Atilla Pisyani (30 aprel 1957[1], Tehran, İran[1] – 6 oktyabr 2023[2][1], XIII arondisman[3][1]) — Fars aktyor və məşhur aktrisa Cəmilə Şeyxinin oğlu.[4][5][6]
Atilla Pisyani | |
---|---|
آتیلا پسیانی | |
Doğum tarixi | 30 aprel 1957[1] |
Doğum yeri | |
Vəfat tarixi | 6 oktyabr 2023[2][1] (66 yaşında) |
Vəfat yeri | |
Vəfat səbəbi | mədə xərçəngi[3] |
Həyat yoldaşı | Fatimə Nəqəvi |
Uşağı | Sitarə Pisyani |
Anası | Cəmilə Şeyxi |
Milliyyəti | Azərbaycanlı |
İxtisası | Aktyorluq |
Təhsili | Tehran Universiteti |
Fəaliyyəti |
Filmoqrafiya Teatr |
Fəaliyyət illəri | 1968-2023 |
Mükafatları |
"Ən yaxşı köməkçi aktyor" (4 dəfə) "Ən yaxşı aktyor" |
Vikianbarda əlaqəli mediafayllar |
Atilla Pisyani 1957-ci ilin 30 aprelində Tehran şəhərində anadan olmuşdur.
Atilla Pisyaninin anası Cəmilə Şeyxi İranın məşhur aktrisalarından biridir. Həmçinin həya yoldaşı Fatimə Nəqəvi və qızı Sitarə Pisyani də aktrisalıqla məşğuldurlar.
Atilla aktyorluqla yanaşı, rejissorluq və rejissor köməkçiliyi ilə də məşğuldur.
Tehran Universitetinin İncəsənət fakültəsində teatr aktyorluğu və rejissorluğu ixtisası üzrə təhsil almışdır.
İlk dəfə teatr səhnəsinə 1968-ci ildə çıxmışdır. Film sahəsindəki debütunu 1983-cü ildə istehsal edilən "Ağ ölüm" filmində etmişdir. 1983-cü ildən sonra xeyli filmdə rol almışdır:
Atilla Pisyani bəzi seriallarda da rol almışdır:
Fəcr Beynəlxalq Film festivalında, Atilla "İki qadın", "Yandırılmış nəsil", "Sonuncu nahar", "Əmiri kim öldürdü ?" filmlərindəki çıxışına görə " "Ən yaxşı köməkçi aktyor" , "Soyuq qan içində" filmindəki çıxışına görə isə "Ən yaxşı aktyor" mükafatına layiq görülmüşdür.