Ruslan Abdullayev

Ruslan Abdulla oğlu Abdullayev (d.7 mart 1944[1]ö. 30 yanvar 2002) — SSRİ dövründə və Azərbaycan futbolu tarixində ən yaxşı məşqçilərdən biri hesab olunan[2], hücumçu mövqeyində çıxış edən azərbaycanlı keçmiş futbolçu və məşqçi. SSRİ İdman ustası (1966). Azərbaycan SSR-nin Əməkdar məşqçisi (1990). QarabağNeftçi klublarının keçmiş baş məşqçisi, Elxan Abdullayevin atasıdır.

Ruslan Abdullayev
Ümumi məlumatlar
Tam adı Ruslan Abdulla oğlu Abdullayev
Doğum tarixi
Doğum yeri Bakı, Azərbaycan SSR, SSRİ
Vəfat tarixi (57 yaşında)
Vəfat yeri Bakı, Azərbaycan
Vətəndaşlığı SSRİ SSRİAzərbaycan Azərbaycan
Boyu 174
Çəkisi 67 kq
Mövqeyi hücumçu
Karyerası
Klub karyerası[* 1]
1963—1965 SSRİ Neftyannik (Bakı) 13 (0)
1966 SSRİ Dinamo (Kirovabad) 25 (5)
1967—1968 SSRİ Neftyannik/Neftçi (Bakı) 11 (2)
1968 SSRİ Dinamo (Kirovabad) 34 (7)
1969—1972 SSRİ Neftçi (Bakı) 52 (11)
Məşqçisi olduğu klublar
1974 SSRİ Neftçi (Bakı) köməkçi
1978—1979 SSRİ Neftçi (Bakı) köməkçi
1982 SSRİ Araz Naxçıvan
1983—1984 SSRİ Neftçi (Bakı) köməkçi
1984 SSRİ Neftçi (Bakı)
1985 SSRİ Neftçi (Bakı) köməkçi
1985—1986 SSRİ Neftçi (Bakı)
1990—1991 SSRİ Neftçi (Bakı)
1993 Azərbaycan Turan (Tovuz)
1994—1995 Slovakiya Pyeştyani
1997—1998 Azərbaycan Neftçi (Bakı)
1998—1999 Azərbaycan Kəpəz
1999—2000 Türkiyə Ərzurumspor

  1. Milli çempionatların müxtəlif liqalarında peşəkar klubların heyətində keçirdiyi oyunların və vurduğu qolların sayı.
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Ruslan Abdullayev futbolçu karyerasına 19 yaşında Bakının Neftyannik klubunda başlamışdır. İlk 3 mövsümdə 13 oyun keçirmişdir. Bundan sonra aşağı liqa təmsilçisi Dinamo Kirovabad klubunda və daha sonra yenidən karyerasını Neftyannikdə davam etdirdi. 1 il sonra keçmiş klubu Dinamoya qayıtsa da 1969-cu ildə yenidən Neftçiyə qoşulan Ruslan Abdullayev 1972-ci ildə elə bu klubun heyətində peşəkar karyerasını bitirmişdir.

1974-cü ildə Neftçinin məşqçisi oldu, lakin burada yalnız bir mövsüm işlədi. 1978-1979-cu illərdə Neftçinin baş məşqçisi Gennadi Bondarenkonun köməkçisi vəzifəsində çalışdı. Onun gedişindən sonra Ruslan Abdullayev də komandanı tərk etdi.

1982-ci ildə Abdullayev ilk dəfə baş məşqçi olaraq Araz Naxçıvan komandasına rəhbərlik etməyə başladı və 1 il Arazın baş məşqçisi kimi çalışdı. Daha sonra SSRİ dağılmadan öncə 5 il keçmiş klubu Neftçidə baş məşqçi kimi fəaliyyət göstərdi.

80-ci illərin sonunda bir müddət Əlcəzairdə işlədikdən sonra 90-cı illərdə Tovuzun Turan, Mərdəkanın FəridDinamo Bakı klublarına rəhbərlik etdi.

1994-1995-ci illər sezonunda Azərbaycanlı biznesmen Marat Manafovun sahibi olduğu Slovakiya çempionatının 3-cü liqasında mübarizə aparan Pyeştyani klubunda çalışdı[3]. Onun rəhbərliyi altında klub 2-ci liqaya yüksəlməyi bacarsa da yeni mövsümün başlamasına az qalmış M.Manafov ilə birlikdə klubdan ayrıldı.

1997-ci ildə yenidən Neftçinin baş məşqçisi təyin olundu[4]. Neftçi məhz onun rəhbərliyi ilə ilk dəfə UEFA Çempionlar Liqasında çıxış etmək imkanı qazandı. 1-ci təsnifat mərhələsindən yarışa qatılan Neftçinin rəqibi isə Polşa təmsilçisi Vidzev Lodz klubu idi. Bütün məşqçilər heyətinin səylərinə baxmayaraq, layiqli oyun göstərə bilməyən Neftçinin UEFA Çempionlar Liqasındakı debütü heç də uğurlu alınmır. Belə ki Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilən ilk qarşılaşmada rəqibinə 0-2 hesabı ilə məğlub olan Neftçi səfərdə 0-8 hesabı ilə məğlub edilir.

Neftçidən ayrıldıqdan sonra mövsümün ortasından etibarən Gəncənin Kəpəz klubunun sükanı arxasına keçən Abdullayev, sezonun sonunda klubu Azərbaycan çempionatının qalibi etməyi bacardı[5].

1999-2000-ci illər sezonunda Türkiyəyə yollanan Ruslan Abdullayev yerli çempionatda çıxış edən Ərzurumsporun baş məşqçisi təyin olundu. Lakin həmin mövsüm Qalatasarayla oyunda komandasının 0-7 hesablı məğlubiyyətindən sonra istefa verdi[6].

Həyat yoldaşının vəfatından 40 gün sonra 30 yanvar 2002-ci ildə insultdan vəfat etdi.

Oğlu — Elxan Abdullayev peşəkar futbolçu və məşqçidir.

  1. "Ağasəlim Mircavadov: "Məni dəstəklədikləri üçün demək, bir şey əldə etdik"". 2016-09-15 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2020-10-09.
  2. "А потом он лёг и захандрил…". sport-express.ru. 2020-02-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-10-09.
  3. "Új Szó, 1994. november (47. évfolyam, 253—277. szám)". library.hungaricana.hu. 2016-11-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-10-09.
  4. "Baş məşqçi — baza direktoru". sport-express.ru. 2020-02-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-10-09.
  5. "Аллахвердиеву в арийском манеже уже рукоплескали". sport-express.ru. 2020-02-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-10-09.
  6. Азербайджанские футболисты взяли реванш в «Аду» Arxiv surəti 3 dekabr 2013 tarixindən Wayback Machine saytında Arxivləşdirilib 2013-12-03 at the Wayback Machine

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]