в Кувейт". 2009-09-28 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-09-01.
  5. "Башкирия будет поставлять в Китай башкирский мед на сумму 3 млрд рублей". 2016-11-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-09-01.
  6. "Ценность башкирского мёда". 2012-03-14 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-09-01.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]