Asif Əliyev

Asif Adil oğlu Əliyev (2002, Zarat, Siyəzən rayonu8 dekabr 2021, Zəylik, Kəlbəcər rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən müharibəsinin iştirakçısı, şəhid.

Asif Əliyev
Asif Adil oğlu Əliyev
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeri Zarat, Siyəzən rayonu, Azərbaycan
Vəfat tarixi
Vəfat yeri Zəylik, Kəlbəcər rayonu, Azərbaycan
Dəfn yeri Zarat, Siyəzən rayonu, Azərbaycan
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Hərbi fəaliyyəti
Mənsubiyyəti Azərbaycan Azərbaycan Ordusu
Qoşun növü Azərbaycan Quru Qoşunları
Xidmət illəri 2020—2021
Rütbə Əsgər
Döyüşlər İkinci Qarabağ müharibəsi
 • Murovdağ döyüşləri
Təltifləri "Kəlbəcərin azad olunmasına görə" medalı — 2020

Həyatı[redaktə | mənbəni redaktə et]

Asif Adil oğlu Əliyev 2002-ci ildə Siyəzən rayonunda anadan olub.[1]

Hərbi xidməti[redaktə | mənbəni redaktə et]

Asif Əliyev 2020-ci ilin iyulundan Azərbaycan Silahlı Qüvvələrində həqiqi hərbi xidmət edirdi.

Azərbaycan Ordusunun əsgəri olan Asif Əliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində iştirak etmişdir. Murovdağın azad olunması uğrunda gedən döyüşlərdə vuruşmuşdur. O, müharibədə iştirak edən ən gənc əsgərlərdən biri idi.

Azərbaycanın Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Asif Əliyev "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif edildi.[2]

Müharibə bitdikdən sonra Kəlbəcər rayonunda yerləşən "N" saylı hərbi hissədə xidmətini davam etdirən Asif Əliyev 2022-ci ilin yanvarında xidmətdən tərxis olunacaqdı.[3]

2021-ci il dekabrın 8-i saat 14:35-dən 15:30-dək Ermənistan Silahlı Qüvvələrinin bölmələri Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsində yerləşən mövqelərindən Kəlbəcər rayonunun Zəylik yaşayış məntəqəsində yerləşən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan istifadə etməklə intensiv atəşə tutmuşdur.[4] Növbəti təxribat nəticəsində Asif Əliyev şəhid olmuşdur.[5] Asif Əliyevin nəşi 8 dekabr 2021-ci ildə doğulduğu Siyəzən rayonunun Zarat kəndinə gətirilmiş və burada dəfn edilmişdir.[6]

Təltifləri[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Kəlbəcərdə şəhid olan əsgər doğulduğu kənddə dəfn olunacaq Arxivləşdirilib 2021-12-17 at the Wayback Machine. report.az. 09.12.2021
  2. Azərbaycan Prezidentinin saytı. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 29.12.2020-ci il tarixli Sərəncamı". www.president.az (az.)). 29.12.2020. 2021-01-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29.12.2020.
  3. Bu gecə şəhid olan Asif yanvarda əsgərlikdən qayıdacaqdı... - FOTOLAR Arxivləşdirilib 2021-12-09 at the Wayback Machine. qafqazinfo.az. 09.12.2021
  4. Kəlbəcər rayonunda mövqelərimiz atəşə tutulub Arxivləşdirilib 2021-12-17 at the Wayback Machine. Azərbaycan Respublikası Müdafiə Nazirliyi (mod.gov.az) 08.12.2021.
  5. Hərbi qulluqçumuz şəhid olub Arxivləşdirilib 2021-12-09 at the Wayback Machine. Azərbaycan Respublikası Müdafiə Nazirliyi (mod.gov.az). 09.12.2021.
  6. Ş. Aranlı, səh. 339
  7. Normativ hüquqi sənədlərin vahid internet bazası. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 29.12.2020-ci il tarixli Sərəncamı". www.e-qanun.az (az.)). 29.12.2020. 2021-01-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29.12.2020.
  8. Bu gecə şəhid olan Asif gələn ay tərxis olunacaqmış - FOTO Arxivləşdirilib 2021-12-09 at the Wayback Machine. oxu.az. 09.12.2021