Arslanbek Sultanbekov (23 aprel 1965, Erken Xalk[d], Qaraçay-Çerkesiya) — Şimali Qafqazda yaşayan Noğay Türklərinin xalq sənətçisi.
Aslanbek Sultanbekov | |
---|---|
Ümumi məlumatlar | |
Doğum tarixi | 23 aprel 1965 (59 yaş) |
Doğum yeri |
|
Musiqiçi məlumatları | |
Fəaliyyəti | müğənni |
Fəaliyyət illəri | 1989-cu ildən |
Janrlar | xalq musiqisi, xalq mahnısı |
Musiqi alətləri | qopuz |
Aslanbek Sultanbekov 3 aprel 1965-ci ildə Qaraçay-Çərkəz respublikasının Erkin Halk qəsəbəsində doğulub[1]. 1985-ci ildə musiqi məktəbindən gitara ixtisası üzrə məzun olub.
1989-cu ildə "Noğay Keşeler" (Noğay gecələri) adlı musiqi qrupu yaradaraq, ilk musiqi albomunu çıxarıb.
1994-cü ildə Qaraçay-Çərkəz respublikasının milli sənətçisi kimi "Respublikanın ən gözəl səsi" tituluna sahib olub. 1997-ci ildə Sankt-Peterburqda "Noğay Eli" adlı ikinci albomunu çıxarıb. Elə həmin il Moskvada keçirilən Türk Xalqları Festivalında onun mahnısı "Festival mahnısı" olaraq birincilik qazanıb.
2004-cü ildən Qazaxıstanın Astana şəhərində yaşayan Arslanbek Sultanbekov Qazaxıstanın rəsmi dövlət orkestrində çalışır. 2008-ci ildə Qazaxıstanda "Aşşı Su"(Acı Su) adlı üçüncü albomunu çıxarıb. A. Sultanbekov son illər oxuduğu "Dombıra" mahnısı bütün türk ellərində sevilə-sevilə dinlənməkdədir.