Aromunlar

Aromunlar, valaxlar, kutsovlaxlar və ya çinçarlar (yun. Αρμάνοι/Βλάχοι, bolq. Арумъни/Власи) — nümayəndələrinin mütləq əksəriyyəti Balkan yarımadasında yaşayan roman dilli xalq. Aromun qeyri-hökumət təşkilatlarının hesablamalarına əsasən XX əsrin başlanğıcında Balkan yarımadasında təxminən 200.000 etnik aromun yaşayırdı.[11]

Aromunlar
8.moskopole.jpg
Aromunların mədəni festivalı
Ümumi sayı
100 000[1] - 1 500 000[2]
Yaşadığı ərazilər
Yunanıstan Yunanıstan 39 855 (1951)[3][4]
Albaniya Albaniya 8 266 (2011)[5]
Rumıniya Rumıniya 21 736 (1992)[6]
Serbiya Serbiya 35 573 (2011)[7]
Şimali Makedoniya Şimali Makedoniya 9 695 (2002)[8]
Bolqarıstan Bolqarıstan 3 684 (2011)[9][10]
Dili

Arumun dili

Qohum xalqlar

rumın

border=none Əsas məqalə: Yunanıstan əhalisi
Aromun və Meqlen dillərində danışanların məskunalşma xəritəsi

Ən çoxsaylı aromun toplumu Yunanıstanda yaşamaqdadır. Bu ölkədə yaşayan etnik aromunların sayı haqqında məlumatlar Yunanıstan dövlətinin 1951-ci ildən sonra bu ölkədə keçirilən əhalinin sayımlarının yekunlarını açıqlamaması səbəbindən yalnız müəyyən təxminlərə əsaslanır. Müxtəlif təxminlərə əsasən bu ölkədəki aromunların sayı 50.000[12]-dən 300.000[13]-ə qədərdir.[14] 7 aprel 1951-ci il siyahıyaalınmasına əsasən Yunanıstanda ana dili olaraq arumın dilində danışanların sayı 39.855 nəfər idi.[3] Yunan dövlətinin rəsmi mövqeyinə əsasən Yunanıstanda yalnız dini azlıqlar mövcuddur, etnik azlıqlar isə yoxdur. Beləliklə aromunların etnik azlıq statusu yoxdur.

border=none Əsas məqalə: Albaniya əhalisi

Qeyri-rəsmi təxminlərə əsasən ikinci ən çox aromun yaşayan ölkə Albaniyadır və müxtəlif təxminlərə əsasən bu ölkədəki aromunların sayı 10.000[15]-dən 200.000[15][16]-ə qədərdir.[17] 1 oktyabr 2011-ci il siyahıyaalınmasının rəsmi yekunlarına əsasən Albaniyada yaşayan etnik aromunların sayı 8.266 nəfər, ana dili olaraq aromun dilində danışanların sayı isə 3.848 nəfərdir.[5]

border=none Əsas məqalə: Rumıniya əhalisi

Qeyri-rəsmi təxminlərə əsasən Rumıniyada yaşayan aromunların sayı 25.000–50.000 nəfərdir.[15] Rəsmi olaraq Rumıniyada 1930, 1956, 1966, 1977, 1992, 2002 və 2011-ci illərdə əhalinin siyahıyaalınması gerçəkləşmişdir. Bu sayımlardan yalnız ikisində, 1977-ci və 1992-ci ildə aromunlar rumınlardan ayrı bir etnik qrup olaraq qeydə alınmışdırlar. 1977-ci ildə həyata keçirilmiş siyahıyaalınmanın yekunlarına əsasən Rumıniyada yaşayan etnik aromunların sayı 982 nəfər, ana dili olaraq aromun dilində danışanların sayı isə 759 nəfər idi.[6] 1992-ci ildə isə əhali sayımının rəsmi yekunlarına əsasən etnik arumunların sayı 21.736 nəfər olsa da bütün aromunların ana dili rumın dili olaraq göstərilmişdir.[6]

border=none Əsas məqalə: Serbiya əhalisi

1–15 oktyabr 2011-ci il siyahıyaalınmasına əsasən Serbiyada 35.573 nəfər etnik aromun yaşayır.[7] Qeyri-rəsmi təxminlərə əsasən isə bu ölkədə təxminən 40.000 nəfər aromun mövcuddur.[15]

border=none Əsas məqalə: Makedoniya əhalisi
2002-ci il sayımına əsasən Makedoniyanın etnik xəritəsi

