Aramdərə Tiflis quberniyasının Siqnax qəzasında göl adı.
Aramdərə- Tiflis quberniyasının Siqnax qəzasında göl adı. Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında (indi Ermənistanın Sisyan rayonunda) Aramlı dağ adı (yenə orada) ilə mənaca eynidir. Toponimin mənşəyi Azərbaycan dilində haramı — "qaçaq", "quldur" sözündən , ya da türk dillərində uram "çaylaq", "subasar sahə" sözündəndir. Azərbaycanın Goranboy rayonu ərazisində Gülüstani — İrəm dağ adı ilə səsləşir.[1]