Kventin Tarantino

Kventin Cerom Tarantino (ing. Quentin Jerome Tarantino; 27 mart 1963[1][2][…], Noksvill, Tennessi) — Amerika rejissoru, aktyoru və prodüseri.

Kventin Tarantino
ing. Quentin Tarantino
Doğum adı Quentin Jerome Tarantino
Doğum tarixi 27 mart 1963(1963-03-27)[1][2][…] (61 yaş)
Doğum yeri
Həyat yoldaşı
Uşağı 2
Partnyorları
  • Mira Sorvino[d] (19951998)[5]
  • Didem Erol[d] (20072011)
Atası Toni Tarantino[d]
Fəaliyyəti aktyor, ssenarist, kinorejissor, film prodüseri, kino aktyoru, yazıçı, montajçı[d], televiziya aktyoru, rejissor, prodüser, müəllif
Fəaliyyət illəri 1987-ci ildən
Boyu 185 sm
Üzvlüyü
Mükafatları "İncəsənət və ədəbiyyat" ordeni "İncəsənət və ədəbiyyat" ordeninin komandor dərəcəsi Macarıstanın "Xidmətlərə görə" ordeni
Ən yaxşı orijinal ssenariyə görə "Oskar" mükafatı Ən yaxşı orijinal ssenariyə görə "Oskar" mükafatı Ən yaxşı ssenariyə görə "Qızıl qlobus" mükafatı Ən yaxşı ssenariyə görə "Qızıl qlobus" mükafatı Ən yaxşı ssenariyə görə "Qızıl qlobus" mükafatı Golden Globe Award for Best Motion Picture – Musical or Comedy "Qızıl qlobus" mükafatı "Oskar" mükafatı "Saturn" mükafatı
IMDb ID0000233
{{{imzanın izahı}}}
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Kventin Tarantino fəaliyyəti dövründə Oskar mükafatı, Qızıl Palma Budağı, Qızıl QlobusBritaniya kino və televiziya incəsənətləri akademiyası mükafatları qazanmışdı. Anası Konni Makxyu yerli aborigen tayfalarından olsa da, Los-Ancelesdə böyüyüb. Karyerası 1990-cı illərdə müstəqil filmlərdən başlamışdı. Çəkildiyi filmlər arasında "Quduz köpəklər" (1992), "Kriminal qiraət" (1994), "Şəfəqdən qüruba qədər" (1996) və "Billi öldürmək" (2003), "Şərfsiz əclaflar" (2009) daha məhşurdsur. Üslubu qeyri-xronoloji postmodernist süjetlər və zorla stilləşdirilmiş üslublardan fərqlənir. Fəaliyyətinin ilk on ilində artıq onun barəsində bioqrafik kitablar yazılır, tədqiqatlar aparılır, müxtəlif fikirlər söylənilir və qalmaqallar eşidilirdi.

Rejissorluq xətti

[redaktə | mənbəni redaktə et]

Rejissorların çoxundan fərqli olaraq Tarantino öz sənədini özü, video prokatda klerk işləyərkən öyrənmişdir. Onun kinematoqrafiya zövqü orijinal "pop-culture" və "specialty movie" sintezi təsiri altında formalaşıb. Tarantinonun bütün kinolarına öz xüsusi xətti məxsusdur, ona gorə də başqa rejissorların işlərini Tarantino filmləri ilə səhv salmaq çətindir.

Hər şeydən öncə onun filmləri dolaşıq və parçalanmış xronologiya axımı ilə fərqlənir, ondan başqa qanlı səhnələrin tam açıq və dəqiq nümayiş olunması, şiddət estetizasiyası və uzun dialoqların yer alması ilə fərqlənməkdədir. The Quentin Tarantino Archives saytın məlumatına görə (3 yanvar 2011) 2010-cu ilin ən yaxşı on filmi:

  • 1. "Toy story. Böyük qaçış."
  • 2. "Social network"
  • 3. "Animal kingdom"
  • 4. "I am love"
  • 5. "Tangled"
  • 6. "True grit"
  • 7. "The town"
  • 8. "Greenberg"
  • 9. "Cyrus"
  • 10. "Enter the void"

