Asteroidlər

Asteroid (q.yun. ἀστεροειδής — "ulduza bənzər" və ya kiçik planet) — Günəş sisteminin kiçik cisimlərindən biri olub bərk nüvəyə malikdir. İndiyə kimi Günəş sistemində on minlərlə asteroid aşkar olunmuşdur. Asteroidlərin xüsusi orbiti üzrə hərəkət edir.

Asteroids (Ceres[ölü keçid], Vesta, Eros)

Asteroidlərin ölçüləri adi planetlərə nisbətən çox-çox kiçikdir. Ona görə də onlara asteroid və ya kiçik planet adı verilir. Yunanca "aster" — ulduzvari, "Yeidos" — görkəm deməkdir. Günəşdən məsafəsi 2.06 a.v.-dən 4.30 a.v. aralığında olan planetlərarası fəza asteroidlər qurşağı və ya halqası adlanır. Bu zonada olan asteroidlər Günəş ətrafında 2.96 ildən 8.92 ilə qədər müddətdə dolanırlar.

Asteroidlər qurşağından kənarda Günəş ətrafında dolanan asteroidlər də vardır. Məsələn, İkar, Hermes adlı asteroidlər belələrindəndir. Bunların orbitlərinin ekssentrisiteti vahidə yaxındır.

Asteroidlər kometlərdən və meteorlardan fərqlənirlər. Asteroidləri kometlərdən ayrıran əsas fərqlərdən biri onların tərkibinin müxtəlifliyidir, asteroidlər əsasən minerallardan və süxurlardan ibarətdir, kometlər tozbuzdan ibarətdir. Bundan əlavə, "kiçik planetlər" Günəş ətrafında müəyyən trayektoriya ilə hərəkət etdiyindən onlarda kometlərdə olduğu kimi "quyruğun" yaranması mümkün olmur. Asteroid və meteorlar arasındakı fərq əsasən ölçüləridir, meteorların ölçüləri asteroidlərə nisbətən çox kiçikdir. Meteorlar asteroidlərin vəya kometlərin parçalanması nəticəsinə yaranırlar.

Yalnız bir asteroid, nisbətən əks etdirici səthə malik olan Vesta adi gözlə müşahidə oluna bilir ki, bunun üçün asreroid Yerə yaxın olmalı və həmçinin qaranlıq mövqedə olmalıdır. Nadir hallarda, dünyanın yaxınlığında kiçik asteroidlər qısa müddət ərzində adi gözlə görülə bilər.

Asteroid[ölü keçid] Belt

Birləşmiş Millətlər Təşkilatı 30 iyun Asteroid Günü elan edərək, asteroid haqqında ictimaiyyətə məlumat verməyə hazırlaşır. Beynəlxalq Asteroid Günü 30 iyun 1908-ci ildə Rusiya Federasiyasının Sibirdə Tunguskada asteroid ildönümü qeyd edilir.

