Assuriya–Urartu müharibəsi — Urartu çarlığı ilə Yeni Assuriya çarlığı arasında baş tutmuş hərbi münaqişə. Müharibə təxminən e.ə. 714-cü ildə Assuriya çarı II Sarqonun Urartuya hücumu ilə başlamışdır.[1] Sarqon Urartu ərazisinin dərinliklərində çoxsaylı hücumlara rəhbərlik etmiş, müharibədə çoxsaylı qələbələr qazanmışdır. Buna baxmayaraq, onun ölümündən sonra Urartu padşahları II Argişti və II Rusa bir çox uğurlu əks-hücumlara başlamış, Urartunun itirilmiş ərazilərini geri almış və Assuriyanın bir sıra ərazilərini zəbt etmişdilər. Hər halda, onların varisləri bir neçə dəfə böyükmiqyaslı məğlubiyyətə uğramış, nəticədə Urartu Assuriyanın müvəkkil dövləti olmuşdur.
Assuriya–Urartu müharibəsi | |||
---|---|---|---|
Yeri | |||
Münaqişə tərəfləri | |||
|
|||
Komandan(lar) | |||
|
|||
|
Dəmir dövründə Urartu çarlığı e.ə. IX əsrin ortalarında regionda güclənməyə başlamışdır. Digər dövlətlərlə nisbətdə bir qədər yeni qurulmuş hesab edilən Urartu bir əsr ərzində sonradan Ermənistan yaylası kimi tanınan ərazilərin əksəriyyətini fəth etmişdir. Bununla belə, Assuriya çarı III Tiqlatpalasar yüksələn Urartu çarlığını öz imperiyasının təhlükəsizliyinə artan təhlükə hesab edirdi. Assuriya rəhbərliyinə görə, onlar Urartu ilə birbaşa qarşıdurmaya girərək bu təhlükəyə son qoymalı idilər.[2]
E.ə. 714-cü ildə kral II Sarqon Urartu ərazisinə hücum etmişdir. Onun erkən mərhələlərdə əldə etdiyi uğurlar, xüsusən də Urmiya gölü ətrafında baş tutan döyüşündə qələbə qazanması və Musasirdə baş məbədin talan etməsi Urartu çarı I Rusanın demək olar ki, tam məğlubiyyətinə səbəb olmuşdur. E.ə. 706-cı ildə Sarqonun ölümündən sonra Rusanın varisi çar II Argişti böyükmiqyaslı əks-hücuma keçmişdir. Oun qüvvələri assuriyalıları müharibədən əvvəlki hüdudları aşaraq İranın şimal-qərbindəki Assuriya koloniyalarının dərinliklərinə qovmuşdur. O, Urmiya gölünün ətrafındakı iri qəsəbə və şəhərləri geri almışdır. Kral II Argiştinin hakimiyyətinin erkən dövründə urartuluların qələbələrindən sonra Urartu Arqistinin hakimiyyətinin qalan hissəsi və onun varisi II Rusanın bütün hakimiyyəti dövründə uzunmüddətli sülh və iqtisadi çiçəklənmə ilə xarakterizə olunan "Qızıl əsr" yaşamışdır. Buna baxmayaraq, çar III Rusa assuriyalılar tərəfindən dəfələrlə məğlub edilmişdir. Bu, nəticədə Urartunu Assuriyanın şimal sərhədlərində bufer kimi istifadə edilən müştəri dövlətinə çevirmişdir.