Aron Zarbailov

Aron Zarbailov Raşbiloviç həmçinin Arif Zərbailov adı ilədə tanınır (21 aprel 1961, Şabran, Azərbaycan SSR) — Yəhudi əsilli azərbaycanlı futbolçu. Hücumçu mövqeyində oynayıb.[1] Hal hazırda ABŞ-də məşqçilik fəaliyyəti ilə məşğuldur.

Aron Zarbailov
Aron Zarbailov Raşbiloviç
360pcpx
Ümumi məlumatlar
Ləqəbi Aron qol

Həyatı[redaktə | mənbəni redaktə et]

Aron 1961-ci ildə Şabran rayonunda anadan olub.[2] Əslən Dağ Yəhudisi olan atası Raşbil (sənədlərdə Rəşid) Zarbailov fizika-riyaziyyat müəllimi, Bakıda doğulan anası Roza Zarbailova isə evdar qadın olub. Ailədə 3 qardaş olublar – Azik (Azər), Arif və Yaşar. 1964-cü ildə Zarbailovlar ailəsi Bakıya köçüblər.[2] Arifgil şəhərin mərkəzində, Neftçinin keçmiş futbolçusu Nağı Babayevin qonşuluğunda yaşayırlar. Nağı Babayev bir vaxtlar Raşbil İşayeviçin şagirdi olmuşdu və Zarbailovlarla yaxşı tanış idi. Həm də həmin vaxt "Neftçi"nin hazırlıq qrupunda məşqçi işləyirdi. Yarışların birində Arifin oyununu bəyənən Nağı Babayev onu həmin qrupa yazdırır. Beləcə, Arif Zarbailovun əsl futbolçu həyatı başlayır. 6 il hazırlıq qrupunda məşq keçən Zarbailovun ilk məşqçiləri Nağı Babayevlə yanaşı Ruslan Abdullayev və Anatoli Qryazev olublar.[2]

Karyerası[redaktə | mənbəni redaktə et]

İlk illər[redaktə | mənbəni redaktə et]

1977-ci ilin sonlarında Ruslan Abdullayev tərəfindən "Neftçi"nin əvəzedici komandasına cəlb edilən gənc Aron, 1978-ci ildə oyun praktikasını artırmaq məqsədilə respublika birinciliyində iştirak edən Bakının "Araz" komandasına göndərilir. Orada Vladimir Karmayevin rəhbərliyi altında bir neçə oyunda iştirak etdikdən sonra 1978-ci ilin 2-ci yarısında yenidən əvəzedici komandaya qaytarılır. İlk oyunu "Zarya" (Voroşilovqrad) komandasına qarşı olur. Həmin oyunda hücumda əfsanəvi Anatoli Banişevski ilə birlikdə meydana çıxır.[2]

1979-cu ildə qısa müddətli "Avtomobilçi" komandasına icarəyə verilir. Burada 5 qol vurur. Aron 1979-cu ildə hərbi xidmətə çağrılıb. O vaxtlar ustalardan ibarət komandaların futbolçuların əsgərlik keçdiyi yer Ordu İdman Klubu idi. Aronda də hərbi xidməti məhz burada keçir.

Yeşliy[redaktə | mənbəni redaktə et]

1981-ci ildə hərbi xidməti başa vuran futbolçu Özbəkistanın "Yeşlik" (Turakurqan) komandasından dəvət alır. "Yeşlik" SSRİ birinciliyinin 2 dəstəsinin 6-cı zonasında çıxış edirdi və 1981-ci ildə birinciliyi 7-ci pillədə başa vurmuşdu. Aron "Yeşliy"in heyətində 21 oyunda meydana çıxmış, 5 qol vurmuşdu.[1]

Qarabağ Xankəndi[redaktə | mənbəni redaktə et]

1982-ci ildə Xankəndinin Qarabağ klubuna transfer olunur. Qarabağdakı ilk mövsümundə 1 qol vurur. İkinci mövsüm isə, 26 oyunda meydana çıxaraq 9 dəfə fərqlənir.

Avtomobilçi[redaktə | mənbəni redaktə et]

1984-cü ildə, əfsanəvi Anatoli Banişevskinin dəvəti ilə Mingəçevirin "Avtomobilçi" komandasına keçir. Futbolçunun "Avtomobilçi"də debütu, 21 aprel 1984-cü ildə Samtredianı təmsil edən "Lokomotiv" klubuna qarşı olur. Futbolçu debüt oyununda qol vurur.

Aron Mingəçevir komandasında ümumilikdə 4 il forma geyinir. Bu müddətdə ümumilikdə 109 oyunda meydana çıxır və 57 qol vurur.

Kəpəz[redaktə | mənbəni redaktə et]

1988-ci ildə Gəncənin "Kəpəz" komandasının baş məşqçisi Şamil Heydərov 27 yaşlı hücumçunu çalışdırdığı komandaya dəvət edir. Beləcə, Aronun futbolçu həyatında 2 illik Gəncə karyerası başlayır. 1988-ci il mövsümündə "Kəpəz" 9-cu zonada Kutaisi "Torpedo"sundan sonra 2-ci yeri tutub, Zarbailovsa 15 qol vurur. Növbəti il o, vurduğu qolların sayını 18-ə yüksəldir.

1990-cı ildə Gəncə təmsilcisi 2-ci dəstənin "bufer zona"sında çıxış edir. İlk dövrə 18 oyunda 16 qol vuran Zarbailov "Neftçi" klubundan dəvət alır.

Neftçi[redaktə | mənbəni redaktə et]

1990-cı ilin 1 avqust tarixində "Neftçi" klubuna dəvət edilir. Futbolçunun yeni komandasında debütu özunu çox gözlətmir və 1990-cı ilin 5 avqust tarixində Bakıda baş tutmuş "Neftçi — Rostselmaş" oyununda debüt edir.[3] Futbolçu "Neftçi"nin heyətində 7 oyun keçirir.

İnşaatçı Şamaxı[redaktə | mənbəni redaktə et]

1991-ci ildə Neftçini tərk edən futbolçu Şamaxının "İnşaatçı" klubuna keçir. Burada 18 oyunda meydana çıxıb 14 qol vurur.

Qarabağ[redaktə | mənbəni redaktə et]

İnşaatçı klubundan sonra futbolçu, Ağasəlim Mircavadovun dəvəti ilə Ağdamın "Qarabağ" klubuna transfer olur. Burada 11 oyunda meydana çıxır və beş dəfə fərqlənir.

Azəri Bakı[redaktə | mənbəni redaktə et]

1993-cü ildə futbolçu Bakını təmsil edən "Azəri" klubuna transfer olur. Burada keçirdiyi iki mövsumdə, 28 oyunda meydana çıxır və 8 qol vurur.

ABŞ karyerası[redaktə | mənbəni redaktə et]

1994-cü ildə Amerika Birləşmiş Ştatlarına yollanan futbolçu, burada ikinci liqa komandalarında forma geyinir. Futbolçu ABŞ-nin ikinci Liqasında ümumi 37 qol vurur.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 1 2 "Зарбаилов Арон (Ариф) Рашбилович". 2022-02-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-02-25.
  2. 1 2 3 4 "Aron Zarbailov: "Bakı üçün, Azərbaycan üçün darıxıram"". 2022-02-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-02-25.
  3. "Первая лига Дивизион СССР 1990 05 августа 1990 (вс) Нефтчи (Баку) - Ростсельмаш (Ростов-на-Дону) 2:0". 2022-02-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-02-27.