Axısqa Türkləri

Axısqa türkləri, həmçinin türk axısqalılar,[5] Mesxeti türkləri və ya türk mesxetililər[6][7][8] (türk. Ahıska Türkleri;[9][10] gürc. მესხეთის თურქები Meskhetis turk'ebi) — əvvəllər Gürcüstanın Mesxetiya regionunda, Türkiyə ilə sərhəddə yaşayan etnik Anadolu türklərinin alt qrupu. Türk tayfaları hələ XI–XII əsrlərdə bölgədə məskunlaşmışdı, lakin Mesxetiyada türk varlığı 1578-ci ildə Osmanlı hərbi yürüşü ilə başlamışdır.[11]

Axısqa türkləri
Ümumi sayı
~600.000[1]
Yaşadığı ərazilər
Qazaxıstan Qazaxıstan 150,000-180,000[2][3]
Azərbaycan Azərbaycan 90,000–110,000[2][3]
Rusiya Rusiya 70,000–95,000[3][2]
Qırğızıstan Qırğızıstan 42,000-50,000[2][3]
Türkiyə Türkiyə 40,000-76,000[4][2]
Özbəkistan Özbəkistan 15,000-38,000[4][2]
Ukrayna Ukrayna 8,000-10,000[2][4]
ABŞ ABŞ 9,000-16,000[4][2]
Gürcüstan Gürcüstan 1,500[2][3]
Dili

Türk dili, Azərbaycan dili

Dini

İslam

Mənşəyi
Oğuz (Türk)
Qohum xalqlar

Türk xalqları

Tarixi Axısqa bölgəsi bu gün Gürcüstanın Samtsxe-Cavaxeti bölgəsinin bir hissəsidir
Axısqa bölgəsinin yaşayış məntəqələri

İndiki dövrdə Axısqa türkləri İkinci Dünya müharibəsi zamanı məcburi deportasiyalara görə keçmiş Sovet İttifaqının hər yerində (həmçinin Türkiyə və ABŞ-də) geniş yayılmışdır. O zaman Sovet İttifaqı Türkiyəyə qarşı təzyiq kampaniyası başlatmağa hazırlaşırdı və İosif Stalin Mesxetiyada sovet niyyətlərinə düşmən ola biləcək strateji türk əhalisini təmizləmək istəyirdi.[12] 1944-cü ildə Axısqa türkləri Türkiyə sərhədindən türkiyəlilər ilə əməkdaşlıq edərək qaçaqmalçılıq, quldurluq və casusluqda ittiham olunurdular. 1944-cü ildə İosif Stalin tərəfindən Gürcüstandan qovulmuş Axısqa türkləri deportasiyadan əvvəl və sonra diskriminasiya, insan hüquqlarının pozuntuları ilə üzləşmişlər.[13] Təxminən 115,000 Axısqa türkü Mərkəzi Asiyaya deportasiya edilmişdir. Sonradan Gürcüstanın repatriasiyasına icazə vermədiyi üçün yalnız bir neçə yüz nəfər Gürcüstana qayıda bilmişdir. 1990-cı ildə Ukraynaya köçənlər mövsümi işçilərin məskunlaşdığı gecəqondularda yaşayırlar.[13]

Axısqa türklərinin sınaqdan keçirilmiş DNT nümunələrindən onların arasında ən çox yayılmış Y-xromosom haploqrupu J haploqrupu, ikinci yerdə Y-xromosom G haploqrupudur. Bu, Qafqaz etnik qruplarına oxşardır.[14]

Axısqa türklərinin əksəriyyəti özlərini Osmanlı köçkünlərinin nəslindən olduqlarını bildirirlər.[15] Gürcüstanameylli tarixşünaslıq ənənəvi olaraq türk dilinin Qars dialektində danışan və sünni islamın hənəfi məzhəbinə mənsub olan Axısqa türklərinin sadəcə olaraq XVI əsr və 1829-cu ildə Samtsxe-Cavaxeti regionu Osmanlı imperiyasının hakimiyyəti altında olduğu dövrdə türkləşmiş mesxetiyalılar (gürcülərin etnoqrafik alt qrupu) olduğunu iddia etmişdir. Gürcüstan tarixçilərinin nəzəriyyəsi Axısqa türklərinin genetik olaraq gürcülərlə yaxın qohum olması faktı ilə dəstəklənir.[16][17]

