Aromunlar, valaxlar, kutsovlaxlar və ya çinçarlar (yun.Αρμάνοι/Βλάχοι, bolq.Арумъни/Власи) — nümayəndələrinin mütləq əksəriyyəti Balkan yarımadasında yaşayan roman dilli xalq. Aromun qeyri-hökumət təşkilatlarının hesablamalarına əsasən XX əsrin başlanğıcında Balkan yarımadasında təxminən 200.000 etnik aromun yaşayırdı.[11]
Ən çoxsaylı aromun toplumu Yunanıstanda yaşamaqdadır. Bu ölkədə yaşayan etnik aromunların sayı haqqında məlumatlar Yunanıstan dövlətinin 1951-ci ildən sonra bu ölkədə keçirilən əhalinin sayımlarının yekunlarını açıqlamaması səbəbindən yalnız müəyyən təxminlərə əsaslanır. Müxtəlif təxminlərə əsasən bu ölkədəki aromunların sayı 50.000[12]-dən 300.000[13]-ə qədərdir.[14] 7 aprel 1951-ci il siyahıyaalınmasına əsasən Yunanıstanda ana dili olaraq arumın dilində danışanların sayı 39.855 nəfər idi.[3] Yunan dövlətinin rəsmi mövqeyinə əsasən Yunanıstanda yalnız dini azlıqlar mövcuddur, etnik azlıqlar isə yoxdur. Beləliklə aromunların etnik azlıq statusu yoxdur.
Qeyri-rəsmi təxminlərə əsasən ikinci ən çox aromun yaşayan ölkə Albaniyadır və müxtəlif təxminlərə əsasən bu ölkədəki aromunların sayı 10.000[15]-dən 200.000[15][16]-ə qədərdir.[17] 1 oktyabr 2011-ci il siyahıyaalınmasının rəsmi yekunlarına əsasən Albaniyada yaşayan etnik aromunların sayı 8.266 nəfər, ana dili olaraq aromun dilində danışanların sayı isə 3.848 nəfərdir.[5]
Qeyri-rəsmi təxminlərə əsasən Rumıniyada yaşayan aromunların sayı 25.000–50.000 nəfərdir.[15] Rəsmi olaraq Rumıniyada 1930, 1956, 1966, 1977, 1992, 2002 və 2011-ci illərdə əhalinin siyahıyaalınması gerçəkləşmişdir. Bu sayımlardan yalnız ikisində, 1977-ci və 1992-ci ildə aromunlar rumınlardan ayrı bir etnik qrup olaraq qeydə alınmışdırlar. 1977-ci ildə həyata keçirilmiş siyahıyaalınmanın yekunlarına əsasən Rumıniyada yaşayan etnik aromunların sayı 982 nəfər, ana dili olaraq aromun dilində danışanların sayı isə 759 nəfər idi.[6] 1992-ci ildə isə əhali sayımının rəsmi yekunlarına əsasən etnik arumunların sayı 21.736 nəfər olsa da bütün aromunların ana dili rumın dili olaraq göstərilmişdir.[6]
1–15 oktyabr 2011-ci il siyahıyaalınmasına əsasən Serbiyada 35.573 nəfər etnik aromun yaşayır.[7] Qeyri-rəsmi təxminlərə əsasən isə bu ölkədə təxminən 40.000 nəfər aromun mövcuddur.[15]
Makedoniyada aromunlar rəsmən valax adlanırlar. Qeyri-rəsmi təxminlərə əsasən bu ölkədə təxminən 20.000[18]-50.000[19] nəfər etnik aromun yaşayır. 1994-cü ildə gerçəkləşmiş rəsmi siyahıyaalınmanın yekunlarına əsasən Makedoniyada etnik aromunların sayı 8.601[18][20] nəfər, ana dili olaraq aromun dilində danışanların sayı isə 7.036[18] nəfər olmuşdur.
↑Stateless Nations and minority Peoples Association for the Promotion of European Minorized Peoples: AromaniansArxivləşdirilib 2014-11-22 at the Portuguese Web Archive
↑James Minahan. Encyclopedia of the Stateless Nations: Ethnic and National Groups Around the World Volume I, A-C, Greenwood Press, 2002: Aromanians, page 174-181
↑Minorities in Greece. Aspects of a plural society. First published in the United Kingdom by C. Hurst & Co. (Publishers) Ltd, 38 King Street, London WC2E 8.JZ in association with the Centre of Contemporary Greek Studies 2002 selection, editorial material and introduction, Richard Clogg. : Contents —> Notes on the contributors —> İntroduction, page XI
↑Ethnologia Balkanica Journal for Southeast European Anthropology, Volume 6, Prof. Marin Drinov Academic Publishing House, Sofia Waxmann Verlag, Münster, New York, 2002. Contents: Thede Kahl, Münster. The Ethnicity of Aromanians after 1990: the Identity of a Minority that Behaves like a Majority, page 153
↑Arno Tanner. The forgotten minorities of Eastern Europe : the history and today of selected ethnic groups in five countries. Helsinki : East-West Books, 2004, page 209
↑ 1234The Forgotten Minorities of Eastern Europe: The History and Today of selected ethnic groups in five countries, edited by Arno Tanner, published by East-West Books, Helsinki, Finland, 2004, page 207, 218
↑1993-cü ildə edilən təxmin, bax: UNESCO Red Book on Endangered Languages: Europe—>Aromunian and MegleniticArxivləşdirilib 2018-01-14 at the Wayback Machine, Tapani Salminen (Lecturer in Finno-Ugrian Language Studies, University of Helsinki), Helsinki, 1993