Artuk bəy və ya Zahirüldövlə Artuk bəy – Səlcuqlu imperiyasının XI əsrdə fəaliyyət göstərmiş türk sərkərdəsi. O, Qüdsün 1085–1091-ci illərdəki qubernatoru olmuşdur. Artuklu sülaləsinin onun adı ilə adlandırılmasına baxmayaraq, əslində, bu sülalənin əsası ondan sonra oğlanları olan Sökmən və İlqazi bəy tərəfindən qoyulmuşdur. O, həmçinin Alp-Yaruq, Bəhram, Əbd əl-Cabar və 3 başqa övladı olmuşdur.[1]
Artuk bəy | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | XI əsr |
Vəfat tarixi | 1091 |
Vəfat yeri | |
Vətəndaşlığı | |
Uşağı | |
Hərbi fəaliyyəti | |
Rütbəsi | general |
Oğuzların Döğər boyundan olmuşdur.[2]
Artuk bəy 1071-ci ildə baş vermiş Malazgird döyüşündə Böyük Səlcuqlu imperiyasının komandanlarından biri olmuşdur. Döyüşdən sonra o, səlcuqlular tərəfindən Anadolunun fəthində iştirak etmişdir. O, 1074-cü ildə Yeşilırmaq vadisini ələ keçirmişdir. O, həm də sultanın əmri ilə 1077-ci il üsyanının yatırılmasında da iştirak etmişdir.[3]
Artuk bəy 1086-cı ildə Diyarbəkirin Mərvanilərdən alınması əməliyyatında da iştirak etmişdir. Bu yürüş zamanı o, ordunun qərərgah rəisi Fəxrəldövlə ibn Cahirlə mübahisəsi yarandı. Mübahisənin səbəbi ibn Cahirin Mərvanilərlə sülh imzalamaq istəməsi idi. Lakin Artuk bəy gözlənilməz hücumla Mərvaniləri məğlub etdi. Hər bir halda, Məlikşah bunu eşitdiyi zaman Artuk bəyə qəzəbləndi.[4]
Artuk bəy döyüş meydanını tərk etdi və Məlikşahın kiçik qardaşı olan, onunla fikirləri uyuşmayan I Tutuşa qoşuldu. Bu hadisə 1084-cü ildə baş vermişdir. Artuk Suriyaya yollandı.
Artuk bəy 1086-cı ildə Tutuşun Qutalmışoğlu Süleyman məğlub edilməsində çox hümü rol oynadı. Süleyman Rum Səlcuqlu dövlətinin hökmdarı idi.
Qüdsü Tutuşdan iqta alan Artuk bəy öülümünə, yəni 1091-ci ilə qədər buranın canişini olmuşdur. Onun məzarı əl-Davadariya qapılarının yanında yerləşən xanəgahını ilə yanaşıdır. Bu qapılar hal-hazırkı Kral Faysal qapıları adlanır.
Türkiyə televiziya serialı olan Diriliş:Ərtoğrul-da Artuk bəy Ərtoğrul bəyin yaxın yoldaşı kimi təqdim edilir. Onu bu rolda türk aktyoru Ayberk Pekcan oynayır. Əslində isə, Artuk bəy Ərtoğrul bəydən çox əvvəl yaşamışdır.