Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Asif Azərelli (19 iyul 1946, Uğurbəyli, Bərdə rayonu – 4 sentyabr 2022) — əməkdar rəssam. Ən çox qəbul edilən Dədə Qorqud obrazının yardıcısı kimi tanınır.[1][2]
Asif Azərelli | |
---|---|
Asif Hüseyn oğlu Rzayev | |
Doğum tarixi | 19 iyul 1946 |
Doğum yeri | |
Vəfat tarixi | 4 sentyabr 2022 (76 yaşında) |
Fəaliyyəti | rəssam |
Təhsili |
Asif Hüseyn oğlu Rzayev (Asif Azərelli) 19 iyul 1946-cı ildə Azərbaycanın Qarabağ bölgəsində Bərdə rayonunun Uğurbəyli kəndində anadan olmuşdur.[3]
1970-ci ildə Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbini bitirmişdir.
1976-cı ildə keçmiş SSRİ-nin Azərbaycan Rəssamlar İttifaqının mükafatına layiq görülmüşdür[4].
1980-ci ildə Tbilisidə Rəssamlıq Akademiyasını bitirmişdir.
1980-ci ildə SSRİ Rəssamlar İttifaqına qəbul olunmuşdur.
1983–1984-cü illərdə YUNESKO tərəfindən təşkil olunmuş beynəlxalq sərginin iştirakçısı olmuşdur.
Azərbaycan Rəssamlıq Akademiyasında dosent kimi çalışırdı.
Onun işləri Fransa, Almaniya, İran, Ukrayna, Rusiya, Türkiyə və Özbəkistanda keçirilmiş sərgilərdə nümayiş etdirilmişdir.[5]
4 sentyabr 2022-ci il tarixində dünyasını dəyişmişdir.[6][7]