Arno Mişel d' Abbadi

Arno Mişel d' Abbadi (fr. Arnaud Michel d'Abbadie, 24 iyul 1815[1][2][…], Dublin13 noyabr 1893[1][2], Sibur[d]) — Fransa səyyahı. O, 1838–1848-ci illərdə Efiopiya yaylasında kəşfiyyat işləri aparmışdır.[3] Antuan Tomson d' Abbadinin qardaşıdır.[4]

Arno Mişel d' Abbadi
fr. Arnauld Michel d’Abbadie d’Arrast
Doğum tarixi 24 iyul 1815(1815-07-24)[1][2][…]
Doğum yeri
Vəfat tarixi 13 noyabr 1893(1893-11-13)[1][2] (78 yaşında)
Vəfat yeri
Fəaliyyəti tədqiqatçı-səyyah[d], coğrafiyaşünas, yazıçı, yazıçı-səyyah[d]
Üzvlüyü
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Arno Mişel d' Abbadi 24 iyul 1815-ci ildə İrlandiyada, Dublin şəhərində anadan olmuşdur. Qardaşlar 1837-ci ildə Efiopiyaya səyahətinə başlamazdan əvvəl Arno d' Abbadi Əlcəzairdə idi. Onlar 1838-ci ilin fevralında Massavaya getmişdir. Arno və Antuan 1838-ci ildən 1848-ci ilə qədər Efiopiyada coğrafiya və etnoqrafiyaya dair çoxlu qiymətli məlumatlar toplamış, onları səyahətlərinin təsvirlərində dərc etmişdir. 1850-ci ildə qardaşlar Paris Coğrafiya Cəmiyyətinin Böyük Medalı ilə təltif olunmuşdular. Arno Abbadi 1853-cü ildə Efiopiyaya növbəti dəfə səfər etmişdir.

  1. 1 2 3 4 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
  2. 1 2 3 4 Arnauld d' Abbadie // Babelio (fr.). 2007.
  3. Аббади, Антуан Томсон и Арно Мишель  // Энциклопедический словарь Брокгауза и Ефрона: В 86 томах (82 т. и 4 доп.). СПб.. 1890–1907.
  4. ABBADIE (Antoine THOMPSON D') // Meydan Larousse (türk). 1. Meydan Yayınevi. 1960. səh. 8.

Əlavə ədəbiyyat

[redaktə | mənbəni redaktə et]
  • Кублицкий Г. И. По материкам и океанам. Рассказы о путешествиях и открытиях. — М.: Детгиз, 1957. — 326 с.