Bu məqaləni vikiləşdirmək lazımdır. |
Ələddin Aslan oğlu Abbasov (5 may 1922, Gəncə – 13 iyul 2014[1], Gəncə) — Azərbaycan teatr və kino aktyoru[2], Azərbaycan SSR xalq artisti (1971). Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü (2003)
Ələddin Abbasov | |
---|---|
Doğum tarixi | 5 may 1922 |
Doğum yeri | |
Vəfat tarixi | 13 iyul 2014[1] (92 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri |
|
Vətəndaşlığı |
SSRİ→ Azərbaycan |
Fəaliyyəti | teatr aktyoru, kino aktyoru |
Fəaliyyət illəri | 1939–2014 |
Mükafatları |
|
IMDb | ID0007731 |
Ələddin Aslan oğlu Abbasov 5 may 1922-ci ildə Gəncə şəhərində doğulub. On beş yaşında Gəncə DDT-nin nəzdindəki aktyor studiyasına qəbul olunub. İki il təhsil müddətində teatrın yardım heyətində çalışıb, repertuardakı tamaşalarda kütləvi səhnələrə çıxıb. 1939-cu ildən aktyor truppasının üzvüdür və yaradıcıhğı yalnız bu kollektivlə bağlıdır. Gəncə Dövlət Dram Teatrının səhnəsində xalq artistləri Əşrəf Yusifzadə, Rəmziyyə xanım Veysəlova, Məhəmməd Bürcəliyev, Sədayə xanım Mustafayeva, Zülfüqar Baratzadə, respublikanın əməkdar incəsənət xadimləri Yusif Bağırov, Həsən Ağayev kimi sənət korifeyləri ilə birgə çalışıb.
Ələddin Abbasov 13 iyul 2014-cü ildə 92 yaşında vəfat etmişdir. Gəncə şəhər Fəxri xiyabanında dəfn edilmişdir.[3]
Azərbaycan SSR Ali Sovetinin və Azərbaycan Respublikası Milli Məclisinin deputatı Aslan Abbasovun əmisidir.
Yaradıcılığı romantik və realist aktyor məktəblərinin poetika göstəriciləri çərçivəsində formalaşıb. Lirik-psixoloji üslublu tamaşalarda məhəbbət qəhrəmanlarını da bacarıqla oynayıb. Xarakterik səs tembri, ifadəli sifət cifət cizgiləri, cazibəli səhnə görkəmi var. Aktyorluq təhsili yoxdur, lakin yaradıcılığı yüksək peşəkarlıq zəminində formalaşıb. "Mən ki gözəl deyildim" (İmran), "Özgə vaxt" (Ata), "Qatır Məmməd" (Məşədi Göyüş) və sairə bədii filmlərə çəkilib. Ən məşhur ekran rolu "Dəli Kür" əsərində Cahandar ağa obrazıdır.
Aktyor yüzə yaxın personaja səhnə ömrü verib. Onların daha məşhurlarını iki qismə bölüb təqdim etmək olar:
Aydın, Qurban, Fərhad, Baxşı, İbad ("Aydın", "Solğun çiçəklər", "Nəsrəddin şah", "1905-ci ildə" və "Almaz", Cəfər Cabbarlı), Xanmurad, Ziyad Şahsuvarov, Həsənzadə, Sahib ("Bahar suları", "Atayevlər ailəsi", "Sən həmişə mənimləsən" və "Mənim günahım", İlyas Əfəndiyev), Şükri Cəfəroğlu ("Qərq edilmiş daşlar", İlo Mosaşvili), Frayman, Hakim ("Kəllə" və "Demoklsin qılıncı", Nazim Hikmət), Kassio və Otello ("Otello", Vilyam Şekspir), Seyran (Namus", Aleksandr Şirvanzadə), Lembidt Pedaye ("Azmış oğul", Eqon Rannet), Mekxit ("Üç qəpiklik opera", Bertolt Brext), Ataman ("Anacan", Yusif Əzimzadə), Cəlal ("Komsomol poeması", İsgəndər Coşqun), Tərlan ("Bahar", Məmmədhüseyn Təhmasib), Qatır Məmməd ("Qatır Məmməd", Zeynal Xəlil), Aqabo Boqveradze ("Araba hələ aşmayıb", Otiya İoseliani), Qaçaq Nəbi ("Qaçaq Nəbi), Yazon ("Medeya", Evripid), kriont ("Antiqona", Sofoki), Anton, Səyavuş, Turxan bəy ("Şeyx Sənan", "Səyavuş" və "Maral", Hüseyn Cavid), Fərhad və Şiruyə, Eldar ("Fərhad və Şirin" və "Vaqif", Səməd Vurğun), Zaur, Yusif Sərrac ("Yadmdamı?" və "Ulduzlar gö-rüşəndə", Altay Məmmədov), Pərviz və Rüstəm ("Böyük ürək", İmran Qasımov və Həsən Seyidbəyli).
Rövşən, Murad, Kəblə Muxtar, Camal ("Əliqulu evlənir", "Aşnalar", "Küləklər" və "Nişanlı qız", Sabit Rəhman), Həsənağa ("Göz həkimi", İslam Səfərli), Dövran ("Məzəlizadələr", Səttar Axundov), Silvio ("İki ağanın bir nökəri", Karlo Haldoni), Yevgeni Lukaşin ("Həmişə təmizlikdə", Emil Braginski və Eldar Ryazanov), Dəli Domrul ("Dəli Domrul", Altay Məmmədov), Zeynal kişi ("Gəl qohum olaq")