Maraqlıdır ki, Yupiter Günəş sisteminin 5-ci planetidir. Lakin o Tisius -Bode düsturundan təyin olunmuş məsafəsinə görə 5 -ci yox, 6görə isə n=5 olduqda rn=2.8 a.v. alırıq. Onda belə fikir mey-dana çıxmışdır ki, Günəş sistemində heliosentrik məsafəsi təx-minən 2.8 a.v. olan və hələ məlum olmayan bir planet də ol-malıdır.Belə bir planet yalnız 1801-ci ildə Piassi tərəfindən kəşf olundu və ona Serera adı verildi. Daha sonra Marsla Yupiter orbitləri arasında minlərlə belə kiçik planetlər kəşf olundu. Onlar çox kiçik olduqlarından ulduza bənzəyir. Elə ona görə də onlara asteroid (ulduzabənzər) adı verildi. Kiçik planetlər - asteroidlər Marsla Yupiter orbitləri arasında eni təxminən 40 000 000 km olan bir halqa əmələ gətirirlər. Asteroidlər də Günəş ətrafında Kepler qanunları üzrə planetlərin dolanma istiqamətində (qərbdən şərqə doğru) dolanırlar. Bəzi asteroidlərin orbitlərinin eksentrisiteti çox böyükdür. Onların bəziləri perihelidə Merkurinin də orbitinin daxilinə girirlər. 1949 -cu ildə Baadenin kəşf etdiyi İkar orbiti­nin perihelisində Merkuri orbitinin daxilinə girir, afelisində isə Mars orbitindən də kənara çıxır. Onun orbitinin eksentri­siteti e=0.83. Şəkil 14.5 -də İkarın orbiti göstərilmişdir. Müşahidələrlə müəyyən olunmuşdur ki, asteroidlərin parlaqlığı dəyişir. Bu o deməkdir ki, asteroidlər düzgün formaya malik olmayan qəlpələrdir. Ən böyük asteroid olan Sereranın diametri 960 km, kütləsi isə 0.9-1021 kq. Ən kiçik asteroidin diametri isə 50 m, kütləsi isə 109 kq-dır . Orta asteroid qurşağındakı asteroidlərin diametri təxminən 100 km -dir. Asteroidlərin orta heliosent­rik məsafəsi 2.8 a.v., Günəş ətrafında orta dolanma dövrü isə 4.7 ildir.

Asteroidlərə misal olaraq (3) Yunona, Pallada(4) Vestanı göstərmək olar.

NASA ehtimal bir asteroid toqquşmasını əvvəlcədən təsbit edib, onun orbitini dəyişdirməyi hədəfləyir.

"Yunanlar" və "Troyalılar"

[redaktə | mənbəni redaktə et]

Asteroidlər içərisində iki maraqlı qrup vardır: bunlara Troya müharibəsinin qəhrəmanlarının adları verilmişdir: "yunanlar" və "troyalılar". "Troyalılar" Yupiterdən arxada 60o-lik bucaq məsafəsində, "yunanlar" isə bu planetdən irəlidə 60o-lik bucaq məsafəsində Yupiterin orbitinə yaxın orbitlər üzrə Günəşin ətrafında dolanırlar.

İmadəddin Nəsimi cırtdan planeti

[redaktə | mənbəni redaktə et]

Azərbaycanda astronomiyanın inkişafındakı nailiyyətlərə görə Beynəlxalq Astronomiya İttifaqı 1970-2011-ci illərdə yeni tapılmış asteroidlərə “Azərbaycan”, “ŞAR”, “Nizami”, “Cavid”, “Müslüm Maqomayev”, “Tusi”, “Ayyubguliev” adları verib. Merkuri planetində bir kraterə “Nizami”, Marsda kraterə ŞAR-ın mərhum əməkdaşı “Nadir İbrahimov”, Ayda bir kraterə isə “Nəsirəddin Tusi” adları verilib. Hazırda kiçik göy cisimlərinə, eləcə də planetlərin kraterlərinə verilmiş adların 14-ü Azərbaycanla bağlıdır. Bütün bunlar, şübhəsiz ki, Azərbaycan astronomiya elminin uğurlarının göstəricisidir.[1]

03.06.2019 tarixində daha bir asteroidə Azərbaycanla bağlı ad verilmişdir. Böyük Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin 650 illiyi ilə əlaqədar Beynəlxalq Astronomiya İttifaqı (BAİ) kiçik planetlərdən birinə onun adının verilməsi barədə qərar qəbul edib.

Nəsimi planetinin kataloq nömrəsi 32939, hərəkət zonası isə Mars və Yupiter planetlərinin arasındakı asteroid qurşağıdır. Bu planet 1995-ci ilin oktyabrın 24-də Çexiya astronomları tərəfindən Klet Rəsədxanasında aşkar edilib və uzun müddət 1995 UN2 şərti adını daşıyıb. İndiyədək o, dünyanın müxtəlif rəsədxanalarında 807 dəfə müşahidə olunub.[2][3]

  1. "Arxivlənmiş surət". 2022-04-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-07-03.
  2. "Arxivlənmiş surət". 2022-08-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-07-03.
  3. "Arxivlənmiş surət". 2021-07-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-07-03.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]