Ariran

"Arirang" (아리랑; Şablon:IPA-ko) Koreyanın xalq mahnısıdır.[1] Mahnının 60 fərqli versiyasında təxminən 3,600-a yaxın variasiyası var və bunların hər birində "Arirang, arirang, arariyo (아리랑, 아리랑, 아라리요)"[2] nəqərati mövcuddur.[3]

"Arirang" iki dəfə UNESCO-nun Qeyri-Maddi Mədəni İrsi siyahısına daxil edilmişdir. Cənubi Koreya mahnını 2012-ci ildə UNESCO siyahısına daxil etmək üçün təqdim etmişdir.[2][3]Şimali Koreya isə mahnını 2014-cü ildə təqdim etmişdir.[1][4] 2015-ci ildə Cənubi Koreyanın Mədəni İrs İdarəsi mahnını qeyri-maddi mədəni sərvətlət siyahısına daxil etdi.[5]

Mahnı bu gün həm Şimali, həm də Cənubi Koreyada Koreya müharibəsindən sonra bölünmüş bir ölkədə birlik rəmzi olaraq səslənir.

"Arirang" ın Gangvon əyalətində, Congsonda meydana gəldiyi düşünülür. Bir əfsanəyə görə mahnının adı Auracinin sahilində kameliya çiçəklərini yığarkən aşiq olan gənc oğlan və qızın hekayəsindən əldə edilmişdir. Bu hekayənin iki versiyası var. Birinci versiyaya görə gənc oğlan qızla görüşmək üçün Auracini keçmək istəsə də su çox yüksək olduğundan bunu bacarmır və buna görə onlar kədərlərini ifadə etmək üçün mahnı oxuyurlar. İkinci versiyada isə gənc Auracini keçməyə çalışarkən suda boğulur və daha sonra bu kədərli mahnı ifa olunur.[6]

"Arirang" adının mənşəyinə dair digər nəzəriyyələr mahnının adının Şillanın ilk kralının həyat yoldaşı xanım Aryongla bağlı olduğuna işarə edir.[7]

Professor Keith Howardın sözlərinə görə "Arirang" Congsonun dağlıq bölgələrində yaranmışdır və mahnının ilk yazılı variantına 1756-cı ildə yazılmış bir əlyazmada rast gəlinmişdir.

1960-cı illərdə mahnını konsertdə səsləndirən Pete Seegerin sözlərinə görə bu mahnı bir zülmkar imperatorun ona qarşı çıxan insanları həbs etdirdiyi 1600-cü illərə gedib çıxır. O, məhbusları Seuldan kənarda yerləşən Arirang təpəsindəki şam ağaclarından asdırırmış. Əfsanədə deyilir ki, məhkum edilənlərdən biri ölümə gedərkən yurdunu nə qədər sevdiyini və onunla vidalaşmaq istəmədiyini ifadə edən mahnı oxumuşdur. Bu hadisədən sonra tezliklə digər məhkumlar da edam edilməzdən öncə bu mahnını oxumağa başladılar və nəticədə hər hansı bir insanın edamından əvvəl burada bu mahnının oxunması ənənəyə çevrildi.

İlk səs yazmanın qeydə alınması

[redaktə | mənbəni redaktə et]

Arirangın ilk məşhur səsyazması 1896-cı ildə amerikalı etnoloq Alice C. Fletcher tərəfindən olmuşdur. D. C., Fletcher Vaşinqtondakı evində üç koreyalı tələbəsi tərəfindən ifa olunan "Sevgi mahnısı: Ar-ra-rang" adlandırdığı mahnının səs yazmasını qeydə almışdır.[8][9] Bir mənbəyə görə həmin tələbələr Koreyanın zadəgan ailəsindən idilər və onlar bu səs yazmanın qeydə alındığı dövrdə Howard universitetində təhsil alırdılar.[10] Səs yazısı hazırda ABŞ Konqres Kitabxanasında saxlanılır.[11]

