Atışma (ing. Free Fire) — rejissor Ben Uitlinin[6][7] Emi Campın və özünün yazdığı[8] ssenari əsasında çəkdiyi Böyük Britaniya döyüş komediya filmidir. Filmin premyerası 2016-cı ilin sentyabr ayında Toronto Beynəlxalq Film Festivalında baş tutmuşdur.[9][10] Filmin Rusiyada premyerası isə 27 aprel 2017-ci ildə baş tutmuşdur.[11] Bu film Ben Uitlinin çəkdiyi birinci ABŞ filmidir.[12] Filmin prodüseri Martin Skorseze olmuşdur.[13] Film tənqidçiləri bu filmi Kventin Tarantinonun “Rezervuar itləri”[13][14][15] filmi ilə müqayisə edirlər.
Atışma | |
---|---|
ing. Free Fire | |
Janr | döyüş filmi, komediya filmi |
Rejissor | Ben Uitli |
Ssenari müəllifləri |
|
Baş rollarda | |
Operator | Lori Rouz |
Bəstəkarlar |
|
İstehsalçılar |
|
Distribütor | StudioCanal[d], Netflix |
İlk baxış tarixi | 8 sentyabr 2016, 6 aprel 2017[2], 2017, 21 aprel 2017[3] |
Müddət | 91 dəq.[4] |
Büdcə | 7 milyon $[1] |
Gəlir | 3.719.383 $[5], 1.799.312 $[5] |
Ölkə | |
Dil | ingilis dili |
Rəng | rəngli |
IMDb | ID4158096 |
Vikianbarda əlaqəli mediafayllar |
Boston, 1978-ci il. Şəhərin kənarında, tərk edilmiş bir fabrikdə iş adamları odlu silah alveri üçün sövdələşmə aparmaq məqsədilə bir araya gəlirlər. Alqı-satqı zamanı məlum olur ki, silahlar danışılmış silahlar deyil və bu arada atışma baş verir və ardınca döyüş baş verir.[16]
Filmin çəkilişləri Brayton şəhərində, eyni binanın içərisində, xronoloji ardıcıllıqla aparılmışdır.[15] Aktyor heyəti retro üslubda geyinmişdirlər.[13] Filmin çəkilişləri zamanı patron və partlayıcı qurğular kimi praktik effektlərdən,[13] daha sonra isə kompüter qrafikasından istifadə olunmuşdur.[17]