Tarantino filmlərinə başqa kiçik əlamətlər də məxsusdur. Qəhrəmanlar adətən "General motors" avtomobillərini, əsasən "Chevrolet" və "Cadillac" markalarını idarə edirlər. Filmlərin hamısında nəsə holland yer almaqdadır: "Reservoir köpəklər" filmində ilk "Little Green Bag" mahnısısnı George Baker ifa edib, söz və musiqini isə Jan Gerbrand Visser və Benjamino Bouwens yazıblar – onların hamısı hollanddır. "Kriminal qiraət" filmində qəhrəmanlar Amsterdam haqqında danışırlar, Vincent Vega holland piposunu çəkir, "Billi öldürtmək" filmində Uma Turman qəhrəmanının adi Beatriksdir (Niderland kraliçasının adı).

Demək olarki Tarantinonun bütün filmlərində "mexican standoff" səhnəsi vardır, bu səhnədə bir neçə qəhrəman bir birlərinə silah yönəldirlər. Filmlərdə çox peşəkarcasına qəhrəmanların bədən hissələrinin kəsilməsi kimi imitativ səhnələr qurulub, böyük hissəsi kadrın arxasında qalan şiddət və qəddarlıq yer alır, bu elementlərin rejissorun filmlərində böyük yer almasına baxmayaraq, real həyatda Tarantino şiddətə nifrət edir.

Kinolarda çoxlu sayda "close up" ve daha çox "extreme close up"da çəkilmiş bədən hissələri və ya əşyalar var, maşının baqaj hissəsindən çəkən kamera rakursları rejissorun bütün filmlərində yer alır. Qəhrəmanların çoxu ləqəqləri var. Kinoda reklama nifrət etdiyinə görə, Tarantino tez tez uydurulmuş brendlərdən istifadə edir, misal üçün kinoların çoxunda "Red Apple" siqaretlərini görmək olar. Əsas qəhrəman ən azından bir cinayət işi görüb, bəzi filmlərində qəhrəmanlar ağ qara kostyum geyinirlər, dialoqlar daha çox kafe və restoranlarda aparılır.

Ssenarilərin çoxunda azyaşlı uşaqların valideynlərinin oldürülmə səhnələrini görmək olar. Misal üçün "Quduz köpəklər" filmində polis yalvarır: "Məni öldürmə, mənim balaca uşağım var!". Sonra isə onu soyuqqanlılıqla öldürürlər. "Billi öldürmək. 1-ci bölüm " filmində isə Beatriks balaca Nikinin gözü önündə onun anasını öldürür. "Şərəfsiz əclaflar" filmində Diane Kruger qəhrəmanı təzə ata olan alman əsgərini qətlə yetirir.

Daha çox Tarantino Harvi Keytel, Maykl Medsen, Uma Turman, Tim Rot, Semuel L. Cekson kimi aktyorlarla işləməyə üstünlük verir. Rejissorun hər filmində (Death Proof filmini nəzərə almasaq) Skorsezenin "Mean Streets" filmində oynayan aktyorlardan biri çəkilib.

  1. Quduz köpəklər (film, 1992) / Reservoir Dogs
  2. Kriminal qiraət (film, 1994) / Pulp Fiction
  3. Dörd otaq (film, 1995) / Four Rooms ("Hollivuddan olan adam" novellası)
  4. Ceki Braun (film, 1997) / Jackie Brown
  5. Billi öldürmək: 1-ci hissə (film, 2003) / Kill Bill: Vol. 1
  6. Billi öldürmək 2 (film, 2004) / Kill Bill: Vol. 2
  7. Ölümün sübutu (film, 2007) / Death Proof
  8. Şərəfsiz əclaflar (film, 2009) / Inglourious Basterds
  9. Azad olunmuş Canqo (film, 2012) / Django Unchained
  10. Mənfur səkkizlik (film, 2015) / The Hateful Eight
  11. Bir vaxtlar Hollivudda (film, 2019) / Once Upon a Time … in Hollywood
  • "Qürubu olmayan şəfəq! Tarantino". //"Cinema News" jurnalı.- 2008.- iyun.- səh. 22–23.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]