Müqavimət marşı

[redaktə | mənbəni redaktə et]

Koreyanın dövlət himni də daxil olmaqla vətənpərvərliyi ifadə edən hər hansı bir mahnı oxumağın cinayətə çevrildiyi yapon işğalı zamanı(1910–1945) Arirang xalqın qeyri-rəsmi himninə çevrildi. "Arirang" İmperial Yapon hakimiyyətinə qarşı müqavimət marşı oldu.[12][13] Koreyalı etirazçılar 1919-cu ildə Yaponiya imperiyasına qarşı təşkil etdikləri 1 Mart hərəkatı zamanı "Arirang" mahnısını səsləndirdilər. "Arirang"ın işğal zamanı yazılan bir çox variasiyasında aparılan dəyişikliklərdə ədalətisizlik, işçilərin acınacaqlı durumu və partizan müharibələri öz əksini tapmışdır. Bu mahnı həmçinin faşistlərə qarşı döyüşən dağ partizanları tərəfindən də səsləndirildi.[12]

"Arirang"ın ən məşhur versiyası ilk dəfə 1926-cı ildə rejissor Na Vongyu tərəfindən çəkilən "Arirang" səssiz filmində ortaya çıxdı. Yayımlandıqdan sonra xeyli marağa səbəb olan bu film, eyni zamanda Koreyanın ilk milliyyətçi filmi hesab olunur.[12][14][15]

Yaponiyada populyarlığı

[redaktə | mənbəni redaktə et]

1931–1943 illəri arasında pop, caz, mambo və s. janrlarda "Arirang"ın 50-dən çox yapon versiyası buraxıldı.[12] Keçmiş Yaponiya İmperiyası əsgərlərindən bəziləri Yapon işğalı zamanı Koreyada keçirdikləri hərbi xidmətlərində eşitdikləri Arirangı hələ də xatırlayıb oxuyurlar.

Arirangın musiqisi

[redaktə | mənbəni redaktə et]

\relative c' { \key f \major \time 9/8 \tempo "Lento" 4 = 140 \set Staff.midiInstrument = #"violin"
c4. ~ c4 d8  c4 ( d8 ) | f4. ~ f4 g8  f4 ( g8 ) | a4. g8 a g f4 ( d8 ) | c4. ~ ( c4 d8 c d ) r8 |\break
f4. ~ f4 g8  f4 ( g8 ) | a4 ( g8 ) f4 ( d8 ) c4 ( d8 ) | f4. ~ f4 g8 f4.| f4. ~ f4. r4. |\break
c'4. ~ c c | c4. a4. g4. | a4. g4 a8 f4 ( d8 ) | c4. ~ ( c4  d8 c d ) r8 |\break
f4. ~ f4 g8  f4 ( g8 ) | a4 ( g8 ) f4 ( d8 ) c4 ( d8 ) | f4. ~ f4 g8 f4.| f4. ~ f4. r4. \bar "|."}
\addlyrics {
아 리 랑 아 리 랑 아 라 - - 리 요
아 리 랑 고 개 로 넘 어 간 다
나 를 버 리 고 가 시 는 님 은
십 리 도 못 가 서 발 병 난 다}
\addlyrics {
아 리 랑 아 리 랑 아 라 - - 리 요
아 리 랑 고 개 로 넘 어 간 다
청 천 하 늘 엔 별 도 - 많 고
우 리 네 가 슴 엔 꿈 도 많 다}
\addlyrics {
아 리 랑 아 리 랑 아 라 - - 리 요
아 리 랑 고 개 로 넘 어 간 다
저 기 저 산 이 백 두 산 이라 지
동 지 섣 달 에 도 꽃 만 핀 다}

