Arlekin (it. Arlecchino) – 16 əsrin II yarısında Dzan Qanassa ləqəbli italyan aktyoru tərəfindən yaradılmış ənənəvi del-arte komediyası maskası.[1] Adının orta əsrlər fransız misteriyasındakı Erlekin, yaxud Ellekin adlı komik iblis obrazından alındığı ehtimal olunur. Del arte komediyasında arlekin çox vaxt nökərdir.[2]
Əvvəllər arlekin obrazı tamaşanın intriqasını inkişaf etdirən şən, sadəlövh ac adam idi; atributları kasıblıq bildirən rəngbərəng yamaqlı ağ kostyum, alnında fırı (orta əsrlərin təsəvvürlərindəki şeytanın xırda buynuzlarını xatırladan) olan tünd rəngli tüklü maska, dovşanquyruqlu ağ papaq (qorxaqlıq əlaməti) və taxta qılınc olmuşdur.
17 əsrdə maskanın estetikləşməsi italyan aktyoru D. Byan kolellinin adı ilə bağlıdır: Arlekin obrazı nəcibləşmiş, yamaqlar al-əlvan üçbucaq və romblara çevrilmiş, maskanın tüklülüyü itmiş, plastikası rəqsə yaxınlaşmışdır; Arlekinin özü daha bic, diri baş, bəzən isə acıdil olmuşdur. İtalyan aktyorlarından T. Martinelli, A. Konstantini, E. Gerardi, 20 əsrdə M. Moretti və F. Soleri arlekin maskasının görkəmli ifaçıları olmuşlar.