Artur Cefri (ing. Arthur Jeffery; 18 oktyabr 1892, Avstraliya, Melburn – 2 avqust 1959, Kanada, Yeni Şotlandiya) — avstraliyalı şərqşünas.[2]
Artur Cefri | |
---|---|
ing. Arthur Jeffery | |
Doğum tarixi | |
Doğum yeri | Avstraliya, Melburn |
Vəfat tarixi | 2 avqust 1959[1] (66 yaşında) |
Vəfat yeri | Kanada, Yeni Şotlandiya |
Fəaliyyəti | şərqşünas |
Melburn Universitetində təhsil almış, Birinci Dünya Müharibəsində iştirak etmişdir. 1921-ci ildə Qahirədəki Amerika Universiteti nəzdində Şərq Araşdırmaları Mərkəzinə (School of Oriental Studies) müəllim kimi dəvət edilmişdir.[2]
1929-cu ildə Edinburq Universitetində doktorluq dərəcəsi almış, 1938-ci ildən ABŞ-nin Kolumbiya Universitetinin Yaxın və Orta Şərq dilləri fakültəsinin dekanı olmuşdur. Metodist kilsəsinə mənsub idi.[2]
Artur Cefrinin araşdırmaları Quranın müxtəlif qiraət qaydalarına, Məhəmməd peyğəmbərin həyatına, İslam və xristianlığın əlaqələrinə həsr olunmuşdur. İbn Ərəbinin "Şəcərət əl-kövn" əsərini ingilis dilinə tərcümə etmişdir. "İslam Ensiklopediyası" nın 2-ci nəşrində ("Encyclopaedia of Islam", Vol. 1, Leiden: E.J.Brill, 1960) bəzi məqalələrin müəllifidir.[2]