Cəmilə Şeyxi (farsca:جمیله شیخی) — əslən İran azərbaycanlılarından olan aktrisa və Atila Pisyaninin anasıdır.[3][4]
Cəmilə Şeyxi | |
---|---|
Doğum tarixi | 19 may 1930[1] |
Doğum yeri | |
Vəfat tarixi | 23 may 2001[2] (71 yaşında) |
Vəfat yeri | |
Vəfat səbəbi | ürək tutması |
Dəfn yeri | |
Vətəndaşlığı | |
Uşağı | |
Fəaliyyəti | aktrisa |
Fəaliyyət illəri | 1957-ci ildən |
Mükafatları | Ən Yaxşı Aktrisa mükafatı |
IMDb | ID0790869 |
Vikianbarda əlaqəli mediafayllar |
1930-cu ilin aprelin 30-da Təbriz şəhərində anadan olmuşdur. 2001-ci ilin may ayının 23-də Tehran şəhərində vəfat etmişdir. Məşhur İran teatr və film aktyoru Atila Pisyaninin anası, Sitarə Pisyaninin nənəsidir.[5]
O səhnəyə ilk dəfə 1957-ci ildə çıxmışdır. Filmlərə çəkilməyə isə 1975-ci ildə çəkilən Gəmi qəzası filmi ilə başlamışdır. O İran filmoqrafiyasının yaradıcılarından və ən qocaman üzvlərindən hesab olunurdu.[6] Cəmilə Şeyxi bir çox tanınmış kino rejissorlarla birgə çalışmışdır. Ən məşhur ekran işi isə 1991-ci ildə Bəhram Bayzayi tərəfindən çəkilən Səyahətçilər filmidir. Bu roluna görə Cəmilə Şeyxi Fəcr Beynəlxalq Film Festivalında ən yaxşı aktrisa mükafatına layiq görülmüşdür.[7]