Yuxarı Şorca — Göyçə mahalının Basarkeçər rayonunda kənd.
Yuxarı Şorca | |
---|---|
40°06′ şm. e. 45°48′ ş. u.HGYO | |
Ölkə | |
Region | Geğarkunik mərzi |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 2.347 ± 1 m |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Rəsmi dili | |
Yuxarı Şorca İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indi Basarkeçər (Vardenis) rayonunda kənd. Kəndin digər adları Tatar Şorcası, Başkeyti, Şorcalı Keyti olmuşdur[2]. İ.Şopenin əsərində Baş Keyti adı formasında qeyd edilmişdir[3]. Kəndin ilkin adı məhz Baş keyti olmuşdur. XIX əsrin 80-cı illərində kəndin adı artıq Şorca formasında öz əksini tapmışdır[4]. Rayonun ərazisindəki Aşağı Keyti, Təzə (Yeni) Keyti kəndi XIX əsrin 80-cı illərində Şorcalı[5], XX əsrin əvəllərində Aşağı Şorca kəndi adlarıdırıldıqdan sonra, Şorca kəndi də Yuxarı Şorca adlandırılmışdır.
Rayon mərkəzindən 15 km cənub-şərqdə yerləşir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir.[6]
Toponim fərqləndirici əlamət bildirən yuxarı sözünün və "duzluq, şoranlıq" mənasında işlənən şor sözünə sifətin çoxaltma dərəcəsinin morfoloji əlamətini bildirən -ca şəkilçisinin artırılması ilə düzəlib. Relyef əsasında yaranan mürəkkəb quruluşlu toponimdir.
Kənddə 1831-ci ildə 75 nəfər, 1873-cü ildə 123 nəfər, 1886-cı ildə 158 nəfər, 1897-ci üdə 218 nəfər, 1908-ci ildə 248 nəfər, 1914-cü ildə 283 nəfər, 1916-cı ildə 269 nəfər azərbaycanlı yaşamışdır[7]. 1919-cu ilin aprelində azərbaycanlılar ermənilər tərəfindən törədilən qırğınlarla öz doğma kəndlərindən qovulmuşlar[8]. 1920-ci ildə indiki Ermənistanda sovet hakimiyyəti qurulandan sonra müəyyən sakitlik yaranmış və sağ qalan azərbaycanlılar kəndlərinə dönə bilmişlər. 1922-ci ildə 204 nəfər, 1926-cı ildə 253 nəfər, 1931-ci ildə 295 nəfər[7], 1959 - cu ildə 1252 nəfər,1987-ci ildə 1440 nəfər[9] azərbaycanlı yaşamışdır.
1988-ci ildə azərbaycanlılar bir daha Ermənistan dövləti tərəfindən tarixi-etnik torpaqlarından zorla qovulmuşlar. İndi burada ermənilər məskunlaşıb.
Texniki problemlərə görə qrafiklər müvəqqəti olaraq söndürülüb. |
|