Asiman Həsənov

Asiman Həsənov (4 sentyabr 1974, Nüvədi, Meğri rayonu) — Azərbaycan alimi, ümumi cərrah, tədqiqatçı. 2 metodik vasitə, 1 dərslik, 1 dərs vəsaiti, 1 praktik vəsaitin müəllifidir. Səhiyyə idarəetməsi və Azərbaycanda xəstəxanaların qurulmasındakı fəaliyyətləri ilə tanınır.

Asiman Həsənov
Doğum tarixi 4 sentyabr 1974(1974-09-04) (50 yaş)
Doğum yeri
Uşağı 3
Təhsili
Fəaliyyəti alim
Elmi dərəcəsi
  • tibb elmləri namizədi[d]
Elmi adı
Mükafatları "Tərəqqi" medalı

Həsənov Asiman Balakişi oğlu 4 sentyabr 1974-cü ildə Zəngəzur mahalı, Meğri rayonunun Nüvədi kəndində anadan olmuşdur. 1981–1991-ci illərdə Nüvədi kənd orta məktəbində orta təhsil almış, 1991-ci ildə Azərbaycan Tibb Universitetinin II müalicə-profilaktika fakültəsinə daxil olmuş, 1997-ci ildə müalicə işi ixtisası üzrə məzun olmuşdur.[1]

1997–1998-ci illərdə bir illik internatura təhsili alaraq həkim-cərrah ixtisasını qazanmışdır.

1999, 2001, 2006-cı illərdə İzmirdə Ege Universistetində Loporoskopiya və Endoskopiya üzrə ixtisasartırmada olmuşdur.

2022-ci ildə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının inzibati idarəetmə fakültəsinin menecment ixtisası üzrə məzun olmuşdur.

2009-cu ildə "Mədə və 12 barmaq bağırsaqda aparılan əməliyyatlardan sonra xroniki pankreatitin gedişi və tənzimlənməsi" elmi işini müdafiə etmiş və 2010-cu ildə tibb elmləri üzrə fəlsəfə doktoru elmi dərəcəsini almışdır. Hazırda "Açıq və miniinvaziv cərrahi əməliyyatların tibbi, sosial və iqtisadi aspektləri" adlı doktorluq dissertasiyası üzərində çalışır.[2]

2015-ci ildə dosent elmi adını almışdır.[1]

18 iyun 2021-ci ildə Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Sərəncamı ilə Azərbaycan Respublikasında səhiyyə sahəsində səmərəli fəaliyyətinə görə "Tərəqqi" medalı ilə təltif edilmişdir.[3]

Ailəlidir. 3 övladı var.

Əmək fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

Asiman Həsənov ilk əmək fəaliyyətinə 1993-cü ildə M. Nağıyev adına Təcili Tibbi Yardım xəstəxanasında tibb qardaşı olaraq başlamış, 1997-ci ildə əmək fəaliyyətinə cərrahiyyə şöbəsində həkim-interna kimi davam etmişdir. 1998-ci ildən etibarən Azərbaycan Tibb Universitetinin "Ümumi cərrahiyyə" kafedrasında baş laborant olaraq işə başlamış, 2013-cü ildən həmin kafedranın assistenti, 2015-ci ildə isə dosenti olmuşdur.[1]

O eyni zamanda, 2006–2010-cu illərdə Avrasiya Klinkasının, 2010–2013-cü illərdə Medical Plazanın, 2013–2016-cı illərdə ATU-nun Tədris Cərrahiyyə Klinikasının baş həkimi olmuşdur.[1][4]

2016–2017-ci illərdə Grand Hospitala rəhbərlik etmişdir, 2017–2019-cu illərdə Avrasiya Hospitalın idarə heyətinin rəhbəri olmuşdur. 2019-cu ildə isə TƏBİB-in sədri təyin olunmuşdur.[4]

Hazırda 2019-cu ildən Bakı Sağlamlıq Mərkəzinin icraçı direktorudur.[4]

Elmi fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

Asiman Həsənov 2 metodik vasitə, 1 dərslik, 1 dərs vəsaiti, 1 praktik vəsaitin və 50-dən artıq elmi məqalənin müəllifidir. Azərbaycanda səhiyyə ilə bağlı müxtəlif problemlərin həlli üçün ictimai səhiyyə təşəbbüslərinin təşviqində və profilaktik tədbirlərin təbliğində fəal iştirak edib. O, səhiyyə idarəetməsi və Azərbaycanda xəstəxanaların qurulmasındakı fəaliyyətləri ilə tanınır.[1][2][4]

O, mövcud cərrahi üsulların təkmilləşdirilməsinə və innovativ yanaşmaların inkişafına yönəlmiş klinik tədqiqatlarda və əməkdaşlıqlarda iştirak etmiş, həmçinin əməliyyatdan sonrakı bərpa, ağrıların idarə edilməsi və uzunmüddətli həyat keyfiyyəti də daxil olmaqla, ümumi xəstə təcrübəsini artırmaq təşəbbüslərində rol oynamışdır.

Asiman Həsənov elmi fəaliyyəti nəticəsində açıq cərrahiyələrin minimal invaziv prosedurlara qarşı tibbi aspektləri geniş şəkildə araşdırılmışdır. O, əməliyyatdan sonrakı sağalma müddətləri, həyat keyfiyyəti və xəstə məmnuniyyəti kimi amilləri nəzərə alaraq cərrahi müdaxilələrin xəstələrə və onların ailələrinə necə təsir etdiyini tədqiq etmişdir. Asiman Həsənov açıq və minimal invaziv cərrahiyyə əməliyyatlarının səmərəliliyini qiymətləndirmək, resursdan istifadəni, xəstəxanada qalma müddətini və əməliyyatdan sonrakı qayğı tələblərini təhlil etmişdir.[2]

Həsənovun tədqiqatlarının əsas istiqamətlərindən biri də səhiyyə sahəsində texnoloji nailiyyətlərin tədqiqi olmuşdur. Karyerası ərzində Həsənov qabaqcıl tibbi texnologiyaların səhiyyə sistemlərinə inteqrasiyasını fəal şəkildə təbliğ etmişdir. O, müxtəlif tibbi ixtisaslar üzrə qabaqcıl alət və texnikaların daxil edilməsinə yönəlmiş tədqiqatlar aparmış və layihələr hazırlamışdır.[4][5][6]

  1. 1 2 3 4 5 Fins.az. "Asiman Həsənov kimdir?". fins.az. İstifadə tarixi: 2023-10-24.[ölü keçid]
  2. 1 2 3 Fins.az. "Asiman Həsənov "Tərəqqi" medalına layiq görüldü". fins.az. İstifadə tarixi: 2023-10-24.[ölü keçid]
  3. "Azərbaycan Respublikasının səhiyyə işçilərinin "Tərəqqi" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı » Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi". president.az (az.). 2023-08-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-08-21.
  4. 1 2 3 4 5 "Yeni vəzifəyə təyin olunan Asiman Həsənov kimdir? - Unikal.az". unikal.az. 2023-10-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-10-24.
  5. modern.az. "Azərbaycanda bir qrup alim səhiyyənin rəqəmsallaşdırılması istiqamətində ciddi nəticələr əldə edib". modern.az (az.). 2023-10-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-10-24.
  6. Qlobal.az. "Asiman Həsənov nazir müavini təyin edilir?". qlobal.az (ingilis). 2023-10-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-10-24.