Arif Qasımov (23 dekabr 1950 – 7 mart 2016) — Azərbaycan aktyoru, rejissor.
Arif Qasımov | |
---|---|
Doğum tarixi | |
Doğum yeri | Bakı, Azərbaycan SSR, SSRİ |
Vəfat tarixi | (65 yaşında) |
Vəfat yeri | Bakı, Azərbaycan |
Vətəndaşlığı |
SSRİ→ Azərbaycan |
Fəaliyyəti |
aktyor rejissor |
IMDb | ID3177895 |
Arif Qasımov 1950-ci ildə Bakıda anadan olmuşdur. 1968-ci ildə orta məktəbi bitirmişdir.3 il sonra,1971-ci ildə Mədəni Maarif Texnikumuna, ardınca 1975-ci ildə İncəsənət İnstitutuna daxil olmuşdur. Fəxrəddin Manafovla bir yerdə Aktyorlar evində işləyən Arif Qasımov universitetdə onunla bir yerdə təhsil almışdır. Ondan sonra Moskvada Ali Rejissorluq Kursunda təhsilini davam etdirmişdir.Ağasadıq Gəraybəyli ilə Cahangir Mehdiyevin "Diplom işi" filmində çəkilmişdir.[1] Üç il Gənc Tamaşaçılar Teatrında işıqçı olan Arif Qasımov uzun illər AzTV-də rejissor işləmişdir. İndiyə kimi 38 filmə çəkilmişdir. Rejissor Ramiz Həsənoğlunun quruluş verdiyi televiziya tamaşalarında, "Yoxlama" filmində və "Mozalan" satirik kinojurnalında yaddaqalan rollar ifa etmişdir. "Dağlı çörəyi" adlı film və silsilə verilişlərdə rejissorluq etmişdir.Ömrünün son illərində "Uşaq və Gənclər" redaksiyasında çalışmışdır.
Arif Qasımov istedadlı aktyor və rejissor idi. O, digərlərindən qısa boyu (150 sm) ilə fərqlənsə də,özünü sənətkar kimi sübut etmişdir. Bundan əlavə, o,mahir rəqqas idi,bir neçə filmdə bu qabiliyyətini nümayiş etdirmişdir. O,maraqlı görünüşü,gülərüz siması, gülməşəkər əhvalatları, gözəl yumoru ilə hər kəsin sevgisini qazanmışdır.
Uzun illər ürək-damar xəstəliklərindən əziyyət çəkən Arif Qasımov öd kisəsindən əməliyyat olunmuşdur. 7 mart 2016-cı ildə sənətkarın vəziyyəti qəfildən pisləşmiş və komaya düşmüşdür. Həkimlərin səyinə baxmayaraq istedadlı aktyor,dünyasını dəyişmişdir.[2]
Aktyor 1992-ci ildə 42 yaşında Sevil xanımla ailə həyatı qurmuşdu. Nigar adlı qızı vardı.