Arakel Təbrizli

Arakel Davrizetsi (erm. Առաքել Դավրիժեցի, fars. آراکل_داوریژتسی‎) — erməniəsilli salnaməçi, tarixçi və din adamı.

Arakel Davrizetsi
erm. Առաքել Դավրիժեցի
Doğum tarixi təq. 1590-cı illər
Doğum yeri
Vəfat tarixi 1670[1][2]
Vəfat yeri
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

1595-ci ildə[3] Səfəvi İmperiyasının keçmiş paytaxtı Təbrizdə anadan olan Arakel Davrizetsi XVII əsr, Səfəvi, Osmanlı, Qafqaz bölgəsi haqqında məlumat verən önəmli qaynaqlardan biri hesab edilir. 1670-ci ildə Eçmiədzin Monastrında vəfat etmişdir.

Hələ həyatda ikən onun 1662-ci ildə tamamladığı "Tarix kitabı" əsri, 1669-cu ildə Amsterdamda nəşr edilmişdir.[4] 1602-1662-ci illər əhatə edən əsər 58 fəsildən ibarət olub, müəllif səyahətləri zamanı baş vermiş hadisələrin iştirakçıları ilə şəxsən görüşmüş, hadisələrin xronologiyasını dəqiqləşdirmiş, əlyazmalar və mənbələrdən istifadə etmişdir. Səfəvi-Osmanlı müharibələri, Cəlalilər hərəkatı, Koroğlu, Şah Abbasın köçürmə siyasəti (xüsusiylə Culfadan), Azərbaycanın iqtisadi həyatı, verigilər, mükəlləfiyyətlər, əhalinin ümumi vəziyyəti, Təbriz zəlzələsi (1641) vs. mövzular haqqında məlumatlar vermişdir. [3]

Erməni Qriqoriyan Kilsəsinin mövqeyindən çıxış edən Arakel Davrizetsi əsərində hakim sinfin mənafeyini müdafiə edir, xalq hərəkatına mənfi münasibət bəsləyirdi.[3]

  1. 1 2 Erməni Sovet Ensiklopediyası (erm.). / red. Վ. Համբարձումյան, Կ. Խուդավերդյան Հայկական հանրագիտարան հրատարակչություն, 1974.
  2. 1 2 3 Հայկական համառոտ հանրագիտարան (erm.). Հայկական հանրագիտարան հրատարակչություն, 1990. C. 1.
  3. 1 2 3 Azərbaycan Sovet Ensiklopediyası, I cild, səh. 381
  4. "Arxivlənmiş surət". 2022-05-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-06-23.