Antropoloq Ketrin Tomlinson 1944-cü ildə Axısqa türklərinin deportasiyası ilə bağlı sovet sənədlərində icmanın sadəcə olaraq "türklər" adlandırıldığına diqqət çəkmişdir. Bunun səbəbi islam dininə inandıqlarına görədir, çünki, təkcə onlar yox, Gürcüstanın hər bir müsəlmanı türk adlandırılırdı və onlar Özbəkistandan ikinci dəfə deportasiya olunandan sonra "Mesxeti türkləri" termini icad edilmişdir.[18] Ronald Viksmanın sözlərinə görə, "mesxetili" termini yalnız 1950-ci illərin sonlarında istifadəyə verilmişdir.[19] Həqiqətən də Axısqa türklərinin əksəriyyəti özlərini sadəcə olaraq "türk" və ya regiona istinad edərək "Axısqa türkləri" adlandırırlar. Axısqalılar bəzən orta əsrlərdə Gürcüstanda yaşamış kuman-qıpçaqlarının onların mümkün əcdadlarından biri olduğunu iddia edirlər.[20]

Osmanlı imperiyası

[redaktə | mənbəni redaktə et]

1555-ci ildə Amasiya sülhü ilə Mesxetiya iki yerə bölünmüşdür. Regionun şərqi Səfəvilər, qərb hissəsini isə Osmanlılar əldə etmişdilər.[21] 1578-ci ildə Osmanlılar Gürcüstanda yerləşən Səfəvi mülklərinə hücum etmişdilər və bu, 1578–1590-cı illər Səfəvi–Osmanlı müharibəsini başlatmışdır. 1582-ci ilə qədər Osmanlılar Mesxetiyanın şərq hissəsini ələ keçirmişdilər.[22] Səfəvilər XVII əsrin əvvəllərində Mesxetiyanın şərq hissəsinə nəzarəti bərpa etmişdilər, lakin 1639-cu ildə Qəsri-Şirin sülh müqaviləsi ilə bütün Mesxetiya Osmanlının nəzarətinə keçmiş və bu, Səfəvilərin regionu geri almaq cəhdlərinə son qoymuşdur.[23][22]

Sovet hakimiyyəti

[redaktə | mənbəni redaktə et]

31 iyul 1944-cü ildə SSRİ Dövlət Müdafiə Komitəsinin "№ 6279" qərarı ilə (14 noyabr 1944-cü ildə icra edildi) 90 538 Axısqa türkü məcburi şəkildə Gürcüstandan Qazaxıstan (40 min nəfər), Özbəkistan (30 min nəfər) və Qırğızıstanın (20 min nəfərdən çox) çöllərinə köçürülmüşdür.[24][25]

1989-cu ildə Özbəkistanda məskunlaşan Axısqa türkləri ilə yerli özbəklər arasında iğtişaşlar baş tutmuşdur.[26] Həddindən artıq əhalisi olan Fərqanə vadisində özbəklərlə sərvətlər uğrunda yarışan axısqalılara qarşı milliyətçi narazılıqlar qaynayırdı. Yüzlərlə Axıska türkü öldürülmüş və ya yaralanmış, 1,000-ə yaxın mülk məhv edilmiş və minlərlə Axıska türkü sürgünə qaçmışdır.[26] Axıska türklərinin əksəriyyəti, təxminən 70,000 nəfəri Azərbaycana, qalan hissəsi isə Rusiyanın müxtəlif regionlarına (xüsusən Krasnodar diyarı), Qazaxıstan, Qırğızıstan[26][27]Ukraynaya getmişdir.

