Arkadiya konfransı

Arkadiya konfransı, Birləşmiş KrallıqABŞ nümayəndələri arasında 22 dekabr 1941 - 14 fevral 1942-ci il tarixləri arasında Vaşinqtonda təşkil edilən, tərəflər arasında Avropadakı müharibə ilə bağlı strategiyaların müəyyən edildiyi görüşlərdir. Konfransa hər iki ölkənin dövlət rəhbərləri kimi Vinston ÇörçilFranklin Delano Ruzvelt başçılıq etmişdir.[1]

Konfransdan əvvəlki hadisələr[redaktə | mənbəni redaktə et]

Nasist Almaniyasıİtaliyanın 11 noyabr 1941-ci il tarixində ABŞ-yə müharibə elan etməsi ilə ABŞ-nin Avropadakı müharibəyə qatılması qaçınılmaz hala gəlmişdi. Ardıyca yaponların 7 yanvar 1941-ci ildəki Pörl-Harbora hücumundan sonra ABŞ Sakit okeanda yaponlarla müharibəyə başlamışdı. Pörl-Harbora hücumu eyni zamanda Birləşmiş Krallığı Uzaq Şərqdəki təsir sahələrinə daha çox qüvvə ayırmağa məcbur etmişdi. Bu vəziyyətdə hər iki ölkə güclərinin birləşdirilməsi və hər iki müharibə sahəsində bölüşdürülməsi üçün stratejik qərarlar almağa məcbur oldular.

Başlanğıcda ABŞ-nin Avropada müharibəyə girmək barədə düşüncəsi La-Manş sahillərindəki Fransa torpaqlarına hücum etmək yönündə idi. Stalin Avropada ikinci cəbhənin açılması məsələsində israrlı idi. Ancaq Çörçil konfrans zamanı cəbhənin Avropada yox, Şimali Aftrikada açılması məsələsində israr edirdi.[2]

Şimali Afrikada ABŞ VIII Ordusunun 18 noyabr 1942-ci ildə başlatdığı Səlib hərəkatının davamında Ervin Rommelin komandanlığındakı Alman-İtalyan qüvvələri Sirenaykanın qərbinə çəkilməyə başlamışdılar. Çörçil şimal-qərbi Afrika sahillərinə ediləcək ABŞ hücumunun AlmaniyaŞimali Afrikada iki cəbhəli döyüşlərə məcbur edəcəyinə inanırdı.

Konfrans[redaktə | mənbəni redaktə et]

Konfransın nəticəsində ABŞ-nin şimal-qərbi Afrikaya hücum təşkil etməsi prinsipcə qəbul edilmişdi. Bu prinsip qərarı Məşəl hərəkatı ilə 8 noyabr 1942-ci ildə tədbiq edildi. Bundan başqa 1 yanvar 1942-ci il tarixli görüşmələrdə BMT-nin qurulması məsələsində prinsip razılaşması əldə edildi.

Nəticələri[redaktə | mənbəni redaktə et]

Arkadiya konfransından sonra ABŞ-nin Alman-İtalyan qüvvələrinə qarşı Avropada müharibə planı dəyişmişdir. Qərbi Fransa sahillərindən ediləcək desant hücumu hərəkatı ikinci mərhələ olaraq müəyyən edilmiş, şimal-qərbi Afrika sahillərinə ediləcək hücum planı gündəmə gətirilmişdir. Bu Şimal-qərbi Afrika layihəsi davamında Siciliyanın tutulması (Husky hərəkatı) və İtaliyaya qoşun çıxartma olaraq cəbhəni cənubi İtaliyaya çəkmişdir.[3]

Ancaq ikinci cəbhənin Avropa üzərindən açılması III Reyxi qeydsiz-şərtsiz təslimə məcbur edəcək səviyyədə olmamışdır, İtaliya torpaqlarının istilası ilə sonlanmışdır. Avropada müharibəni sonlandıran əsas hərəkat yenə Fransa torpaqlarından edilən hücum olmuşdur. Hərəkatın bu formada davam etdirilməsi şübhəsiz bir tərəfdən Fransa torpaqlarındakı son qarşıdurmanı daha az riskli edərkən, digər tərəfdən də Avropada müharibəni uzatmışdır.[2]

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. William Hardy McNeill, America, Britain and Russia: Their Cooperation and Conflict 1941-1946 (1953) pp 90-118
  2. 1 2 Joint Declaration by the United Nations of January 1, 1942 Arxivləşdirilib avqust 20, 2016, at the Wayback Machine.
  3. Powaski, Ronald E. Toward an entangling alliance : American isolationism, internationalism, and Europe, 1901-1950. Greenwood Press. 1991. səh. 112-14. ISBN 9780313272745. 2018-12-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-09-13.