Arqan yağı

Arqan bitkisinin metvələri
Arqan yağının əldə olunması üsulu

Arqan yağıarqan bitkisindən əldə olunan yağ. Arqan bitkisinin meyvəsinin çəyirdəyini qovurub üyüdürlər. Alınan yağ "Duru qızıl" adlandırırlar.[1]

Xalq təbabətində əhəmiyyəti

[redaktə | mənbəni redaktə et]

Arqan yağı kosmetika yağlarının içərisində qidalandırma baxımından ən dəyərli və ən zəngin yağdır. Bu yağ saçda, dəridə, əldə və bədənin hər yerində istifadə edə biləcəyiniz möcüzəvi bir yağdır. Arqan yağı tərkibli kremlər, şampunlar, əl kremləri dəri qırışıqlığının düzəlməsində möcüzəvi təsir göstərir. Bu möcüzəvi yağ dərini çox tez bir zamanda nəmləndirir və hüceyrələri yeniləşdirir. Dərinin quru və ya yağlı olmasından aslı olmayaraq hər kəs bu faydalı yağdan tərəddüd etmədən istifadə edə bilər. İstər səhər, istər gecə istifadə edilə bilən bu faydalı yağı hamilə qadınlar da hamiləlik zamanı və hamiləlikdən sonra bədəndə yaranan dəri süzülmələrinin müalicəsində istifadə edə bilər. Tez bir zamanda gözlə görünəbiləcək qədər təsir göstərir. Duru qızıl adlandırılan arqan yağından ətir istehsalında da istifadə edirlər.

Arqan yağından üzüm çəyirdəyinin yağını, məxmər çiçəyi, meyan kökü, peyğəmbər çiçəyi, yaşıl çay, öskürək otu, çobanyastığı yağı, lavanda və ya quşburnu ilə birlikdə qarışdıraraq istifadə etmək olar. Arqan yağının ən gözəl xüsusiyyətlərindən biri də odur ki, dərini cavanlaşdırır və təravətləndirir. Arqan yağı saç tökülməsinin də qarşısını alır və kökdən uca qədər qidalandırır.

  1. "Arqan yağının bədənə faydaları". 2021-07-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-03-02.