Xocalı soyqırımı

[redaktə | mənbəni redaktə et]

Mərkəzi Asiyada təqiblərə məruz qalan Axısqa türkləri Azərbaycana köçürülərək Xocalıda məskunlaşmışdılar. 1992-ci ildə azərbaycanlılarla birlikdə kütləvi şəkildə qətlə yetirilmişdilər.[28]

Rusiyalı jurnalist Viktoriya İvleva Xocalı sakinlərinin, o cümlədən qadınların və uşaqların meyitləri ilə səpələnmiş küçələrin fotolarını çəkmişdir.[29] O, erməni silahlıları tərəfindən əsir götürülən Xocalıdan olan Axısqa türklərini təsvir etmişdir. İvleva biri yaralı, digəri isə yeni doğulmuş 4 uşaqla izdihamın arxasına düşən Axısqa türkü qadına kömək edən zaman onu əsirlərdən biri ilə səhv salan erməni əsgəri tərəfindən vurulmuşdur.[30]

Axısqa türkləri

1999-cu idə aparılmış siyahıya almaya əsasən Azərbaycanda 43.454 nəfər[31][32] , eyni ildə aparılmış siyahıya almaya əsasən isə Qırğızıstanda 33.327 nəfər[33] , Qazaxıstanda 2.761 nəfər[34] Axısqa türkü yaşayır.

2002-ci ildə aparılmış siyahıya almaya əsasən Rusiya Federasiyasında 3.257 nəfər[35][36] , Ukraynada 2001-ci ildə aparılmış siyahıya almaya əsasən isə 336 nəfər[37] Axısqa türkü yaşayır .

  1. The European Centre for Minority Issues Annual Report 2011 Arxivləşdirilib 2012-06-03 at the Wayback Machine (Release Date: 10-05-2012)
  2. 1 2 3 4 5 6 7 8 9 Al Jazeera. "Ahıska Türklerinin 70 yıllık sürgünü". Al Jazeera. 2014. 2020-11-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-07-05.
  3. 1 2 3 4 5 Aydıngün və b. 2006, 13.
  4. 1 2 3 4 Aydıngün və b. 2006, 14.
  5. Turkish Ahiskan American Foundation, Charity Navigator, 26 September 2021 tarixində arxivləşdirilib, İstifadə tarixi: 26 September 2021
  6. Documents of the Helsinki Monitoring Groups in the U.S.S.R. and Lithuania (1976–1986), U.S. Government Printing Office, 1986, səh. 97
  7. Geyer, Michael; Fitzpatrick, Sheila, Beyond Totalitarianism: Stalinism and Nazism Compared, Cambridge University Press, 2009, səh. 222, ISBN 9780521897969
  8. Hille, Charlotte, State Building and Conflict Resolution in the Caucasus, Brill, 2010, səh. 241, ISBN 9789004179011
  9. "page78" (PDF). 2015-05-29 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2024-04-06.
  10. "ahiskalilar.org (turkish)". 2011-06-23 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-03-31.
  11. Aydıngün və b. 2006, 4
  12. Bennigsen, Broxup, 1983, 30.
  13. 1 2 "Clashes force 2,000 Meskhetian Turks to flee Ukraine - World Bulletin". World Bulletin. 2016-04-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-02-03.
  14. "FamilyTreeDNA - Ahiska DNA Project (Meskhetia)". www.familytreedna.com. 2024-02-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-02-17.
  15. Helmut Glück: Metzler Lexikon Sprache, 2005, p. 774
  16. Khazanov, 1995, 195.
  17. "FamilyTreeDNA - Ahiska DNA Project (Meskhetia)". www.familytreedna.com. 2024-02-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-02-29.
  18. Tomlinson, 2005, 111.
  19. Wixman, 1984, 134.
  20. Yunusov, Arif. The Akhiska (Meskhetian Turks): Twice Deported People. "Central Asia and Caucasus" (Lulea, Sweden), 1999 # 1(2), p. 162-165.
  21. Mikaberidze, 2015. səh. xxxi
  22. 1 2 Floor, 2001. səh. 85
  23. Tomlinson, 2005, 110.
  24. "Arxivlənmiş surət". 2011-08-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-05-22.
  25. "Arxivlənmiş surət". 2012-11-14 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2010-05-22.
  26. 1 2 3 UNHCR, 1999b, 20.
  27. UNHCR, 1999b, 21.
  28. Human Rights Watch/Helsinki (Organization : U.S.). Azerbaijan : Seven years of conflict in Nagorno-Karabakh. Internet Archive. New York : Human Rights Watch. 1994. ISBN 978-1-56432-142-8.
  29. Victoria Ivleva. The corpses of people killed during the Armenian attack in the streets of the settlement of Khojaly, Nagorno-Karabakh, February 1992. Photograph 1 Arxiv surəti 24 mart 2012 tarixindən Wayback Machine saytında Arxivləşdirilib 24 mart 2012 at the Wayback Machine, Photograph 2 Arxiv surəti 24 mart 2012 tarixindən Wayback Machine saytında Arxivləşdirilib 24 mart 2012 at the Wayback Machine
  30. "Дочь войны - Общество - Новая Газета". 2013-02-09. 2013-02-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-02-19.
  31. "27.01.1999 census of Azerbaijan Republic". 2018-07-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2009-07-03.
  32. "Azərbaycan Dövlət Statistika Komitəsi". 2011-07-12 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2009-05-16.
  33. "Arxivlənmiş surət". 2009-04-24 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2009-05-16.
  34. "26.06.1999 census of Kazakhstan Republic". 2018-07-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2009-07-03.
  35. "Rusiya Federativ Respublikası Statistika Komitəsi : 2002 – ci il siyahıya alması". 2006-03-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2006-03-03.
  36. "Arxivlənmiş surət". 2007-10-29 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2009-07-03.
  37. "Arxivlənmiş surət". 2007-09-27 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2009-05-16.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]