Arirangın bütün versiyalarında "Arirang, arirang, arariyo (아리랑, 아리랑, 아라리요)" nəqəratı mövcuddur.[2] "Arirang" sözünün özü Koreya dilində xüsusi bir məna ifadə etmir.[16] Versiyadan versiyaya mahnının sözləri bir qədər dəyişsə də kədər, ayrılıq, yenidən birləşmə və sevgi motivləri əksər versiyalarda öz əksini tapır.[17]

Müxtəlif versiyalar

[redaktə | mənbəni redaktə et]

"Arirang"ın 60 müxtəlif versiyasında təxminən 3,600-a yaxın dəyişiklik mövcuddur.[2] "Arirang" ın müxtəlif versiyalarındakı dəyişikliklər adətən aid olduğu bölgəylə əlaqədar olur.[7]

"Congseon Arirang" ümumiyyətlə mahnının orijinal versiyası hesab edilsə də, Seuldan gələn "Bonco Arirang" (Arirangın standart versiyası) ən məşhur versiyalardan biridir. Bu versiya 1926-cı ildə " Arirang" filminin əsas mahnısı kimi istifadə edildikdə populyarlaşdı.[7]

Digər məşhur versiyalardan biri Colla əyalətindən olan "Cindo Arirang"dır. Bu bölgə eyni zamanda Koreya xalq musiqisi janrlarından olan pansori və sinavinin vətəni olaraq da bilinir.[1][18][19]

Həm Cənubi Koreya, həm də Şimali Koreyaya məxsus Arirang nümunəsi YUNESKO-nun Qeyri-Maddi Mədəni İrsi siyahısına daxildir. Cənubi Koreya mahnını 2012-ci ildə[2][3], Şimali Koreya isə 2014-cü ildə təqdim etmişdir.[1][4]

2015-ci ildə Cənubi Koreyanın Mədəni İrs İdarəsi "Arirang" ı qeyri-maddi mədəni sərvətlər siyahısına əlavə etdi.[5]

ABŞ ordusunun 7-ci piyada diviziyası, "Arirang" mahnısını 1956-cı ilin mayında, Cənubi Koreyanın prezidenti Li Sıngmanın icazəsindən sonra rəsmi yürüş mahnısı kimi qəbul etdi. Diviziya 1950-dən 1953-cü ilə qədər Koreya müharibəsi illərində Koreyada yerləşirdi.[20]

Başqa mədəniyyətlərdə Arirang

[redaktə | mənbəni redaktə et]
  • "Arirang" melodiyasından 1986-cı ildə xristian himnində istifadə olunmuşdur.[1][21]
  • New York Filarmoniyası, 26 fevral 2008-ci ildə Şimali Koreyaya etdiyi səfərdə "Arirang" mahnısını ifa etmişdi.[22]
  • 2013-cü ilin noyabr ayında Hankuk Xarici Araşdırmalar Universitetinin tələbə xoru "Arirang" mahnısını ingilis, çin, yapon, fransız, italyan, ispan, alman, rus, ərəb və koreya dillərində ifa etdi.[23]
  • K-pop qrupu BTS 2016-cı ilin iyununda KCON France-da "Arirang"ı ifa etdi.[24]
  • 2016-cı il oktyabr ayında Cənubi Koreyanın Tv musiqi yarışması olan Immortal Songs: Singing the Legend zamanı məşhur musiqiçilər Arirangın müxtəlif versiyalarını ifa etdilər.[25][25]
  • Arirang, 20-ci əsrdə "Arirang" mahnısını populyarlaşdıran Koreya rejissoru Na Vungyunun 1926-cı ildə çəkdiyi nüfuzlu filminin adıdır.[7]
  • Arirang eyni zamanda 2011-ci ildə Cənubi Koreya ilə bağlı çəkilən sənədli filmin adıdır. Film 2011-ci il Kann Film Festivalında Un Certain Regard kateqoriyasında baş mükafatı qazanmışdır.
  • Arirang TV və Arirang Radio, Koreya Beynəlxalq Yayım Fondu tərəfindən idarə olunan beynəlxalq ingilis dilli media stansiyalarıdır.[26][27]
  • Şimali Koreyanın kütləvi gimnastika və performans festivalı ümumiyyətlə Arirang Festivalı kimi tanınır.[28]
  • Sidneydə 2000-ci il Yay Olimpiya Oyunlarının açılış mərasimində Avstraliya, Cənubi və Şimali Koreya idmançıları Arirang sədaları altında birgə stadiona daxil oldular.[29]
  • Cənubi Koreyalı azarkeşlər "Arirang" mahnısını 2002 FIFA Dünya Kuboku zamanı ruhlandırıcı mahnı kimi ifa etmişdilər.[7]
  • Fiqurlu konkisürən Cənubi Koreyalı Yuna Kim 2011-ci ildə keçirilən Dünya Fiqurlu Konkisürmə Çempionatında sərbəst konkidə "Arirang" sədaları altında çıxış etdi.[30]
  • "Arirang" PyeongChang 2018 Qış Olimpiya Oyunları zamanı, xüsusən açılış mərasimi[31] zamanı dəfələrlə istifadə edilmişdir. Fiqurlu konkisürmə oyunlarının qala nümayişi zamanı Çoi Dabin Arirang sədaları altında konki sürmüşdür.
  • 2018 Asiya Oyunlarında Koreyanın kanoye üzrə birləşmə komandası qızıl medal qazandıqda Arirang səsləndirildi.[32]

