Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının dövlət və siyasi sistemi

Birləşmiş Krallıq konstitusiyalı monarxiyaya əsaslanan unitar dövlətdir. Kraliça 2-ci Elizabet Birləşmiş Krallıq və 15 digər müstəqil dövlət ittifaqının başçısıdır. Kraliçanın məsləhətçi, dəstəkləyici və xəbərdaredici kimi hüquqları vardır. Birləşmiş Krallıq yazılmamış konstitusiyaya malik olan dünyanın 4 ölkəsindən biridir. Birləşmiş Krallığın konstitusiyası konstitusional razılaşmalarla birgə beynəlxalq müqavilələrqanun toplularından ibarət məhkəmə sistemi, əsas qanunların da daxil olduğu fərqli yazılı mənbələr toplusundan təşkil olunub.

Monarxın rəsmi vəzifələri

[redaktə | mənbəni redaktə et]

Birləşmiş Krallıq konstitusiyalı monarxiyadır. Bu o deməkdir ki, dövlət başçısı kimi ölkəni irsi monarx idarə edir (kral və ya kraliça), lakin monarxın hakimiyyəti formaldır və o yalnız Parlamentin dəstəyi ilə hökm sürə bilər. Kral yaxud kraliçanın rəsmi vəzifələrinə aiddir:

  • Seçkilərin sonunda Baş Naziri təyin etmək (adətən İcmalar Palatasında səs çoxluğuna malik olan partiyanın lideri),
  • Parlamenti çağırmaq, işində fasilə təyin etmək və Parlamenti buraxmaq;
  • Müharibə elan etmək/sülh bağlamaq,
  • Xarici dövlət və hökumətləri rəsmən tanımaq,
  • Saziş bağlamaq,
  • Əraziləri özünə birləşdirmək və ya başqa ölkəyə güzəştə getmək,
  • Məhkəmə hakimiyyətinə rəhbərlik etmək (ölkədə bütün məhkəmələr Kral və ya kraliça məhkəməsi adlanır və bütün məhkəmə prosesləri kral yaxud kraliçanın adı ilə həyata keçirilir),
  • Silahlı Qüvvələrin Ali Baş Komandanı olmaq,
  • Mötəbər İngiltərə Kilsəsinin Ali Hakimi olmaq,
  • Silahlı Qüvvələr və kilsədə şəxsləri mühüm dövlət postlarına rəsmi şəkildə təyin etmək,
  • Əsilzadə, cəngavər və digər şərəf ordenləri ilə təltif etmək,
  • Gizli Şuranın görüşlərində kökumətin qərarlarını rəsmi şəkildə təsdiq etmək,
  • Avstraliya, Kanada, Yeni Zellandiya daxil olmaqla, yerli hakimlər tərəfindən idarə olunan 16 sabiq koloniyanın kral və ya kraliçası olmaq;
  • Dövlətin başçısı olmaq,

Kral və ya kraliçanın mühüm simvolik vəzifələri xalqın birliyini, tarixi ənənələri və davamlılığı qoruyub saxlamaq, dövlətin ruhani başçısı olmaqdır. Birləşmiş Krallığın konstitusiyası Maqna Karta, Hüquqlar Vəsatəti Ərizəsi və Hüquqlar Haqqında Bill (1689) kimi tarixi sənədlərin daxil olduğu formalaşdırılmamış konstitusiyadır. Konstitusiya qeyri-sabitdir və Parlament aktı ilə dəyişdirilə bilər.

Birləşmiş Krallıqda hakimiyyətin üç qolu vardır:

  1. İcraedici hakimiyyət (hökumət tərəfindən həyata keçirilir);
  2. Qanunverici hakimiyyət (həm hökumət, həm də parlament tərəfindən həyata keçirilir);
  3. Məhkəmə hakimiyyəti (məhkəmə sistemi tərəfindən həyata keçirilir);

Hökumətin üç qolunda ciddi bir hakimiyyət bölgüsü yoxdur (Birləşmiş Ştatlardan fərqli olaraq). Məsələn:

  1. Ölkənin bütün nazirləri qanunverici hakimiyyətin üzvləridir.
  2. Bəzi ali hakimlər Parlamentin yuxarı palatasında əyləşir.

Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı Parlamenti

[redaktə | mənbəni redaktə et]

Böyük BritaniyaŞimali İrlandiya Birləşmiş Krallığı Parlamenti Birləşmiş Krallıq və ona aid olan ərazilərdə ali qanunverici orqandır. O, Birləşmiş Krallığın digər bütün siyasi orqanları üzərində ali hakimiyyətini təsdiq edən parlamentar suverenliyə malikdir.

Konstitusional hüquqla adi qaydada həyata keçirilən hüqüq arasında xüsusi bir fərq olmadığına görə Birləşmiş Krallıq parlamenti sadəcə olaraq parlament aktlarını qəbul etməklə konstitusional dəyişiklikləri həyata keçirə bilər və bununla da parlament konstitusiyanın yazılmış və ya yazılmamış bəndlərini ləğv etmək, dəyişmək kimi siyasi gücə malikdir. Hökumət Birləşmiş Krallıqda bütün dünyanın nümunə götürdüyü Britaniya İmperiyasının mirası sayılan Uestminster sisteminə dayanan parlamentli hökumət mövcuddur. Uestminster sarayında toplaşan Birləşmiş Krallıq parlamenti 2 hissəyə - seçilən İcmalar Palatasına və təyin olunan Lordlar Palatasına ayrılır. Parlamentdən keçən bütün qanun layihələri qanuni qüvvə almamışdan əvvəl kralın razılığına verilir.

Birləşmiş Krallıq Parlamenti Londonun mərkəzində yerləşən məşhur Uestminster Sarayında yerləşdiyindən Parlament bəzən Uestminster də adlanır.

Parlamentin vəzifələrinə aiddir:

  1. Qanunlar qəbul etmək;
  2. Günün əsas məsələlərini müzakirə etmək;
  3. Xərclərə dair təkliflər daxil olmaqla dövlət siyasətini və idarəçiliyi gözdən keçirmək;
  4. Dövlətin işinin tarazlığını təmin etmək

Britaniya Parlamenti dünyanın bir çox ölkələrində olduğu kimi iki palatadan - İcmalar Palatası və Lordlar Palatasından ibarət ikipalatalı parlamentdir. Kral/kraliça Parlamentin üçüncü tərkib hissəsidir. Nəzəri olaraq, ali qanunverici hakimiyyət Kral və ya kraliçaya məxsusdur. Müasir dövrün təcrübəsində isə bu hakimiyyət Lordlar Palatasına məxsusdur. Kral/kraliça adətən Baş Naziirn məsləhəti ilə hərəkət edir və Lordlar Palatasının hakimiyyəti də məhduddur. İcmalar Palatası və Lordlar palatası Uestminster Sarayında ayrı-ayrı palatalarda görüşür.

Şotlandiya hökuməti və Parlamenti

Şotlandiya hökuməti və Parlamentinin təhsil, səhiyyə, şotland qanunları və yerli hökumət kimi Birləşmiş Krallığın hüququnun olmadığı məsələlər üzərində böyük miqyaslı gücü var. 2011-ci il seçkilərində Şotlandiya Milli Partiyası seçkiləri təkrar qazandı və partiyanın başçısı Aleks Salmond Şotlandiyanın ilk naziri kimi Şotlandiya Parlamentində mütləq əksəriyyət qazandı. 2012-ci ildə Birləşmiş Krallıq və Şotlandiya hökumətləri 2014-cü ildə keçirilməsi nəzərdə tutulan və Şotlandiyanın müstəqilliyinə dair referendumun şərtlərini nizamlayan Edinburq razılaşmasını imzaladılar.