Makedoniyada aromunlar rəsmən valax adlanırlar. Qeyri-rəsmi təxminlərə əsasən bu ölkədə təxminən 20.000[18]-50.000[19] nəfər etnik aromun yaşayır. 1994-cü ildə gerçəkləşmiş rəsmi siyahıyaalınmanın yekunlarına əsasən Makedoniyada etnik aromunların sayı 8.601[18][20] nəfər, ana dili olaraq aromun dilində danışanların sayı isə 7.036[18] nəfər olmuşdur.

Etnik aromunlar Makedoniyada əhalinin siyahıyaalınma illəri
1948-ci il 1953-cü il 1961-ci il 1971-ci il 1981-ci il 1991-ci il 1994-cü il 2002-ci il
Sayı 9 511 8 668 8 046 7 190 6 392 7 764 8 601[18] 9 695
border=none Əsas məqalə: Bolqarıstan əhalisi
  1. Stateless Nations and minority Peoples Association for the Promotion of European Minorized Peoples: Aromanians Arxivləşdirilib 2014-11-22 at the Portuguese Web Archive
  2. James Minahan. Encyclopedia of the Stateless Nations: Ethnic and National Groups Around the World Volume I, A-C, Greenwood Press, 2002: Aromanians, page 174-181
  3. 1 2 Ελληνική Στατιστική Αρχή Arxivləşdirilib 2015-02-13 at the Wayback Machine: Αποτελέσματα της απογραφής του πληθυσμού της 7ης Απριλίου 1951. Τόμος II. Πίνακες Δημογραφικών και Κοινωνικών Χαρακτηριστικά του πληθυσμού, Arxivləşdirilib 2022-03-19 at the Wayback Machine (fr. Resultats du recensement de la population effectue le 7 Avril 1951. Volume II. Tableaux des Caractéristiques Démographiques et Sociales de la Population, Athènes: Imprimerie nationale, 1947. Table des matières —> Tableaux. 7. Population de fait par religion, langue maternelle et sexe, page 184)
  4. Minorities in Greece. Aspects of a plural society. First published in the United Kingdom by C. Hurst & Co. (Publishers) Ltd, 38 King Street, London WC2E 8.JZ in association with the Centre of Contemporary Greek Studies 2002 selection, editorial material and introduction, Richard Clogg. : Contents —> Notes on the contributors —> İntroduction, page XI
  5. 1 2 Republika e Shqipërisë - Instituti i Statistikës: Censusii popullsisë dhe banesave 2011, Pjesa 1—Përmbajtja e tabelave—Rezultatet kryesore në nivel kombëtar—1.1.13. Popullsia banuese sipas përkatësisë etnike dhe kulturore Arxivləşdirilib 2017-06-30 at the Wayback Machine
  6. 1 2 3 Kulturális Innovációs Alapítvány Arxivləşdirilib 2022-08-12 at the Wayback Machine: Hungarians in Transylvania between 1870 and 1995: Supplementary Tables Arxivləşdirilib 2019-03-23 at the Wayback Machine
  7. 1 2 1-15 oktyabr, 2011-ci il sayımda özünü Valax olaraq göstərənlər 35.330 nəfər (bax: Републички завод за статистику Србије: Попис становништва, домаћинстава и станова 2011. у Републици Србији: Национална припадност: Подаци по општинама и градовима, Београд, 2012, Садржај, Табеларни прикази, 1. Становништво према националној припадности, по областима, страна 20-21 Arxivləşdirilib 2018-12-22 at the Wayback Machine ISBN 978-86-6161-023-3) Çinçar olaraq göstərənlər isə 243 nəfər (bax: Републички завод за статистику Србије: Попис становништва, домаћинстава и станова 2011. у Републици Србији: Становништво према националној припадности: „Oстали“ етничке заједнице са мање од 2000 припадника и двојако изјашњени Arxivləşdirilib 2014-08-09 at the Wayback Machine) olmuşdur və bu səbəbdən etnik aromunların sayı toplam 35.573 nəfər olaraq ortaya çıxır.
  8. Population statistics of Eastern Europe (pop-stat.mashke.org): Ethnic composition of Macedonia 2002 Arxivləşdirilib 2022-04-03 at the Wayback Machine and Ethnic composition of Macedonia 2002 (today's division) Arxivləşdirilib 2022-03-21 at the Wayback Machine
