Aslan İzrailov[1][2][3][4] (17 oktyabr 1977, Tazen-Kala[d], Çeçen-İnquş MSSR – 18 dekabr 2009, Vedeno rayonu, Çeçenistan[5]) — çeçen separatçılarının liderlərindən biri, səhra komandiri, İkinci Çeçenistan müharibənin fəal iştirakçısı. Əmir (rəhbər) Vedeno və Naji-Yurt rayonlarının meşələrində fəaliyyət göstərən mobil mücahid qrupunun komandiri. Ləqəbi - "Savab" (ərəb. ثواب, rus. mükafat), təxəllüsü - Əmir "Savab". Milliyyətcə çeçendir. Sələfiliyin tərəfdarı olaraq tanınmışdır.
Aslan İzrailov | |
---|---|
Doğum tarixi | 17 oktyabr 1977 |
Doğum yeri |
|
Vəfat tarixi | 18 dekabr 2009 (32 yaşında) |
Vəfat yeri |
Aslan İsrailov 1977-ci il oktyabrın 17-də anadan olmuşdur. 2006-cı il iyulun 31-dən o, Rusiya Federasiyasının Cinayət Məcəlləsinin 208-ci (qanunsuz silahlı birləşmə təşkil etmə), 222-ci (qanunsuz olaraq silah əldə etmə və gəzdirmə) və 317-ci (hüquq-mühafizə orqanı əməkdaşının həyatına qəsd) maddələri ilə cinayətlərə görə federal axtarışda olur[6].
Kadırovun sözlərinə görə, o, fəal şəkildə gəncləri silahlı təşkilat sıralarına cəlb edirdi.
İslamçı saytlar ona federal qoşunlara və Kadırovculara qarşı bir neçə böyük terror aktını, o cümlədən 2007-ci ilin sentyabrında Tazen-Kala yaxınlığındakı Sever batalyonunun zabitlərinə hücumu, 2007-ci ilin oktyabrında Darqoya hücumu[7][8][9] və 2008-ci ilin martında Sentaroy yaxınlığında, Rusiya Daxili İşlər Nazirliyinin İctimai Asayişin Mühafizəsini Təmin edən Baş İdarəsinin konvoyunun atəşə tutulmasını, 2008-ci ilin iyununda Benoy-Vedenoya hücum və 2009-cu ilin iyununda Vedeno rayonundakı iki avtomobilin məhv edilməsində bir başa iştirak edir[10].
18 dekabr 2009-cu ildə atışma nəticəsində o, üç əlaltısı ilə birlikdə Darqo kəndi yaxınlığındakı meşədə öldürülür. Döyüş nəticəsində Kadırovçular üç blindaj və iki qazma evdən ibarət baza tapırlar, burada çoxlu miqdarda yemək, o cümlədən bir neçə onlarla kisə un və şəkər, həmçinin 2 pulemyot, onlar üçün 5 daraq, 1 Makarov tapançası və 150-yə yaxın patron aşkarlayırlar. Baza quldurlar tərəfindən qışlamaq üçün təşkil edilmişdir.
Çeçenistan Respublikasının rəhbəri Ramzan Kadırov İzrailovun ölümünü böyük uğur hesab edirdi. Şimali Qafqaz yaraqlıları tərəfindən şəhid kimi tanınır.