Ara dağı

Qarnıyarıq dağı[1] və ya Ara dağı (erm. Արա լեռ, translit. Ara ler) — Ermənistan ərazisində yerləşən sönmüş vulkan. Zirvə hazırda Ara olaraq adlandırılır. İnzibati baxımından Araqacotn mərzi ərazisində, Kotayk mərzi ilə sərhəddə yerləşir. Zirvə Zəngiçay və Abaransuçay arasında qərarlaşır. Vulkanik zirvənin hündürlüyü 2577 metrə bərabərdir. Vulkan halqaya bənzər kraterə malik olub, düz olmayan konusludur. Dağda faydalı qazıntılardan adnezitobazalt və andezit mövcuddur.

Qarnıyarıq dağı
erm. Արալեռ
Ümumi məlumatlar
Dağ sistemi Kiçik Qafqaz
Dağ silsiləsi Ermənistan yaylası
Mütləq hündürlüyü 2577 m
Yerləşməsi
40°24′20″ şm. e. 44°27′08″ ş. u.HGYO
Ölkə  Ermənistan
Əyalət
Qarnıyarıq dağı xəritədə
Qarnıyarıq dağı
Qarnıyarıq dağı
Qarnıyarıq dağı xəritədə
Qarnıyarıq dağı
Qarnıyarıq dağı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Qarnıyarıq dağını yerləşdiyi ərazi yarımsəhra iqliminə malikdir. Əsasən quru torpaq və yovşalı kolluqlarla örtülmüşdür. Zivə hissəsi əsasən çöllükləri xatırladır. Zirvənin şimal ətəklərində palıd ağacları və iri kolluqlara rast gəlmək mümkündür. İlin isti dönəmində dağın ətəkləri gözəl güllərlə örtülür.

Dağın ətəklərində çoxlu sayda heyvan növlərinə rast gəlmək mümkündür. Daşlıq ərazilərdə ən çox rast gəlinən heyvanlar zəhərli ilanlardır.

Ermənilər dağın adını əfsanəvi olan erməni çarı Gözəl Aranın adı ilə bağlamağa çalışırlar. Əfsanəyə görə Ara Assuriya hökmdarı Semiramidlə döyüşdə bu Ara dağının ətəklərində mövqe tutmuşdur.

Əfsanəyə görə Aranın qəbri Qarnıyarıq dağında yerləşən mağarada yerləşir. Zirvə uzaqdan əlini sinəsinə qoymuş insanı xatırladır[2]

  1. Xəritə (1903)[ölü keçid]
  2. "Qarnıyarıq dağı (ermənicə Ara)". 2011-05-11 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2018-04-01.