  9. Национален Статистически Институт: Преброяване на населението и жилищният фонд в Република България 2011: Население по местоживеене, пол и етническа група Arxivləşdirilib 2018-04-08 at the Wayback Machine
  10. Национален Статистически Институт: Преброяване на населението и жилищният фонд в Република България 2011: Население по местоживеене, възраст и етническа група 1 Arxivləşdirilib 2019-08-15 at the Wayback Machine
  11. Jeffrey E. Cole. Ethnic Groups of Europe: an Encyclopedia, Santa Barbara, California, USA. Published by ABC-CLIO in 2011, page 16
  12. 1995-ci ildə edilən təxmin, bax: Colin Baker & Sylvia Prys Jones. Encyclopedia of bilingualism and bilingual education. Clevedon, Avon, UK: Multilingual Matters, 1998. Distrib. in the US by Taylor & Francis, Philadelphia., page 414
  13. Ethnologia Balkanica Journal for Southeast European Anthropology, Volume 6, Prof. Marin Drinov Academic Publishing House, Sofia Waxmann Verlag, Münster, New York, 2002. Contents: Thede Kahl, Münster. The Ethnicity of Aromanians after 1990: the Identity of a Minority that Behaves like a Majority, page 153
  14. Ancaq bəzi mənbələr Yunanıstandakı etnik aromunların sayının 600.000 (2003-cü ildə edilən təxmin, bax: Aromanians in Greece: Minority or Vlach-speaking Greeks? by Thede Kahl. First published in Minorities in Greece — historical issues and new perspectives. Jahrbücher für Geschichte und Kultur Südosteuropas (History and Culture of South Eastern Europe), Vol. 5. (2003). Publ. by Slavica Verlag, Dr. Anton Kovac, München (Munich) 2004, pages 205–219 Arxivləşdirilib 2007-08-08 at the Wayback Machine) və ya 700.000 nəfər (2007-ci ildə edilən təxmin, bax: Aromanian language by Ethnologue: Languages of the World, Seventeenth edition Arxivləşdirilib 2022-08-29 at the Wayback Machine) olduqlarını iddia edirlər.
  15. 1 2 3 4 Hellenica, Information about Greece and Cyprus, Michael Lahanas website Arxivləşdirilib 2022-03-03 at the Wayback Machine: Aromanians Arxivləşdirilib 2014-03-27 at the Wayback Machine + Vlachs Arxivləşdirilib 2014-03-27 at the Wayback Machine
  16. Arno Tanner. The forgotten minorities of Eastern Europe : the history and today of selected ethnic groups in five countries. Helsinki : East-West Books, 2004, page 209
  17. Ancaq bəzi mənbələr Albaniyadakı etnik aromunların sayının 200.000 nəfər (1993-cü ildə edilən təxmin, bax: The Albanian Aromanians´ Awakening: Identity Politics and Conflicts in Post-Communist Albania by Stephanie Schwandner-Sievers Arxivləşdirilib 2017-02-23 at the Wayback Machine) və ya 400.000 nəfər (bax: Aromanian language by Ethnologue: Languages of the World, Seventeenth edition Arxivləşdirilib 2022-08-29 at the Wayback Machine) olduqlarını iddia edirlər.
  18. 1 2 3 4 The Forgotten Minorities of Eastern Europe: The History and Today of selected ethnic groups in five countries, edited by Arno Tanner, published by East-West Books, Helsinki, Finland, 2004, page 207, 218
  19. 1993-cü ildə edilən təxmin, bax: UNESCO Red Book on Endangered Languages: Europe—>Aromunian and Meglenitic Arxivləşdirilib 2018-01-14 at the Wayback Machine, Tapani Salminen (Lecturer in Finno-Ugrian Language Studies, University of Helsinki), Helsinki, 1993
  20. Population statistics of Eastern Europe Arxivləşdirilib 2017-11-16 at the Wayback Machine: Macedonia: Ethnic composition by 1994 census Arxivləşdirilib 2022-03-21 at the Wayback Machine