Uels hökuməti və Parlamenti

Uels hökuməti və Uels Parlamentinin Şotlandiyaya nəzərən daha məhdud səlahiyyətləri var. Bu Məclis asambleya aktı vasitəsilə Uestminsterin razılığı tələb olunmayan, səlahiyyətində olduğu məsələlər üzrə qanun verə bilər. 2011-ci il seçkiləri Karuin Consun rəhbərlik etdiyi Leyborist hökumətin azlıqda qalması ilə nəticələndi.

Şimali İrlandiya hökuməti və Parlamenti

Şimali İrlandiya hökuməti və Məclisi digərləri ilə oxşar səlahiyyətlərə malikdir. İcraedici hakimiyyət Məclisin həmkarlar ittifaqı və millətçi üzvlərinin təmsil olunduğu ikihakimiyyətliliyə əsaslanır. Hazırda Demokratik Həmkarlar İttifaqı Partiyasının lideri Piter Robinson və Şin Fein Partiyasının lideri Martin Makqinnes müvafiq olaraq Baş nazir və Baş nazirin müavini vəzifələrini tuturlar.

İcmalar Palatası

[redaktə | mənbəni redaktə et]

Böyük Britaniya İcmalar Palatası Parlament üzvlərinin seçdiyi spiker tərəfindən idarə olunur. Vəzifə qeyri-siyasidir və konvensiyaya əsasən siyasi partiyalar spiker postuna namizədlik irəli sürə bilməzlər. O, Parlamentdə nizam-intizamın qorunmasına nəzarət edir.

Hal-hazırda İcmalar Palatasında 650 yer var (bu rəqəm bəzən demoqrafik vəziyyətə uyğun olaraq bir az dəyişir). Bu beynəlxalq standartlara əsasən böyük rəqəmdir. Misal üçün, Amerika Birləşmiş Ştatlarının Nümayəndələr Palatasında yerlərin sayı İcmalar Palatasına nəzərən xeyli azdır. İcmalar Palatasındakı hər yer bir seçki dairəsini təmsil edir. Adətən dairənin şəhər və ya kənd ərazisi olmasından aslı olaraq 60,000-80,000 seçicisi olur.

İcmalar Palatası ən azı beş ildən bir keçirilən seçkilərlə demokratik şəkildə seçilən palatadır (Ümumi seçki Baş Nazir tərəfindən çağırıldıqda bütün 650 yer üzrə keçirilən ümumilli seçkidir və son seçkinin keçirildiyi müddətdən 5 il gec olmamaqla keçirilməlidir).

İcmalar Palatasının yerləşdiyi palata İkinci Dünya Müharibəsi zamanı zərər gördüyündən Qiles Qilbert Skott tərəfindən yenidən dizayn olunmuşdur. Yeni palata dağıdılan palataya oxşar tikilmişdir. Palatanın özülü bir-biri ilə əks istiqamətlərdə olan iki yaşıl oturacaq sıralarından ibarətdir. Mərkəzdə bir stol var və spikerin oturacağı onun bir başındadır. Bu quruluş iqtidar və müxalifətdən olan Parlament üzvlərinin bir-birləri ilə əks tərəflərdə olduğu mənasını verir. Hökumətin nazirləri iqtidar tərəfinin ön sıralarında əyləşir. İqtidarla eyni partiyadan olan, lakin hökumətdə vəzifələri olmayan şəxslər arxa sırada əyləşirlər.

Lordlar Palatası

[redaktə | mənbəni redaktə et]

