Antuan Tomson d' Abbadi (fr. Antoine Thomson d'Abbadie; 3 yanvar 1810[1][2][…], Dublin[3] – 19 mart 1897[1][2][…], Paris[4]) — Fransa səyyahı. O, 1838–1848 -ci illərdə Efiopiya yaylasında kəşfiyyat işləri aparmışdır. Arno Mişel d' Abbadinin qardaşıdır.[5]
Antuan Tomson d' Abbadi | |
---|---|
fr. Antoine d'Abbadie bask Anton Abadia | |
Doğum tarixi | 3 yanvar 1810[1][2][…] |
Doğum yeri | |
Vəfat tarixi | 19 mart 1897[1][2][…] (87 yaşında) |
Vəfat yeri | |
Elm sahəsi | coğrafiya |
Üzvlüyü | |
Mükafatları | |
Vikianbarda əlaqəli mediafayllar |
Antuan Tomson d' Abbadi 3 yanvar 1810-cu ildə İrlandiyada, Dublin şəhərində anadan olmuşdur. O, 1837-ci ildə maqnit iynəsinin gündəlik dalğalanmalarını öyrənmək üçün Braziliyaya göndərilmişdir. Abbadi Həbəşistan və Qallalend (oromoların yaşadığı tarixi region) ölkələrini gəzmiş və tədqiq etmişdir. O, 1867-ci ildə Fransa Elmlər Akademiyasının üzvü seçilmişdir. Abbadi 1882-ci ildə Santo-Dominqoda Veneranın Günəşin üzərindən keçməsini müşahidə etmişdir. O, 19 mart 1897-ci ildə Fransanın paytaxtı Paris şəhərində vəfat etmişdir.[6]