Argentina–Ermənistan münasibətləri

Argentina—Ermənistan münasibətləriArgentinaErmənistan arasında iki tərəfli diplomatik münasibətlər. Argentinadakı erməni diasporası Latın Amerikasındakı ən böyüyük diasporasıdır. Burada təxminən 120.000 nəfər erməni yaşayır[1].

Argentina—Ermənistan münasibətləri
Argentina və Ermənistan
 Argentina  Ermənistan
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Tarix[redaktə | mənbəni redaktə et]

1892-ci ildə Erməni köçkünlərinin ilk dalğası Argentinaya, əsasən Misir və Suriyadan gəlir. Birinci Dünya müharibəsi dövründə Argentinaya bir neçə min erməni mühacirət edir. 1918-ci ilin mayında Ermənistan Respublikası adı altında qurulan dövlət Rusiya İmperiyasından müstəqilliyini elan edir. 1920-ci ildə Argentina Ermənistanın müstəqilliyini tanıyır və ölkələr arasında diplomatik münasibətlər qurulur[2]. 1920-ci ilin dekabrında Qırmızı ordu Ermənistan ərazisinə daxil olur və ölkə Sovet İttifaqına daxil edilir. 1962-ci ildə Buenos-Ayres vilayətinin erməni icmasının futbol klubu qurulur.

26 dekabr 1991-ci ildə Sovet İttifaqının dağılmasından sonra Ermənistan müstəqilliyini bərpa edir. 17 yanvar 1992-ci ildə Argentina ilə Ermənistan arasında diplomatik əlaqələr qurulur. 1992-ci ilin iyununda Ermənistan Prezidenti Levon Ter-Petrosyan Argentinaya rəsmi səfər edir[3]. 1993-cü ildə Ermənistan Buenos-Ayresdə səfirlik açır. 1998-ci ildə Argentina Prezidenti Karlos Menem Ermənistana rəsmi səfər edir[4]. 2009-cu ildə Argentina Ermənistanda səfirliyini açır[5].

İkitərəfli müqavilələr[redaktə | mənbəni redaktə et]

1992-ci ildə diplomatik münasibətlər bərpa edildikdən sonra, Argentina və Ermənistan arasında ikitərəfli müqavilələr imzalanmışdır: İki ölkə arasında Əməkdaşlıq Sazişi (1992); İnvestisiyaların Təşviqi və Qarşılıqlı Qoruma Müqaviləsi (1993); Ticarət və İqtisadi Əməkdaşlıq Sazişi (1994); Elmi və Texniki Əməkdaşlıq Sazişi (1994); Nüvə enerjisinin sülh yolu ilə istifadəsi sahəsində əməkdaşlıq haqqında Saziş (1998); Mədəniyyət və Təhsil sahəsində Əməkdaşlıq Sazişi (1998); Turizm sahəsində əməkdaşlıq haqqında Saziş (2002); Adi Pasport Sahibləri üçün Viza Tələblərinin ləğvi haqqında Saziş (2011); Əmək məzuniyyəti proqramı (2014) və İqtisadi əməkdaşlıq müqaviləsi (2014).

Ticarət[redaktə | mənbəni redaktə et]

2018-ci ildə ölkələr arasında ticarət dövriyyəsi 9,2 milyon ABŞ dolları təşkil etmişdir. Argentinanın Ermənistana ixracatı: ət, şəkər və tütün, Ermənistanın Argentinaya ixracatı isə: trikotaj və geyimdir. Argentina Ermənistan iqtisadiyyatına yatırım qoyan ən böyük beşinci xarici investordur[6].

Diplomatik nümayəndəliklər[redaktə | mənbəni redaktə et]

Argentinanın İrəvanda səfirliyi vardır[7].

Ermənistan Buenos Ayresdə səfirliyini mövcuddur[8].

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Los armenios en Argentina conservan intacta su identidad un siglo después (in Spanish)". 2020-04-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-10-23.
  2. "Argentina y Armenia: relaciones que florecen entre naciones y Estados (in Spanish)". 2020-04-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-10-23.
  3. "Bilateral relations Armenia-Argentina". 2020-10-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-10-23.
  4. "Menem cerró su gira con una visita de 16 horas a Armenia (in Spanish)". 2020-10-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-10-23.
  5. "La presidenta Cristina Fernández de Kirchner firmó el decreto de creación de la embajada argentina en Ereván (in Spanish)". 2016-08-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-07-31. (#redundant_parameters); (#redundant_parameters); (#redundant_parameters)
  6. "Argentina, entre los países que más invierten en Armenia (in Spanish)". 2017-07-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-10-23.
  7. "Embassy of Argentina in Yerevan". 2018-12-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-10-23.
  8. "Embassy of Armenia in Buenos Aires". 2020-04-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-10-23.