Vikipediyada bu ad-soyadlı digər şəxslər haqqında da məqalələr var; bax:
Aslan Abbasov.
Aslan Məmməd oğlu Abbasov (11 mart 1950, Kirovabad – 11 iyun 2021, Bakı) — azərbaycanlı kimyagər alim və siyasətçi, Azərbaycan SSR Ali Sovetinin XII, Azərbaycan Respublikası Milli Məclisinin I çağırış deputatı,[1] İnsan Hüquqları Daimi Komissiyasının Sədr müavini (1995–2000), Azərbaycan Texnologiya Universitetinin Prorektoru (2016–2019), Yeni Azərbaycan Partiyası Səbail Rayonu Təşkilatının Siyasi Şurasının üzvü (1996–2021).
Aslan Abbasov |
|
|
24 noyabr 1995 – 30 noyabr 2000 |
Doğum tarixi |
11 mart 1950(1950-03-11) |
Doğum yeri |
|
Vəfat tarixi |
11 iyun 2021(2021-06-11) (71 yaşında) |
Vəfat yeri |
|
Dəfn yeri |
|
Partiya |
|
Təhsili |
|
Fəaliyyəti |
alim, siyasətçi |
Uşaqları |
|
|
Təltifləri |
|
Aslan Məmməd oğlu Abbasov 1950-ci il martın 11-də Gəncə şəhərində doğulmuşdur. 1967–1972-ci illərdə Azərbaycan Neft Kimya İnstitutunun Kimya Texnologiya fakültəsində "Kimya mühəndisliyi" ixtisası üzrə ali təhsil almışdır. 1985-ci ildə Azərbaycan Elmi Tədqiqat Olefin İnstitutunda kimya elmləri namizədi elmi dərəcəsi almışdır. 11 iyun 2021-ci ildə Bakı şəhərində vəfat etmiş və doğma Gəncə şəhərində ailə məzarlığında dəfn edilmişdir.[2]
Ailəlidir, 3 övladı var.
- Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəylinin atasıdır.
- Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Aparat rəhbəri Mustafa Abbasbəylinin atasıdır.[2]
- Azərbaycanlı alim Lütviyyə Abbasovanın həyat yoldaşıdır.
- Görkəmli teatr və kino aktyoru Xalq artisti Ələddin Abbasovun qardaşı oğludur
- 2016–2019 Azərbaycan Texnologiya Universitetinin prorektoru.[3]
- 2006–2016 Azərbaycan Milli Elmlər Akademiyası Gəncə Regional Elm Mərkəzinin baş elmi işçisi.
- 2004–2006 Azərkimya Dövlət Şirkətinin Səthi Aktiv Maddələr Zavodunun direktoru.
- 2000–2004 Azərbaycan Elmi Tədqiqat Olefin İnstitutunun baş elmi işçisi, direktor müavini və direktor əvəzi.
- 1995–2000 Azərbaycan Respublikası Milli Məclisinin deputatı, İnsan Hüquqları Daimi Komissiyasının Sədr müavini.
- 1994–1995 Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Hüquq Siyasəti Daimi Komisiyasının Sədri.
- 1990–1994 Azərbaycan Respublikasının Ali Sovetinin xalq deputatı.
- 1992–1993 Gəncə Yüngül Sənaye Texnikomunun direktoru.
- 1988–1992 Gəncə şəhəri Kəpəz Rayon İcra Hakimiyyətinin başçısı, Kəpəz Rayon Partiya Komitəsinin I katibi, Kəpəz Rayon Xalq Deputatları Sovetinin Sədri.
- 1983–1989 Gəncə Şəhər Xalq Deputatları Sovetinin deputatı.
- 1983–1985 Kəpəz rayon Xalq Deputatları Sovetinin deputatı.
- 1982–1988 Gəncə Alyuminium zavodunun Partiya Komitəsinin katibi.
- 1974–1982 Gəncə Alyuminium zavodunun Kalium Sulfat sexinin baş aparatçısı, İstehsalat şöbəsinin mühəndisi, Yandırma və bərpa etmə sexinin baş ustası, İstehsalat şöbəsinin rəis müavini, Xammal sexinin rəisi.
- 1973–1974 Gəncə Toxuculuq Kombinatının Toxuculuq istehsalatında Usta, Konstruktor bürosunun rəis müavini, əməyin elmi təşkili şöbəsinin rəisi, texniki təhlükəsizlik üzrə böyük mühəndis.
80-dən artıq məqalənin, 5 müəlliflik şəhadətnaməsinin müəllifidir.
- "Polimerlərin Kimyəvi Modifikasiyası", 2005 (monoqrafiya).
- "Modifikasiya Edilmiş Polietilenlər", 2003 (monoqrafiya).
- "Polimerlərin Fizikası", 2002 (dərslik).
- Yüksək Molekullu Birləşmələr Sahəsində Elm və İstehsalın İnkişaf Perspektivləri", 1999 (monoqrafiya).
- "Polietilen", 1997 (dərslik).
- "Aşağı Molekullu Alfa-Olefinlərin və Onların Əsasında Alınan Polimer maddələrinin İstehsalı Sahəsində Aparılan Elmi Tədqiqat İşlərinin Vəziyyəti", 1993.
- 1995-ci ildən Yeni Azərbaycan Partiyasının üzvü olmuş, partiyanın I və II Qurultayının nümayəndəsi olmuşdur. 1996-cı ildən həyatının sonunadək Yeni Azərbaycan Partiyası Səbail Rayonu Təşkilatının Siyasi Şurasının üzvü olmuşdur
- 1995-ci il Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin sədrliyi ilə Azərbaycan Respublikasının yeni Konstitusiya layihəsini hazırlayan komissiyanın üzvü.
- 1994-cü il 5 may tarixində Qarabağ müharibəsində atəşkəsə dair Bişkek protokolunun imzalanmasında iştirak edən Azərbaycan Respublikası tərəfindən nümayəndə heyətinin üzvü.
- 1991-ci ilin 18 oktyabr tarixində Azərbaycan Respublikasının Ali Sovetində "Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi Bərpası haqqında" Konstitusiya Aktının lehinə səs vermiş 258 deputatdan biri.