Asif Kələntərli

Asif Süleyman oğlu Kələntərli (1954, Naxçıvan) — Naxçıvan Muxtar Respublikası Dövlət Mətbuat Komitəsinin sədri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin I çağırış deputatı, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı, Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin müavini.

Asif Kələntərli
bayraq
Naxçıvan Muxtar Respublikası Dövlət Mətbuat Komitəsinin sədri
bayraq2
1996 – ?
16 dekabr 1995 – 5 noyabr 2000
Seçki dairəsi33 saylı Əcəmi
ƏvvəlkiVəzifə təsis edildi.
SonrakıHüseyn Qurbanov
1991 – 1995
SonrakıVahid Ağahəsənov
17 noyabr 1990 – 12 noyabr 1995
Seçki dairəsi14 nömrəli Naxçıvan şəhər 28 may
ƏvvəlkiVəzifə təsis edildi.
SonrakıVəzifə ləğv edildi.
Şəxsi məlumatlar
Doğum tarixi 1954
Doğum yeri
Partiya
Təhsili
Fəaliyyəti siyasətçi

Asif Süleyman oğlu Kələntərli 1954-cü ildə Naxçıvan şəhərində anadan olmuşdur. Orta təhsilini Naxçıvan şəhər Cəlil Məmmədquluzadə adına 2 nömrəli orta məktəbində almışdır. Orta təhsilini bitirdikdən sonra Suraxanı Neft Mədənlərində operator işləmişdir. Daha sonra hərbi xidmətdə olmuş Asif Kələntərli Naxçıvan Dövlət Pedaqoji İnstitutunun dil-ədəbiyyat fakültəsinə qəbul olaraq ali təhsilini 1978-ci ildə tamamlamışdır. O, ali təhsilini tamamladıqdan sonra Naxçıvan MSSR Mədəniyyət Nazirliyində metodist, elmi işçi, inspektor, 1987-ci ildən 1991-ci ilin sentyabr ayınadək Naxçıvan Məktəblilər Sarayının direktor müavini vəzifəsində çalışmışdır.[1]

Siyasi fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

Asif Kələntərli rəhbərliyində 1970-ci illərdə Naxçıvan Muxtar Respublikasında İbrahim İbrahimli, Arif Rəhimli, Asəf Quliyev və daha bir neçə şəxs tərəfindən gizli fəaliyyət göstərmiş "Azadlıq" adlı təşkilat təsis edilmişdir.[2][3]

Asif Kələntərli Azərbaycan Xalq Cəbhəsinin üzvü olmuşdur.

Asif Kələntərli 1990-cı ildə Naxçıvan MSSR Ali Sovetinə keçirilmiş seçkilərdə 14 nömrəli Naxçıvan şəhər 28 may seçki dairəsi üzrə Azərbaycan Xalq Cəbhəsi üzvü olaraq deputat seçilmişdir. Heydər Əliyevin Azərbaycan Xalq Cəbhəsi üzvü deputatlardan da dəstək alaraq Naxçıvan Ali Məclisinin sədri seçilməsindən sonra Heydər Əliyevin də dəstəyi ilə bu hadisədən sonra Asif Kələntərli Ali Məclis sədrinin müavini seçilmişdir.[1]

Asif Kələntərli 12 noyabr 1995-ci ildə Naxçıvan Ali Məclisinə keçirilmiş seçkilərdə 33 saylı Əcəmi seçki dairəsindən deputat seçilmişdir.[1]

Asif Kələntərli 1996-cı ildə Naxçıvan Muxtar Respublikası Dövlət Mətbuat Komitəsinin sədri vəzifəsinə təyin olunmuşdur.[1]

  1. 1 2 3 4 Kələntərli Asif Süleyman oğlu // Naxçıvanda seçkilərin tarixi (1937–2002). Ensiklopedik toplu. Bakı: Qanun. 2003. səh. 517.
  2. "Arxivlənmiş surət". 2017-06-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-05-20.
  3. "Arxivlənmiş surət". 2019-09-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-05-20.