Video oyunları

[redaktə | mənbəni redaktə et]
  • D. Vanın "Fırtına Qəhrəmanları" adlı musiqili tamaşasının açılış musiqisi "Arirang"ın elementlərini daşıyırdı.[33]
  1. 1 2 3 4 5 "N. Korea's Arirang wins UNESCO intangible heritage status". Yonhap News Agency (ingilis). 2014-11-27. 2017-12-06 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-12-05.
  2. 1 2 3 4 5 "Arirang, lyrical folk song in the Republic of Korea". Intangible Cultural Heritage. UNESCO. 2007-06-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-12-05.
  3. 1 2 3 Chung, Ah-young. "'Arirang' makes it to UNESCO heritage". The Korea Times. 2012-12-12. 2015-10-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-12-05.
  4. 1 2 "Arirang folk song in the Democratic People's Republic of Korea". Intangible Cultural Heritage. UNESCO. 2015-11-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-12-05.
  5. 1 2 "'Arirang' Listed as National Intangible Asset". The Chosun Ilbo (ingilis). 2015-07-15. 2021-02-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-12-05.
  6. The National Folk Museum of Korea. Encyclopedia of Korean Folk Literature. Encyclopedia of Korean Folklore and Traditional Culture Vol. III. 길잡이미디어. 2014. 95–96. ISBN 978-8928900848. 2020-05-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-04-28.
  7. 1 2 3 4 5 "From lyrical folk song to cheering song: variations of 'Arirang' in Korean history". The Korea Times (ingilis). Yonhap News Agency. 2012-12-06. 2015-07-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-12-06.
  8. Yoon, Min-sik. "Oldest recorded Arirang to be on display in Seoul". The Korea Herald (ingilis). 2017-09-27. 2022-03-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-12-07.
  9. Kim, Hyeh-won. "Arirang under renewed light ahead of UNESCO application". Yonhap News Agency (ingilis). 2012-05-11. 2012-05-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-12-07.
  10. Provine, Robert C. "Alice Fletcher's Notes on the Earliest Recordings of Korean Music" (PDF). The Academy of Korean Studies. 2017-12-08 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-12-07.
  11. "Alice C Fletcher collection of Korean cylinder recordings". Library of Congress (ingilis). İstifadə tarixi: 2017-12-07.
  12. 1 2 3 4 Atkins, E. Taylor. "The Dual Career of "Arirang": The Korean Resistance Anthem That Became a Japanese Pop Hit". The Journal of Asian Studies. 66 (3). August 2007: 645–687. doi:10.1017/s0021911807000927. JSTOR 20203201. 2022-05-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-04-28.
  13. Koehler, Robert. Traditional Music: Sounds in Harmony with Nature. Volume 8 of Korea Essentials. Seoul Selection. 2015. ISBN 978-1-62412-042-8. 2020-01-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-04-28.
  14. Edwards, Matthew. Film Out of Bounds: Essays and Interviews on Non-Mainstream Cinema Worldwide. McFarland. 2014. 198. ISBN 978-1-4766-0780-1.
  15. Taylor-Jones, Kate. Divine Work, Japanese Colonial Cinema and its Legacy. Bloomsbury USA. 2017. ISBN 978-1-5013-0613-6.
