Atamın yenə 17 yaşı var

Atamın yenə 17 yaşı var (ing. 17 Again) — 2009-cu ildə New Line Cinema tərəfindən istehsal olunmuş komediya filmidir. Film 37 yaşlı Maykın (Metyu Perri) 17 yaşlı orta məktəb şagirdinə (Zak Efron) çevrilməsindən bəhs edir. Filmin rejissoru Burr Stirs olmuşdur. Filmdə baş rolları Zak Efron, Metyu Perri, Lesli Mann, Tomas Lennon, Mişel Traxtenberq və Sterlinq Nayt ifa etmişdirlər. Film istehsal olunduğu ölkə olan ABŞ-da 17 aprel 2009-cu ildə, Türkiyədə isə 19 iyun 2009-cu ildə nümayiş olunmuşdur. DVDBlu-ray Disc buraxılış tarixi isə 11 avqust 2009-cu il kimi göstərilmişdir.

Atamın yenə 17 yaşı var
ing. 17 Again
Janr romantik komediya, fentezi filmi[d]
Əsas mövzu Zamanda səyahət
Rejissor Burr Stirs
Prodüser
  • Cennifer Hibhot
  • Adam Şenkman
Ssenari müəllifi Ceyson Filardi
Baş rollarda
Operator Tim Surstedt
Bəstəkar Rolf Kent
İstehsalçılar «Offspring Entertainment» (istehsal),
«New Line Cinema» (prokat)
Distribütor New Line Cinema, InterCom[d][7], Netflix
İlk baxış tarixi 17 aprel 2009[8][4], 14 may 2009[9], 28 may 2009[7], 2009
Müddət 102 dəq.
Büdcə 40 milyon $[1][2]
Gəlir 139.5 milyon $[2]
Ölkə
Dil ingilis dili
Rəng rəngli
Çəkiliş yeri Santa-Monika
IMDb ID0974661
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Təxmini büdcəsi 20 milyon dollar olan Atamın yenə 17 yaşı var '​ filminin dünya miqyasında kommersiya nailiyyəti 136 milyon ABŞ dollarından çoxdur.

Rotten Tomatoesdə filmin haqqında olan 140 rəydən 56%-i müsbət olmuşdur.[10]

  1. Ben Fritz. "'17 Again' is No. 1 at weekend box office". Los Angeles Times. 2009-04-20. 2014-05-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-01-20. cost just over $40 million
  2. 1 2 "17 Again (2009) - Financial Information". The Numbers.
  3. http://www.filmaffinity.com/en/film659060.html.
  4. 1 2 3 4 http://www.metacritic.com/movie/17-again.
  5. 1 2 http://stopklatka.pl/film/znow-mam-17-lat.
  6. 1 2 http://www.imdb.com/title/tt0974661/fullcredits.
  7. 1 2 http://nmhh.hu/dokumentum/158984/2009_filmbemutatok_osszes.xls.
  8. http://www.imdb.com/title/tt0974661/.
  9. IMDb (ing.). 1990.
  10. 17 Again Rotten Tomatoes saytında  (ing.)