Noqay rayonu (abq. Нагӏвай район, kab.-çərk. Нэгъуей район / Нэгъуей куей, qaraç.-balk. Ногъай район, noq. Ногай район) — Rusiya Federasiyası, Qaraçay-Çerkesiya Respublikasının tərkibində inzibati ərazi vahidi. İnzibati mərkəzi Erken-Şaxar şəhəridir.
Noqay rayonu | |
---|---|
44°22′ şm. e. 41°57′ ş. u.HGYO |
|
Ölkə | |
İnzibati mərkəz | Erken-Şaxar[1] |
Tarixi və coğrafiyası | |
Yaradılıb | 2007 |
Sahəsi |
|
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Rəqəmsal identifikatorlar | |
Telefon kodu | 87870 |
Rəsmi sayt | |
Vikianbarda əlaqəli mediafayllar |
Noqay rayonu Qaraçay-Çərkəz Respublikasının şimal hissəsində yerləşir. Aşağıdakı ərazilərlə həmsərhəddir:şərqdə və qərbdə Adıqe-Xabl rayonu, cənubda Xabez rayonu, şimalda Stavropol diyarının Kaçube rayonu. Rayonun ərazisi 209,59 km²-dir (2013-cu ildən bəri). Bu isə Qaraçay-Çərkəz Respublikasının 1,47 % ərazisini əhatə edir.
Müasir Noqay rayonunun tarixi sələfi, yəni əsasən Noqay yaşayış məntəqələrini birləşdirən inzibati-ərazi vahidi, 1935-1956-cı illərdə mövcud olmuş İkon-Xalq rayonu hesab olunur. 1980-ci illərin sonlarından bəri bölgədəki Noqay ictimaiyyətinin nümayəndələri İkon-Xalq rayonunu bərpa etmək və ya noqay əhalisinin sıx yaşadığı yaşayış məntəqələrini əhatə edəcək ayrı bir rayon təşkil etmək fikrini səsləndirirdiləri[3].
Bu istəklərin respublika səviyyəsində əməli şəkildə həyata keçirilməsi, 2005-ci ilin iyun ayında başqa bir "milli" rayonun - Abazinin rayonunun təşkili ilə əlaqədar siyasi vəziyyətin gərginləşdiyi dövrdən başlayır. Bununla belə Qaraçay-Çərkəzin noqay əhalisi bir qayda olaraq müxtəlif elit qruplarla qarşıdurmada iştirak etməməyə çalışır. 5 iyun 2005-ci ildə Qaraçay-Çərkəz Xalq Məclisi Abazin və Noqay rayonlarının təşkili haqqında qətnamə qəbul edir.
8 oktyabr 2006-cı ildə rayonun təşkili ilə bağlı yerli referendum keçirildi. Həmin ilin noyabrında onun nəticələri Xalq Məclisi tərəfindən təsdiq edildi və 15 dekabr 2006-cı ildə parlament Noqay rayonunun təşkili haqqında qərarı qəbul edir. 12 oktyabr 2007-ci ildə Rusiya Federasiyası Qaraçay-Çərkəz Respublikasında mərkəzi Erken-Şaxar kəndində olan "Noqay" rayonunun təsisini təsdiq etdi. Bununla əlaqədar Elə həmin ilin noyabr ayında Qaraçay-Çərkəz Respublikası Konstitusiyasına müvafiq dəyişikliklər edilir.
2009-cu ilin dekabr ayında rayonun ilk büdcəsi qəbul edildi. 1 yanvar 2010-cu ildən bəri Noqay rayonu Qaraçay-Çərkəz Respublikasının tam hüquqlu bir subyektidir.
2010-cu il Ümumrusiya siyahıya alınmasının məlumatlarına görə rayonun milli tərkibi haqqında aşağıdakı məlumatlar verilmişdir[4]:
Xalq | Say, nəf. |
Ümumi əhaliyə olan nisbəti, % |
---|---|---|
noqaylar | 11 851 | 75,68 % |
ruslar | 1 912 | 12,21 % |
Çərkəzlər | 474 | 3,03 % |
abazinlər | 267 | 1,71 % |
tatarlar | 166 | 1,06 % |
qaraçaylılar | 162 | 1,03 % |
digərləri | 615 | 3,93 % |
milliyyətini bildirməyənlər | 212 | 1,35 % |
ümumi | 15 659 | 100,0 % |
2010-cu il Ümumrusiya siyahıya alınmasına olan məlumat[5]:
Yaş | Kişilər, nəf. |
Qadınlar, yaş. |
Ümumi say. |
ümumi əhaliyə olan nisbət, % |
---|---|---|---|---|
0 — 14 yaş | 1 533 | 1 424 | 2 957 | 18,88 % |
15 — 59 yaş | 5 066 | 5 338 | 10 404 | 66,44 % |
60 yaşdan yuxarı | 793 | 1 505 | 2 298 | 14,68 % |
ümumi | 7 392 | 8 267 | 15 659 | 100,0 % |
Kişilər — 7 392 nəf. (47,2 %). Qadınlar — 8 267 nəf. (52,8 %).
Əhalinin orta yaşı — 36,0 yaş. Kişilərin orta yaşı — 33,8 yaş. Qadınların orta yaşı — 37,9 yaş.