Lordlar Palatası lord spiker tərəfindən idarə olunur. Palata İcmalar Palatasının analoqudur: Lord spiker Lordlar Palatası üzvləri tərəfindən seçilir və siyasi cəhətdən neytraldır. Lordlar Palatası üzvlərinin qərarlaşdırılmış sayı yoxdur. Tarixən Lordlar Palatasının üzvləri irsi zadəganlar olmuşlar. İllər əvvəl kral və ya kraliça aristokratiya nümayəndələrini Lordlar Palatasına üzvlüyə seçirdi və o vaxtdan palatada oturmaq hüququ nəsildən nəsilə keçdi və bu, irsi səciyyə almağa başladı. Aydındır ki, bu qeyri-demokratikdir. Bu qanunun dəyişdirilməsindən sonra 92 nəfər istisna olmaqla qalan bütün yaşayan irsi zadəganlar hökumətin məsləhəti ilə kraliça tərəfindən ömürlərinin sonuna qədər palatada qalmaq hüququ qazandı, lakin bundan sonra onların ailələrindən olan heç kəsin seçilmək hüququ yoxdur. Hal-hazırda palata üzvləri bu ömürlük seçilmiş irsi zadəganlardan, keçmiş siyasətçilərdən, təhsil, səhiyyə və digər sahələrdən olan şəxslərdir. Üzvlərin kiçik bir hissəsi də dini rəhbərlər - İngiltərə kilsəsinin yepiskop və keşişləridir. Lordlar Palatasının üzvlərinin əyləşdiyi palata bu qaydada təşkil olunmuşdur: Lord spikerin əyləşdiyi taxt (İcmalar Palatasında bu, spikerin əyləşdiyi stuldur). Palata yaşıl bir xətlə iki - sağ (iqtidar tərəfi) və sol (müxalifət tərəfi) hissələrə ayrılmışdır. Burada oturacaqlar qırmızı dəridəndir.

Bu günə qədər Lord kansler İngiltərədə və Uelsdə məhkəmə hakimiyyətinin rəhbəri olub. O, cinayət məhkəmələri üçün və həmçinin suverenlik naminə hakimləri və dövlət məmurlarını təyin edir. Lord kanslerinin dövlətdə üç sahədə rolu vardır: icraedici, qanunverici və məhkəmə. Lord kanslerinin dövlətdə üç sahədə rola rola malik olması dünyada bir çox liberal demokratiyalar arasında özəlliyə malikdir. Buna baxmayaraq, 2005-ci il konstitusiya islahat aktı ilə onun məhkəmə səlahiyyətlərinin bir çoxu alınaraq, Biritaniya hökumətində digərlərinə, əsasən də, konstitusiya məsələləri üçün yeni yaradılmış dövlət katibliyi postuna verilmişdi.

Hökumət departamentləri

[redaktə | mənbəni redaktə et]

Birləşmiş Krallıqda hökumət əsasən departamentlər kimi tanınan nazirliklərdən ibarətdir. Məsələn, Müdafiə Nazirliyi. Bunlar əsasən dövlət katibi və kabinetin üzvü olan dövlət nazirləri tərəfindən idarə olunurlar. Həmin şəxs, həmçinin aşağı pillədə olan nazirlər tərəfindən də dəstəklənə bilər. Nazirlərin qərarının icrası siyasi cəhətdən hər zaman neytral olan, dövlət xidməti kimi tanınan təşkilat tərəfindən həyata keçirilir. Onun konstitusional rolu hansı partiyanın hakimiyyətdə olmasından asılı olmayaraq, hökuməti dəstəkləməkdir. Digər demokratik sistemlərdən fərqli olaraq, yüksək vəzifəli dövlət qulluqçuları hökumət dəyişikliyindən sonra da öz vəzifələrində qalırlar. Departamentin inzibati idarəetməsi bir çox departamentlərdə daimi katib kimi tanınan baş dövlət qulluqçusu tərəfindən həyata keçirilir. Mülki xidmət heyətinin əksəriyyəti, əslində, dövlət departamentinə hesabat verən və müxtəlif operativ təşkilatlar olan icraedici agentliklərdə çalışırlar.

