Atlantida mağarası

AtlantidaUkrayna ərazisində yerləşən karst mağarası. Mağara Zbruç çayının vadisində, Zavale-Kamenes kəndinin yaxınlığında yerləşir. 1975-ci ildən mağara geoloji təbiət abidəsi kimi qorunur. Qorunma ərazisi 10 hektardır. Əraziyə Xmelnis vilayətinin turizm və ekskursiya birliyi nəzarət edir.

Atlantida mağarası
Ümumi məlumatlar
Dərinliyi 18 m
Uzunluğu 2525 m
Sahəsi
  • 10 ha
Kəşf tarixi 1969
Giriş sayı 1
Yerləşməsi
48°35′ şm. e. 26°20′ ş. u.
Ölkə  Ukrayna
Atlantida mağarası xəritədə
Atlantida mağarası
Atlantida mağarası
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Ümumi məlumat[redaktə | mənbəni redaktə et]

Atlantida Podolye ərazisində yerləşən mağaralardan yeganə üç mərtəbəli qurluşa malik mağaradır. Alt mərtəbə (birinci) hündür və geniş zala malikdir. İkinci mərtəbə alçaq olub 1-1,5 metrdir. Üçüncü mərtəbə isə hündürlüyü 5 metr olan iki girişə malikdir. Birinci və ikinci mərtəbələrin kəsişdiyi ərazidə böyük zal mövcuddur (12 metr). Mağara divarlarında gipsin müxtəlif rəngli formaları diqqəti cəlb edir. Mağarada uzunluğu 1,5 metr olan kristallara rast gəlinir. Stalaktit və stalaqmitlər var. Onlar şəffaf, sarı, çəhrayı rənglərdədir. İşıqlanma zamanı əsrarəngiz mənzərə yaranır. Mağarada ayrıca zallar və dəhlizlər mövcuddur (Makov, Qızıl payız, Radosti, Smex və s.) Mağarada nadir yarasa növlərinə təsadüf olunur.

Öyrənilmə tarixi[redaktə | mənbəni redaktə et]

1969-cu ildə aşkar olunub. Mağaranın geniş tədqiqatına 1979-cu ilin payızından başlanılıb.

Ədəbiyyat[redaktə | mənbəni redaktə et]

  • Кривошия В. В галереях Атлантиди: Суботній репортаж // Прапор Жовтня (Кам’янець-Подільський). — 1980. — 2 серпня. — С. 4.
  • Цуканов М. У залах «Атлантиди»: Маршрути — далекі і близькі // Прапор Жовтня. — 1983. — 15 жовтня. — С. 4.
  • Геологічні пам’ятки України: Довідник-путівник. — К., 1985.
  • Атлантида — підземна перлина Кам’янеччини // Недря Т. В. Печери Поділля: Туристичний путівник. — Кам’янець-Подільський: Рута, 2010. — С. 52—63.