  16. "Arirang (아리랑)". Sejong Cultural Society. 2015. 2022-03-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-12-06.
  17. Kim Yoon, Keumsil; Williams, Bruce. Two Lenses on the Korean Ethos: Key Cultural Concepts and Their Appearance in Cinema. McFarland. 2015. 39. ISBN 978-0-7864-9682-2. 2022-05-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-04-28.
  18. "Jindo Arirang". Sejong Cultural Society. 2015. 2022-03-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-12-06.
  19. "Milyang Arirang". Sejong Cultural Society. 2015. 2022-03-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-12-06.
  20. "Chronological History 7th Infantry Division". 7th Infantry Division Association. 2012-05-25. 2013-03-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-12-07.
  21. "Christ, You Are the Fullness". Hymnary (ingilis). 2022-05-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-12-07.
  22. Wakin, Daniel J. "North Koreans Welcome Symphonic Diplomacy". The New York Times (ingilis). 2008-02-27. ISSN 0362-4331. 2022-03-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-12-07.
  23. Lee, Claire. "HUFS to hold concert featuring 'Arirang' in 10 languages". The Korea Herald (ingilis). 2013-11-19. 2021-06-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-12-08.
  24. Mnet K-POP, [KCON 2016 France×M COUNTDOWN] Opening Performance _ Arirang Medley(아리랑 연곡) M COUNTDOWN 160614 EP.47, 2016-06-14, 2022-06-16 tarixində arxivləşdirilib, İstifadə tarixi: 2017-12-08
  25. 1 2 KBS World TV, Immortal Songs 2 | 불후의 명곡 2: "Arirang" special [ENG/2016.10.29], 2016-10-29, 2019-11-15 tarixində arxivləşdirilib, İstifadə tarixi: 2017-12-08
  26. "Arirang TV begins DTV service in metropolitan Washington, D.C., area". The Korea Times (ingilis). Yonhap News Agency. 2011-04-28. 2017-12-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-12-08.
  27. "Arirang Radio to Go On Air in U.S." The Chosun Ilbo (ingilis). 2012-01-11. 2017-12-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-12-08.
  28. DeHart, Jonathan. "Pyongyang's Arirang Festival: Eye Candy for the Masses". The Diplomat (ingilis). 2013-07-29. 2022-03-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-12-07.
  29. Ito, Makoto. "Two Koreas make history during opening ceremony". The Japan Times Online (ingilis). 2000-09-16. ISSN 0447-5763. 2022-03-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-12-08.
  30. Hersh, Philip. "Botched jumps cost Kim world title, Czisny the bronze". Chicago Tribune. 2011-04-30. 2021-09-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-12-07.
  31. "Do passado ao futuro cerimonia de abertura de pyeongchang projeta futuro de crianças (In Portuguese)". Sport TV. 2018-02-09. 2018-02-27 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2018-02-09.
  32. AS, Diario. "Unified Korea dragon boat team win historic gold at Asian Games". AS.com (ingilis). 2018-08-27. 2021-06-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-08-29.
  33. Warcraft Music and Gaming, D.Va Music (Dva Music) – Heroes of the Storm Music, 2017-05-08, 2022-05-16 tarixində arxivləşdirilib, İstifadə tarixi: 2018-01-22