Birləşmiş Krallıq hökumətinin başçısı - yəni Baş nazir vəzifəsi İcmalar Palatasında əksəriyyətin inamını qazana bilən parlament üzvünə məxsus olur və bu vəzifə adətən həmin palatada ən böyük siyasi partiyanın başçısına məxsusdur. Baş nazir hökumət kabinetini seçir və kabinet rəsmi olaraq monarx tərəfindən onun hökumətdəki zati-alilərini təşkil etmək üçün təyin edilir. Razılaşmaya əsasən kraliça Baş nazirin hökumət barədə qərarlarına hörmət edir. Kabinet ənənəvi olaraq Baş nazirin partiyasının üzvlərindən təşkil olunur. İcraedici hakimiyyət Birləşmiş Krallığın Gizli Şurasına and içmiş baş nazir və kabinet tərəfindən təşkil olunur və kralın nazirləri olurlar. Mühafizəkarlar partiyasının lideri Devid Kemeron Bitləşmiş Krallığın 3-cü partiyası - liberal demokratlarla olan koalisiyaya rəhbərlik edir. Kemeron ilk dəfə, həmçinin Maliyyə naziri vəzifəsini də tutan Baş nazirdir.

Birləşmiş Krallığın 3 aparıcı partiyası Mühafizəkar, Leyborist və Liberal Demokratlar partiyalarıdır. 2010-cu il seçkiləri zamanı bu 3 partiya İcmalar Palatasında mövcud olan 650 yerdən 622-ni qazanıb. Qalan yerlər Birləşmiş Krallığın yalnız bir nöqtəsində; Şotlandiya Milli Partiyasının - Şotlandiyada; Uels Milli Partiyasının- yalnız Uelsdə, Demokratik Həmkərlar İttifaqı Partiyasının, Sosial Demokratik və Leyborist Partiyasının, Uelster Həmkarlar Ittifaqı Partiyasının və Şin Feinin – yalnız Şimali İrlandiyada, (baxmayaraq ki, Şin Fein İrlandiya Respublikasındakı seçkilərdə də mübarizə aparır) mübarizə apardıqları seçkilərdə bu partiyalar tərəfindən qazanılıb. Partiya siyasətinə uyğun olaraq parlamentin seçilməmiş Şin Feindən olan üzvləri krala sədaqət andının içilməsi tələbi olduğuna görə heç bir vaxt İcmalar Palatasında iştirak edib, seçicilərinin adından danışa bilməz. Hal-hazırda Şin Feinin parlamentdə 5 üzvü var, bununla yanaşı Uestminsterdə mövcud olan xidmət vasitələrinin istifadə etmək imkanı qazanıb. Birləşmiş Krallığın hal-hazırda 12 çox-mandatlı seçki dairələrindən Avropa Parlamentinə seçilmiş 72 üzvü var.

Xarici əlaqələr

[redaktə | mənbəni redaktə et]

Birləşmiş Krallığın xarici əlaqələri Xarici İşlər Nazirliyi tərəfindən həyata keçirilir. Baş nazir və bir çox nümayəndəliklər siyasətin müəyyənləşməsində rol oynayırlar və bir çox idarə və müəssisələrin də bu sahədə rolu və hüququ var. Böyük Britaniya 18, 19-cu əsr və 20-ci əsrin əvvəllərində dünyanın ən qabaqcıl dövləti olub. O, əhəmiyyətli dərəcədə böyük hakimiyyətə sahib olub və maliyyə, sənaye, dəniz donanması və nəhəng Britaniya İmperiyası sayəsində dünyada baş verən hadisələr üzərində müstəsna təsiri olub.1956-cı il Süveyş böhranınadək o, fövqəldövlət hesab olunub. Ancaq zəifləyən iqtisadiyyat, 2 dünya müharibəsinə çəkilən xərc və müstəmləkələrinə müstəqilliyin verilməsi 1946-cı ildən sonra onun gücünü durmadan azaltdı. Bununla belə, Birləşmiş Krallıq aparıcı gücü və Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının daimi üzvlüyü, Avropa Birliyi dövlətlərinin üzvlüyü hələ də qalır və böyük 7-lik, böyük 8-lik, böyük 20-lik, Şimali Atlantika Müqaviləsi Təşkilatı, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı, Ümumdünya Ticarət Təşkilatı, Avropa Şurası, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı və Britaniya İmperiyasının mirası olan Millətlər Birliyinin əsas üzvüdür.

