Arif Niftullayev (21 aprel 1997, Masallı) — Azərbaycanı təmsil edən yunan-roma güləşçisi.[1]
Arif Niftullayev | ||||||||
---|---|---|---|---|---|---|---|---|
Şəxsi məlumatlar | ||||||||
Tam adı | Arif Arif oğlu Niftullayev | |||||||
Vətəndaşlığı | Azərbaycan | |||||||
Doğum tarixi | ||||||||
Doğum yeri | Masallı, Azərbaycan | |||||||
İdman növü | Güləş | |||||||
Karyera illəri | 2008— | |||||||
Məşqçisi | Elnur Müzəffərov | |||||||
Komandası | Neftçi İdman Klubu | |||||||
Medallar
|
||||||||
Vikianbarda əlaqəli mediafayllar |
Onun atası Arif Niftullayev də güləşçi olub və 1978-ci il Dünya Çempionatının qalibidir.
Arif Niftullayev 2014-cü ilin mayında Bolqarıstanda yeniyetmələr arasında Avropa Çempionatında mübarizə apardı. Nəticələrə əsasən o, həmin turniri 11-ci pillədə başa vurdu.[2]
2016-cı ildə Qızıl Qran-Pri beynəlxalq turnirini 14-cü pillədə[3] başa vuran Arif Niftullayev, 2017-ci ildə İstanbul şəhərində Vəhbi Əmrə Turnirini 5-ci[4], Budapeşt şəhərində U23 Avropa Çempionatını 16-cı[5], Novi Sad şəhərində Avropa Çempionatını isə 10-cu pillələrdə başa vurdu.[6]
Arif Niftullayev 2019-cu ildə isə Tehran şəhərində Taxti Cup beynəlxalq turnirini gümüş medalla[7], Novi Sad şəhərində U23 Avropa Çempionatını 5-ci[8], Budapeşt şəhərində U23 Dünya Çempionatını isə 12-ci pillələrdə başa vurdu.[9]
Arif Niftullayev 2022-ci ildə İstanbul şəhərində Vəhbi Əmrə Turnirini 12-ci[10], Roma şəhərində Matteo Pellicone Turnirini 7-ci[11], Konya şəhərində V İslam Həmrəyliyi Oyunlarını isə 8-ci pillələrdə başa vurdu.[12]
Arif Niftullayev birinci ciddi uğuruna 2022-ci ilin 10-18 sentyabrında Serbiyanın Belqrad şəhərində baş tutan Dünya Çempionatında imza atdı. Turnirin birinci görüşündə Avstriya nümayəndəsi Daniel Qastlı 3:2, 1/8 final mərhələsində Litva təmsilçisi Vilius Laurinaitisi 8:0, 1/4 final mərhələsində isə Macarıstan nümayəndəsi Alex Szoni 10:2 hesabları ilə məğlub edən Arif Niftullayev, Dünya Çempionatının yarım-final mərhələsinə adladı. Bu mərhələdə onun rəqibi Bolqarıstan təmsilçisi Kiril Milov oldu. Gərgin idman mübarizəsi şəraitində baş tutan görüşdə Arif Niftullayev 3:0 hesabı ilə irəlidə olsa da, üstünlüyünü əldən verdi və rəqibinə məğlub oldu. Bir gün sonra baş tutan bürünc medal uğrunda görüşdə isə Arif Niftullayev İtaliya nümayəndəsi Niholoz Kaxelaşvili ilə üz-üzə gəldi və rəqibindən 2:1 hesabı ilə üstün olaraq Dünya Çempionatının bürünc medalına sahib oldu.[13]
2023-cü ildə isə Arif Niftullayev Zagreb Open beynəlxalq turnirini 8-ci[14], Avropa Çempionatını 12-ci,[15] Dünya Çempionatını isə 33-cü pillələrdə başa vurdu.
Yeniyetmələrin Avropa Çempionatı | Bolqarıstan | |||
Qızıl Qran-Pri | Azərbaycan | |||
Vəhbi Əmrə Turniri | Türkiyə | |||
U23 Avropa Çempionatı | Macarıstan | |||
Avropa Çempionatı | Serbiya | |||
Taxti Cup | İran | |||
U23 Avropa Çempionatı | Serbiya | |||
U23 Dünya Çempionatı | Macarıstan | |||
Vəhbi Əmrə Turniri | Türkiyə | |||
Matteo Pellicone Turniri | İtaliya | |||
İslam Həmrəyliyi Oyunları | Türkiyə | |||
Dünya Çempionatı | Serbiya | |||
Zagreb Open | Xorvatiya | |||
Avropa Çempionatı | Xorvatiya | |||
Varga Yanos Turniri | Macarıstan | |||
Dünya Çempionatı | Serbiya |