Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var.
Lütfən, məqaləyə etibarlı mənbələrəlavə edərək onu təkmilləşdirməyə kömək edin. Mənbəsiz məzmun problemlər yarada və silinə bilər. Problemlər həll edilməmiş şablonu məqalədən çıxarmayın. Daha ətraflı məlumat və ya məqalədəki problemlərlə bağlı müzakirə aparmaq üçün məqalənin müzakirə səhifəsinə diqqət yetirə bilərsiniz.
Qurban Məsimov 26 yanvar, 1971-ci ildə anadan olmuşdur. 1988–1993-cü illərdə Ə. Hüseynzadə adına Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rejissorluq fakültəsində, 1995–2001-ci illərdə isə Bakı Musiqi Akademiyasının vokal şöbəsində təhsil almışdır. 1998-ci ildə Gürcüstanın paytaxtı Tbilisi şəhərində Robert Sturuanın beynəlxalq sənətkarlıq kursunu bitirmişdir. 2000-ci ildə Bolqarıstanın paytaxtı Sofiyada "Yay Akademiyası" proqramı çərçivəsində "Fildenkrayz Metodu" seminarında iştirak etmişdir.
1994-cü ildən Bəxtiyar Xanızadənin rəhbərlik etdiyi "Dəli Yığıncağı" Pantomim teatr-studiyasında fəaliyyət göstərmişdir. 2000-ci ildə teatr dövlət statusu almış və adı Dövlət Pantomim Teatrı olmuşdur. 2000–2001-ci illərdə ABA TV-də yayımlanan Nəm-Nəm verilişinin aparıcısı və rejissoru olmuşdur. 2003-cü ildə eynitipli verilişi başqa kanalda Lider TeleviziyasındaMətbəxdə Şou-Nəm-Nəm aparıcı və quruluşçu rejissor.. Azərbaycan Televiziyasında Nəm-nəm tipləməsiylə "Gülməşəkər" verilişinin aparıcısı və quruluşçu rejissoru olub. Həmçinin klounada janrında da yaradıcılıq təcrübələri vardır. Səhnə təxəllüsü Kloun Appadır. (2013)Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının üzvü, (2013-2024) Abdulla Şaiq adina Dövlət Kukla Teatrında baş rejissor vəzifəsində çalışıb...(2014)UNİMA -Beynəlxalq Kukla Teatrları Assosiasiyasının üzvü.2018-ci ildən Mədəniyyət və İncəsənət Universitetinin musiqili teatr aktyorluğu kafedrasının müəllimi.2022-ci ildən baş müəllim.
Azərbaycan Respublikanın xalq artisti Böyükxanım Əliyeva və Azərbaycan Respublikasının əməkdar artisti Təvəkkül Əliyevin kürəkənidir.
30 aprel 2014-cü ildə,[2] 6 may 2015-ci ildə[3], 6 may 2016-cı ildə[4], 1 may 2017-ci ildə[5], 9 may 2018-ci ildə[6], 10 may 2019-cu ildə[7], 7 may 2020-ci ildə[8], 7 may 2021-ci ildə[9], 10 may 2022-ci ildə[10] və 6 may 2023-cü ildə[11] Prezident Mükafatına layiq görülmüşdür.
"Nazlı və dostları" (16-seriya, "İcma əsaslı məktəbəqədər təhsilin inkişafı" layihəsi çərçivəsində hazırlanmışdır.)
"Nağıl bağı" (35-səsli nağıl,"Nağıl bağı" verilişi "İcma əsaslı məktəbəqədər təhsil" layihəsi çərçivəsində hazırlanan uşaqlar üçün nağıllar seriyasıdır.)