Xarici əlaqələrin tarixi

[redaktə | mənbəni redaktə et]

Britaniyanın 1600-cü ildən bu yana xarici əlaqələri Avropa qitəsində heç bir dövlətin nəzarəti ələ keçirməsinə imkan verməməyə və güc balansına nail olmağa yönəlib. Əsas düşməni isə Yüzillik müharibədən başlayaraq Napoleonun məğlub edilməsinədək güclü orduya malik olan Fransa olub.1775-1783-cü illər Amerika İstiqlaliyyət müharibəsi zamanı müstəmləkə əleyhinə üsyanalar istisna olmaqla, Britaniya bir çox digər müharibələrdə uğur qazanıb.Onun üstün diplomatik strategiyası sayəsində Prussiya kimi müttəfiq ordu qüvvələri maliyyələşdirildi. Britaniya təhlükəsizlik barəsində hərbi-dəniz qüvvələrinə arxanalırdı və bütün dünyada şəxsi heyəti ilə birgə açıq dənizdə güclü donanma saxlamağa nail olub. Britaniyanın sahib olduğu böyük Britaniya İmperiyası 1920-40-cı illərdə ərazi baxımından daha da böyüdü, daha sonra 1970-ci ilədək müstəmləkələrə müstəqillik verildikcə imperiya ərazisi azalmağa başladı. 1900-cü ildən başlayaraq Britaniya Birləşmiş Ştatlarla dostluq əlaqələrini inkişaf etdirməklə və 1902-ci ildə Yaponiya ilə hərbi müttəfiqlik aktını imzalamaqla özünün təcrid etmə siyasətinə son qoydu. Daha əhəmiyyətli hadisə isə 1904-cü ildə Fransa, 1907-ci ildə Rusiya ilə Antanta hərbi-siyasi blokunun təsis edilməsi və bununla da 1914-1918-ci illər birinci dünya müharibəsində vuruşan anti-alman ittifaqının yaradılması oldu.1945-ci ildən sonra Britaniya ardıcıl olaraq özünün digər ölkələr üzərindəki öhdəçiliyini azaltdı. Demək olar ki, bütün müstəmləkələr müstəqil oldu. Britaniyanın fövqəldövlət statusuna son qoyan 1956-cı il Süveyş böhranındakı biabırçı məğlubiyyəti onun Orta Şərqdəki maraq dairəsini də azaltdı. Bununla belə Britaniya NATO hərbi ittifaqında Fransa və Almaniya kimi əzəli düşmənləri və Amerika Birləşmiş Ştatları ilə yaxın hərbi əlaqələr yaratdı. İllərlə davam edən müzakirə və etirazlardan sonra Britaniya 1973-cü ildə indi Avropa İttifaqı kimi tanınan Avropa İqtisadi Birliyinə qoşuldu. Ancaq bu ittifaq Britaniyanı maliyyə baxımından birləşdirmədi, avrodan imtina edərək funtsterlinqi saxladı və bununla 2011-ci il Avropa İttifaqı ölkələrinin maliyyə böhranından qismən kənarda qaldı. Birləşmiş Krallığın başlanğıcını Britaniya İmperiyasından alan Millətlər Birliyinə daxil olan dövlətlərlə müxtəlif səpkili əlaqələri mövcuddur. Kraliça 2-ci Elizabet 53 üzv dövlətdən 16-sının və digər federativ dövlətlərin başçısıdır. Kraliçanı dövlət başçısı kimi qəbul edən dövlətlər krallıq dövlətləri adlanır. Zaman ötdükcə bəzi dövlətlər müxtəlif səbəblərdən bu birlikdən kənarlaşdırılıb. Zimbabve prezidentin avtoritar idarəçiliyi səbəbindən uzaqlaşdırılıb, Pakistan da bu aqibətlə üzləşsə də, daha sonra yenidən birliyə daxil olub. Əgər həmin ölkələr demokratik respublika quruluşuna keçsələr, onlar yenə də bu birliyin üzvü olmaq hüququna malik olacaqlar. Birləşmiş Krallığın Avropa İttifaqına üzv dövlətlərlə iqtisadı əlaqələrə cəlb olunmasından öncə Malaziya kimi birlik dövlətləri Birləşmiş Krallıqla ticarətdə ixrac rüsumunun olmamasından istifadə edirdilər. Birləşmiş Krallıq bir zamanlar Afrika qitəsinin bir çox ölkəsində aparıcı müstəmləkə dövləti idi. Hal-hazırda isə Birləşmiş Krallıq Millətlər Birliyinin əsas üzvü kimi özünün xarici siyasəti vasitəsilə Afrikaya təsir göstərməyə çalışır. Hazırda Birləşmiş Krallıq Zimbabve ilə insan hüquqlarının pozulması barəsində mübahisədədir. Toni Bleyr Afrika komissiyasını təsis etdi və zəngin ölkələrdən inkişafda olan ölkələrə borclarını ödəmək barədə tələblərini dayandırmağı təkid etdi. Birləşmiş Krallığın inkişaf etmiş dövlətlərlə mədəni, sosial, siyasi əlaqələri, birlik hərəkatının dəstəklədiyi və inteqrasiya, əməkdaşlığa çağıran ticarət əlaqələri də güclüdür.

