Arqun Muzey-Qoruğu

Arqun Muzey-QoruğuÇeçenistanın cənubunda Arqun çayı yaxınlığında muzey-qoruq.[1][2] Vedeno təbiət qoruğunun ərazisində yerləşir.[3] Qoruğun tərkibinə Şaroiski, Ximoy və Xoy Tarixi-Memarlıq Kompleksləri daxildir.

Arqun Dövlət Tarix-Memarlıq və Təbiət Muzey-Qoruğu
Əsası qoyulub 1988
Ölkə
Yerləşir Çeçenistan
42°53′20″ şm. e. 45°41′48″ ş. u.
Arqun Dövlət Tarix-Memarlıq və Təbiət Muzey-Qoruğu xəritədə
Arqun Dövlət Tarix-Memarlıq və Təbiət Muzey-Qoruğu
Arqun Dövlət Tarix-Memarlıq və Təbiət Muzey-Qoruğu
amz.mk95.ru

Tarixi[redaktə | mənbəni redaktə et]

Arqun Muzey-Qoruğu RSFSR Nazirlər Sovetinin 2 iyun 1988-ci il tarixli qərarı ilə yaradılmışdır.[1][2]

Muzey-Qoruğa Arqun dərəsinin tarixi və təbiət abidələri daxildir.[2]

Rusiya Federasiyası Prezidentinin 20 fevral 1995-ci il tarixli fərmanı ilə Arqun Muzey-Qoruğu federal (ümumrusiya) əhəmiyyətli tarixi-mədəni irs obyektləri siyahısına daxil edilmişdir.

Muzey-qoruq yaradılan dövrdən başlayaraq çox böyük işlər görülüb. Ərazinin tədqiqi üçün elmi ekspedisiyalar, arxeoloji qazıntılar, bərpa və konservasiya işləri aparılmışdır. “Nax xalqlarının mənşəyi problemləri” mövzusunda Ümumrusiya elmi konfransı, “Noxçiçöh” folklor-etnoqrafik bayramı və digər tədbirlər keçirilmişdir.

2002-ci ildə Moskvada memarlıq abidələrinin fotosərgisi, 2003-cü ildə isə dağlıq Çeçenistanın təbiəti, maddi mədəniyyət abidələri haqqında çəkilmiş "Göyə qalxan qüllələr" sənədli filmi nümayiş etdirilmişdir. 2004-cü ildə təkcə respublikada deyil, onun hüdudlarından çox-çox uzaqlarda da geniş oxucu kütləsi tərəfindən böyük tələbat olan “Əbədiyyət kölgələri” kitabı işıq üzü gördü.

Muzey-qoruq ərazisində at və piyada turist marşrutları açılmış və Birinci Çeçenistan müharibəsi başlamazdan əvvəl də fəaliyyət göstərmişdir.

Ekspozisiyaları[redaktə | mənbəni redaktə et]

Puoqa (qüllə kompleksi)

Arqun Muzey-Qoruğu 233,8 min hektar ərazini tutur.[2] Qoruğun ərazisində 150-yə yaxın qala yaşayış yeri, 20-dən çox ibadət yeri, 200-dən çox qənaətbəxş vəziyyətdə olan , erkən orta əsrlər və orta əsrlərə aid hərbi qüllələr, 150-dən çox xarabalıq və yarı xarabalıqlar, yenə də orta əsrlərə aid qala və istehkamlar mövcuddur. Antik dövrün onlarla siklop tikililəri, 2600-dən çox döyüş xarabalığı və antik dövrün gözətçi qüllələri, 150-yə yaxın yeraltı və xarici kriptlər və digər tarixi abidələr də arqun Muzey-Qoruğu ərazisində yerləşir.[1] [2]

Qoruğun bir çox tikililəri son orta əsrlərə aid yaşayış məskənləridir. Qoruğun ərazisindəki bir çox binası indi xarabalığa çevrilib.

Arqun Dövlət Tarix-Memarlıq və Təbiət Muzey-Qoruğunun ərazisində dərinliyi 137 metr olan kükürdlü bulaqları olan Şəki-Xex mağarası var ki, hansı ki, bu mağaradan hidrogen sulfidli çay axır. Mağarada mövcudluğu fotosintez və ya oksigenlə əlaqəli olmayan bakteriyalar əsasında xüsusi qapalı biosenoz formalaşmışdır. Onların həyati fəaliyyəti xüsusi növ minerallar əmələ gətirir. Şəki-Xex mağarasının bazasında speleoturizm klasterinin yaradılması nəzərdə tutulur.[4] Klaster layihəsi dağlarda 4 km uzunluğunda yolun çəkilməsi, rekreasiya infrastrukturunun təşkili, mağaranın təchiz edilməsi və Şaro-Arqun çayı vadisində növ zonalarının təşkilini nəzərdə tutur.[5]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 1 2 3 "Аргунский государственный историко-архитектурный и природный музей-заповедник" (rus). 2013-12-03 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2013-12-01.
  2. 1 2 3 4 5 "25 летие Аргунского музея-заповедника" (rus). 2016-07-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-12-01.
  3. Изумрудная книга Российской Федерации. Территории особого природоохранного значения Европейской России. Предложения по выявлению. Ч. 1 (PDF). Москва: Институт географии РАН. 2011—2013. 227–228. ISBN 978-5-89658-041-6.
  4. Тайна с подогревом пещеру Таврида отапливает неизвестный источник тепла Arxivləşdirilib 2020-06-20 at the Wayback Machine, 11 июня 2020 // Русское географическое общество
  5. На базе пещеры Шеки-Хьех в Чечне создадут спелеотуристический комплекс Arxivləşdirilib 2020-06-22 at the Wayback Machine, 13 декабря 2019

Ədəbiyyat[redaktə | mənbəni redaktə et]

  • Асталов, Ваха Адизович, Хамурзаев И. С. Музейная сеть Чеченской Республики в конце XX — начале XXI века. Махачкала: АЛЕФ. 2014. ISBN 9785438606161.