{{Naviqasiya cədvəli |ad = Azərbaycanda yaşayan xalqlar |state = collapsed |başlıq = Azərbaycanda yaşayan xalqlar |cütlərin stili = background:#f0f0f0 |bodystyle = text-align:center; |başlıqstyle = background:lavender; |qrup1 = Cəmlənmiş halda
yaşayan xalqlar |siyahı1 = {{Navbox|child

 |evenodd = swap
 |background = #ccdceb

|group1 =

Türk dilli xalqlar
 |list1  =azərbaycanlılar  •  tatarlar  •  türklər (Axısqa türkləri)

|group2 =

Qafqaz/Nax-Dağıstan dilli xalqlar
 |list2  =[Ləzgilər] avarlar  •  axvaxlar1  •  [[]  •  rutullar2  •  saxurlar  •  udilər  •  Şahdağ xalqları: buduqlular  •  xınalıqlılar  •  qrızlılar  •  ceklilər  •  əliklilər  •  haputlular  •  yergüclülər

|group3 =

Qafqaz/Kartvel dilli xalqlar
 |list3  = gürcülər (ingiloylar)

|group4 =

Hind-İran dilli xalqlar
 |list4  =kürdlər  •  qaraçılar5  •  talışlar (çarujlar/çərojeylər6  •  derijeylər7  •  galışlar  •  xələclər8)  •  tatlar

|group5 =

Sami əsilli xalqlar
 |list5  = aysorlar  •  Şirvan ərəbləri  •  yəhudilər (Dağ yəhudiləri3  •  Aşkenazi yəhudiləri  •  Gürcüstan yəhudiləri)

|group6 =

Slavyan dilli xalqlar
 |list6  = polyaklar  •  ruslar (malakanlar)  •  ukraynalılar

}} |qrup2 = Ayrı xalqlar |siyahı2 = almanlar  • ermənilər  • yunanlar (pont yunanları) |qrup3 = Qeydlər |siyahı4 = 1Axaxdərə/Axvaxdərə kəndində (Zaqatala rayonu) yaşayırlar
2ŞinŞorsu kəndlərində (Şəki rayonu) yaşayırlar
5Yığcam şəkildə Güllük, Gülüzanbinə, Qapıçay, MəlikzadəŞambulbinə kəndlərində (Balakən rayonu) yaşayırlar
6Sərək kəndində (Astara rayonu) yaşayırlar
7Əsasən Lənkəran rayonunda yaşayırlar
8Şahağac kəndində (Astara rayonu) yaşayırlar }}