Birləşmiş Krallıq və Kanada

[redaktə | mənbəni redaktə et]

London və Ottava yaxın və birgə əməkdaşlıqdan faydalanır; hər iki ölkəni tarix, Millətlər Birliyi, eynilə dövlət başçısı və monarxın olması kimi məqamlar birləşdirir. Hər 2 ölkə iki dünya müharibəsində, Koreya müharibəsində birgə mübarizə aparıblar və həmçinin Əfqanıstan müharibəsi zamanı koalisiyada əməkdaşlıq ediblər. Hər ikisi NATO-nun aparıcı üzvü və böyük 7-lik, böyük 8-liyin də üzvüdür. Vinston Çörçil Kanadanı ingilisdilli dövlətlərin lideri adlandırb çünki, Kanada ABŞ və Birləşmiş Krallıq kimi ingilisdilli 2 dövləti birləşdirir. Bu 3 ölkə Manhetten layihəsi üzərində birgə işlədiklərindən onlar atom bombası haqqında məlumatları bir-birilərinə ötürüblər. Bu oxşar tarixə baxmayaraq, Birləşmiş Krallıq və Kanada iqtisadi cəhətdən ayrı inkişaf yolu keçirlər. Birləşmiş Krallıq 19-cu əsr və 20-ci əsrin əvvəllərində Kanadının ən böyük ticarət tərəfdaşı olub. İndi bu iki dövlət ayrı-ayrı ticarət bloklarında - Birləşmiş Krallıq Avropa İttifaqında, Almaniya isə Şimali Amerika Azad Ticarət Assosiasiyasında (NAFTA) üzvdür. Ancaq 2 ölkə arasında əlaqələr, miqrasiya böyükdür, həmçinin Kanadada Birləşmiş Krallıq haqqında yüksək ictimai fikir də mövcuddur.

Birləşmiş Krallıq və ABŞ

[redaktə | mənbəni redaktə et]

Birləşmiş Krallıq və ABŞ yaxın hərbi müttəfiqlərdir. 2 ölkə mədəniyyət, hərbi tədqiqat və kəşfiyyat mexanizmləri kimi oxşarlıqları bölüşürlər. Birləşmiş Krallıq ABŞ-dən Tomahavk adlı uzaq məsafəli raket və Trident adlı nüvə silahı kimi hərbi texnologiya avadanlıqları alır və ABŞ da öz növbəsində Britaniyadan Harrier qırıcı təyyarələri kimi silahlar alır. Amerika Birləşmiş Ştatları, həmçinin Birləşmiş Krallıqda böyük hərbi qüvvə saxlayır. Son vaxtlarda isə Birləşmiş Krallığın baş naziri Toni Bleyr və ABŞ prezidentləri Bill KlintonCorc Buş arasında 1980-cı illərdə isə oxşar maraqları olan Marqaret TetçerRonald Reyqan arasında yaxın dostluq əlaqələri olub. Hazırda Britaniyanın siyasəti ABŞ-la əlaqələri saxlamaqdır və bu da ikitərəfli əlaqələrin göstəricisidir.

