Arzu Süleyman oğlu Ələsgərov (17 dekabr 1945, Bakı, Azərbaycan SSR, SSRİ) — piano ifaçısı, Bakı Musiqi Akademiyasının Dosenti və Professoru, Azərbaycan Respublikasının Əməkdar artisti . Bəstəkar Süleyman Ələsgərovun oğlu.
Arzu Ələsgərov | |
---|---|
Arzu Süleyman oğlu Ələsgərov | |
Ümumi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Bakı, Azərbaycan SSR, SSRİ |
Vətəndaşlığı |
SSRİ → Azərbaycan |
Atası | Süleyman Ələsgərov |
Musiqiçi məlumatları | |
Fəaliyyəti | Pianoçu, Musiqiçi, Pedaqoq, Professor, Dosent |
Fəaliyyət illəri | 1968 – h.h. |
Janr | Klassik musiqi |
Musiqi aləti | Fortepiano |
Təhsili | Bakı Musiqi Akademiyası, Moskva Dövlət Konservatoriyası |
Mükafatları |
Arzu Ələsgərov 17 mart 1945-ci ildə Bakı şəhərində Azərbaycan Respublikasının xalq artisti Süleyman Ələsgərovun ailəsində anadan olub. 1951-ci ildə Bülbül adına Orta İxtisas Musiqi Məktəbinə (A.A.Kələntərin sinifi) daxil olub. 1963-cü ildə Azərbaycan Dövlət Konservatoriyasına (M.R.Brennerin sinifi ). 1968-ci ildə Azərbaycan Dövlət Konservatoriyasını bitirib. 1969-cu ilin yanvar ayından 1970-ci ilin sentyabr ayına kimi Pyotr Çaykovski adına Moskva Dövlət Konservatoriyasının stajoru olmuşdur (rəhbər professor Y.İ.Milşteyn ). 1970-1972-ci illərdə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasının aspirantı olub. Dəfələrlə xarici ölkələrdə konsert proqramları ilə çıxış etmişdir (Almaniya, Polşa (1972), Seneqal, Nigeriya (1973), Ukrayna (1978), Özbəkistan (1980)).
1968-ci ildən Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasında assistent vəzifəsində çalışmağa başlayıb ( M.R.Brennerin assistenti).
1970-ci ildən Bakı Musiqi Akademiyasının fortepiano kafedrasında müəllim vəzifəsində çalışmağa başlayıb. 1976-cı ildən Bakı Musiqi Akademiyasının "İxtisas fortepiano" kafedrasında baş müəllim vəzifəsində çalışmağa başlayıb. 1981-1984-cü illərdə SSRİ Mədəniyyət Nazirliyinin xətti ilə Suriyanın Aleppo şəhərində işləmişdir. 1988-ci ildə Dosent, 1994-cü ildə Professor elmi adına layiq görülüb.1996-cı ildə Qahirə Konservatoriyasına dəvət olunmuşdur. Orada dəfələrlə konsertlərdə tanınmış ifaçılarla çıxış edib. 2014-cü ildən bu günə kimi Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında çalışır.
1962-ci ildə "Parla bizim Azərbaycan" adlı müsabiqədə II-ci yerin sahibi olub. 1970-ci ildə Moskvada Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orlestrı ilə P.İ.Çaykovskinin I ci konsertini ifa edib. 1970-ci ilin sentyabr ayında Buxarest şəhərində Ç.Enesku adına beynəlxalq müsabiqədə iştirak edib.
• 1989-cu ildə Azərbaycan Respublikasının Əməkdar artisti fəxri adına layiq görülüb.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2014-cü il tarixli sərəncamına Əsasən Arzu Süleyman oğlu Ələsgərova Prezidentin fərdi təqaüdü verilib.
• Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2021-ci il tarixli sərəncamına əsasən Bakı Musiqi Akademiyasının 100 illik yubeleyi ilə əlaqədar musiqi sənətində uzunmüddətli səmərəli fəaliyyətinə görə, "Tərəqqi" medalı ilə təltif edilmişdir.