Atomların biogen miqrasiyası qanunu

Atomların biogen miqrasiyası qanunu– Yer səthində və bütövlükdə biosferdə kimyəvi elementlərin miqrasiyası bilavasitə canlı maddə və orqanizmlərin iştirakı ilə baş verir.

Ümumi məlumat[redaktə | mənbəni redaktə et]

Geoloji keçmişdə, milyon illər bundan əvvəl də, müasir dövr şəraitində də atomların biogen miqrasiyası  belə baş vermişdir. Canlı maddə ya biokimyəvi proseslərdə bilavasitə iştirak edir ya da oksigen, karbon qazı, hidrogen, azot, fosfor və digər maddələrin zənginləşdirilmiş mühit əmələ gətirir. Bu qanunun mühüm nəzəri və təcrübi əhəmiyyəti vardır. Biogen faktorların təsirini nəzərə almadan geosferdə baş verən kimyəvi prosesləri öyrənmək mümkün deyildir. Müasir dövrdə insanlar biosferə təsir edərək, onun fiziki və kimyəvi tərkibini, əsrlərlə atomların biogen miqrasiyasının balanslaşdırılmış şəraitini dəyişdirirlər. Bu da gələcəkdə çox zərərli, qlobal, idarə olunmayan dəyişikliklər əmələ gətirə  bilər.Səhralaşma, torpağın deqradasiyası, minlərlə növ orqanizmlərin məhv olması və s. yə səbəb ola bilər.

Qanunun əhəmiyyəti[redaktə | mənbəni redaktə et]

Bu qanunun köməyilə şüurlu və aktiv surətdə belə zərərli dəyişikliklərin aradan qaldırılması və “mülayim” ekoloji üsullardan istifadə etməklə biogeokimyəvi proseslərə rəhbərlik etmək  mümkündür. Bundan başqa ekologiyanın qanunlarına eyni zamanda B.Kommonerin “qanun – aforizmlər”i də daxil edilir ki, onlarda da ekologiyanın bir çox qanunauyğunluqları öz əksini tapmışdır:  

  1. Hər şey bir-biri ilə əlaqədardır. Təbiətdə baş verən proses və hadisələrin ümumi əlaqəsi V.İ.Vernadskinin “biosferin fiziki-kimyəvi vəhdəti qanunu”nda öz əksini tapmışdır.
  2. Hər şey harasa yox olmalıdır. V.İ.Vernadskinin “Sabitlik qanunu””Təbii sistemin onu əhatə edən mühitin hesabına inkişaf qanunu”na  müvafiq gəlir.
  3. Təbiət daha yaxşı “bilir”. Təbiətin mexanizmləri və funksiyaları haqqında insanlar heç bir  doğru məlumata malik olmamışlar, olmurlar və olacaqlarını demək də çox çətindir. Amma nə qədər çətin olsa da insanlar bu məlumatları əldə etməyə can atmalıdırlar. Yalnız biosferin parametrlərinin riyazi hesablanması çox vaxt aparar.
  4. Heç nə havayı əldə olunmur. Biosfer– elə yeganə bir sistemdir ki, orada “heç bir şey nə itirilə nə də qazanıla bilir”. insan biosferdən aldığı hər şeyi mütləq geri qaytarmalıdır. İnsanın aldığı borcu geri qaytarması vaxtı  sadəcə uzadıla bilər, amma aldığı borcu geri qaytarması labüddür.[1]

İstinadlar   [redaktə | mənbəni redaktə et]

  1. N.Ə.Səlimova, B.Ş.Şahpələngova, Ə.İ.Babayev, Mühəndis geologiyası, Bakı-2012