Birləşmiş Krallıq və Avropa Birliyi

[redaktə | mənbəni redaktə et]

Birləşmiş Krallığın 2-ci Dünya Müharibəsindən bu yana Avropa ölkələri ilə yaxşı əlaqələri olmuşdur. O, 1973-cü ildə 20 il sonra Maastrixt sazişi ilə Avropa İttifaqı adlanan Avropa İqtisadi Birliyinə üzv oldu. Birləşmiş Krallığın avrodan istifadə etməməsinə və avrozonanın üzvü olmamasına baxmayaraq, o, Avropa İttifaqının fəaliyyətində aparıcı rol oynamaqda davam edir. Ancaq bu ölkə təşkilatla olan qeyri-səmimi əlaqələr səbəbindən Avropa İttifaqının özünəməxsus üzvü hesab edilir.

Birləşmiş Krallıq və Fransa

[redaktə | mənbəni redaktə et]

Britaniyanın Fransa ilə Antanta (səmimi saziş) sazişinin bağlanması ilə bir əsrə dayanan müttəfiqliyi var və 2010-cu ilin noyabr ayında “Müdafiə və Təhlükəsizlik sazişi” adı ilə yenidən təsdiq edildi. Bu saziş özündə müştərək ekspedisiya korpusunun yaradılmasını, hərbi-dəniz qüvvələrinin təcrübəsinin bölüşülməsini, nüvə əməkdaşlığını, həmçinin 2011-ci il Liviya vətəndaş müharibəsi və Liviya hava məkanının bağlanması barəsində birgə əmaldaşlığı ehtiva edir.

Birləşmiş Krallıq və Azərbaycan

[redaktə | mənbəni redaktə et]

Azərbaycan - Britaniya arasında mövcud əlaqələr xarici əlaqələrdir. Belə ki, Azərbaycanın Londonda səfirliyi mövcuddur. Birləşmiş Krallığın da Bakıda səfirliyi var. Hər iki ölkə Avropa Şurası və Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) tam hüquqlu üzvüdür. Azərbaycan - Britaniya əlaqələrinin tarixi 1920-ci il 18 yanvarda Bağdaddan Bakıya göndərilən Britaniya ekspedisiyasına dayanır. Bu ekspedisiya Azərbaycanın neft yataqlarının Almaniya və Osmanlı İmperiyasının nəzarətinə düşməsinin qarşısını almaq üçün göndərilmişdi. “Dunsterforce” adlanan qüvvələrə general Lionel Denstervil rəhbərlik edirdi. Bu qüvvələr Bakıya 1918-ci ilin avqustunda gəldilər. Bakı uğrunda gedən döyüşlərdən sonra Denstervilin başçılıq etdiyi qüvvələr 1918-ci ilin sentyabrında İrana doğru geri çəkildilər. Lakin Denstervilin qüvvələri tam olaraq 1920-ci ilə qədər, yəni, bolşeviklərin hücümünadək Bakıda qaldılar. Bolşeviklərin hücümü onların burada qalmasını qeyri-mümkün etdiyindən onlar Bakını tərk etmək məcburiyyətində qaldılar. Bu dövrdə Azərbaycan Demokratik Respublikası və Britaniya İmperiyası arasında diplomatik əlaqələr Tiflisdə yerləşən Qafqazın Ali Komissarı sayəsində mövcud idi.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]
  1. British Political System
  2. "Müasir Ölkələrin Dövlət və Hüquq Tarixi" - M. Məlikova, E. Nəbiye