Asena (mifologiya)

Asena və ya Aşina – türk mifologiyasında önəmli rol oynayan əfsanəvi dişi qurdun dünyaya gətirdiyi on qız uşağından biri.[1][2]

Bəzi yerlərdə Asenanın dişi qurdun adı olduğu düşünülməkdədir.[3] Ziya Göyalp 1922-ci ildə Diyarbəkirdə nəşr edilmiş Kiçik Məcmua jurnalında yayımlanan "Türk dövlətinin təkamülü" adlı məqaləsində "bu da çinlilərə görə (Asena=Qurd) mənasındadır" deməkdədir.[4] Göytürk xaqanlığının qədim hökmdarlarının mənsub olduğu Aşina, Zena, Asen və ya Şunnu adı verilən sülalə əfsanəyə görə bu dişi qurddan törəmişdir. Əsli Açina kəlməsindən gəlməkdədir.

Əfsanənin tapıntılara görə ən qədim forması

[redaktə | mənbəni redaktə et]

Antik Çin qaynaqlarında[5] Tüküe xalqının törəyişini anladan Asena əfsanəsinin fərqli formalarına rast gəlinilir. Tapılan ən qədim forması belədir:

" Tü-küe qövmi Hiunq-nuların uzantısı idi. Hökmdar soyunun adı A-Se-Na idi. Özləri tərəfindən ayrı ordu qurulmuş, amma sonradan qonşu qövm tərəfindən məğlubiyyətə uğramışlardır. On yaşında uşağın xaricində bütün qövmləri qətliama qurban getmişdi. Düşmən əsgərlərinin heç birisi bu uşağı öldürməyə cəsaət etməmişdi. Uşağın ayaqlarını kəsib, onu bataqlığa atdılar. Orada bir dişi qurd vardı, uşağı əti ilə bəslədi. Beləcə, uşaq zamanla böyüdü və dişi qurd ilə cütləşdi. Qurd dərhal hamilə qaldı. Düşmənlərin kralı uşağın hələ də yaşadığını öyrəndi və öldürtmək üçün təkrar adamlarını göndərdi. Adamlar uşağın yanındakı dişi qurdu öldürmək istəmədilər. Dişi qurd dərhal "Kao Çanq"ın (Turfan) şimal-qərbində olan dağın üstündəki mağaraya qaçdı. Mağaranın içində bir neçə yüz "li" genişliyində, uzun otlarla örtülü və ətrafı dağlarla qapalı ova var idi. Dağın içinə qaçan dişi qurd bu yerdə on oğlan uşağı dünyaya gətirdi. Uşaqlar böyüyüncə xaricdən qadınlar aldılar. Bu qadınlar hamilə oldu. Uşaqların hamısı ayrı soy adı qəbul etdilər. Birinin soy adı A-Se-Na oldu. "

Bununla yanaşı, əfsanənin başqa formaları vardır. Daha qədim zamanlardan qalan, sonradan genişləndirilmiş, daha əhatəli ya da daha qəsa olan formaları da vardır.

  1. Ahmet Haldun Terzioğlu. Bozkurt Destanı / Bozqurd dastanı. Panama Yayıncılık. səh. 21.
  2. "Türk mitolojisi Dişi kurdun sembolü Asena". wattpad.com.
  3. André Wink. Al-Hind: The Making of the Indo-Islamic World. 2002. səh. 65. ISBN 0-391-04173-8.
  4. Ziya Göyalp, tərcümə: Şahin Filiz, "Türk devletinin tekâmülü 12: Hakanlık Teşkilatı",Küçük Mecmua -II-, s. 57. Arxivləşdirilib 2011-10-03 at the Wayback Machine
  5. Käthe Uray-Kőhalmi, Jean-Paul Roux, Pertev N. Boratav, Edith Vertes. Götter und Mythen in Zentralasien und Nordeurasien. səh. 251. ISBN 3-12-909870-4.